HƏCV

is. [ ər. ] Bir şəxsə, ictimai quruluşa, yaxud həyatdakı mənfiliklərə qarşı yönəldilmiş istehzalı, kəskin, acı, kinayəli yazı. Mirzə Ələkbər Sabirin həcvləri. “Molla Nəsrəddin” məcmuəsində çap olunmuş həcvlər.
[Qacar:] Vətən! Çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən. S.Vurğun.
[Xan:] Hə, bəs nə oldu? Həcv deyən dilin niyə tutuldu? B.Vahabzadə.

□ Həcv etmək – haqqında həcv yazmaq, ələ salmaq, istehza etmək.
Niyə həcv eyləmisən Cürmini, ey can Yusif! Dilü-canım sənə qurban ola, canan Yusif! S.Ə.Şirvani.

Синонимы

  • HƏCV həcv bax satira
  • HƏCV pamflet — satira
HƏCMLİ
HƏCVÇİ
OBASTAN VİKİ
Həcv
Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Klassik sənət ənənəsinə görə şair və aşıqlar özlərinin sənət və şəxsiyyətlərinə təhqiramiz münasibət hiss etdikləri zaman həmin hadisəyə və hadisənin səbəbkarına ünvanlanmış vulqar sözlərlə dolu şeir qoşurlar ki, bu da “həcv” adlanır. Həcvlərdə etik çərçivə gözlənilmədiyindən həcv qoşan aşıq və ya şair qarşı tərəfi aşağılamaq üçün vulqar ifadələrdən, söyüş və təhqirlərdən istifadə etməkdən də çəkinmir.

Значение слова в других словарях

инсинуа́тор лебеда́ облу́живать огнетуши́тель орды́нский страхо́вка фотожурнали́стика берескле́товый делега́т ла́герный минуть пикета́жный прожи́ток сало́л склоне́ние светила уве́шать управдо́м aborted gemination immure jejunum odious rear-light отвлечься ростовщический