GÖZLƏNİLMƏDƏN

zərf Gözlənilmədiyi halda, birdən, qəflətdən, xəbərsiz, qabaqcadan nəzərdə tutulmadan. Gözlənilmədən rastlaşma.
– Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun.
Qəflətən Möhsün müəllim xəstələndi və gözlənilmədən bu pak insan torpağa getdi. S.Rəhimov.
Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. İ.Hüseynov.

Синонимы

  • GÖZLƏNİLMƏDƏN gözlənilmədən bax birdən
  • GÖZLƏNİLMƏDƏN birdən — qəflətən
GÖZLƏNİLMƏ
GÖZLƏNİLMƏK

Значение слова в других словарях