girosfer 2021
giroskopik 2021
OBASTAN VİKİ
Giroskop
Giroskop (yun. γυρο "fırlanmaq" və yun. σκοπεω "baxmaq" sözlərindəndir) — ətalət hesablama sisteminə əsasən oriyentasiya bucağını dəyişmə qabiliyyətinə malik qurğudur. Giroskopun ən sadə forması uşaqlar üçün oyuncaq olan fırfıradır. Onların növləri sərbəstlik dərəcəsindən asılı olaraq 2 və 3 dərəcəliyə bölünürlər. Bundan əlavə giroskoplar bölünürlər: Mexaniki və Optik İşləmə prinsipinə görə olurlar: Bucaq sürətini ölçən vericilər, İstiqamət göstəriciləri. == Xassələri == Hərəkətdə olan giroskopa əgər xarici qüvvə təsir edərsə onda, o öz istiqamətini bu qüvvəyə uyğun deyil ona perpendikulyar istiqamətdə dəyişir. Nəticədə giroskop təsir edən momentin oxuna perpendikulyar olan, belə adlanan ölçü oxu istiqamətində fırlanır. Bu xassə koriolis qüvvəsinin yaranması ilə bağlıdır. Fırlanan hissələrin giroskopik effekti materiyanın ətalətliyinə əsaslanır.