HƏDİYVƏ

HƏDİYVƏ (bağışlanan şey) Həmidin taxta çamadanında, bir do üstündən qayışla sarılmış boğçasında xeyli hədiyyə vardı (H.Abbaszadə); BƏXŞİŞ [Leyla:] Məhəmməd, mənim də bir bəxşişim var; Hələ hazır deyil... (B.Vahabzadə); BAĞBAŞI (köhnə məişətdə oğlanın öz adaxlısına göndərdiyi hədiyyə) İçəri uzunsaqqal, iri burunlu bir kişi girdi, torpağa düşdü, təzim edib dərdini anlatdı: yüzbaşı ondan ilin bu vaxtında bağbaşı istəyirmiş (Çəmənzəminli); BƏXŞEYİŞ Hatəmxanağa: Kraldan bəxşeyiş alar, il başında Qarabağda hazır olar, o vaxtadək biz də onun toy tədarükünə məşğul olluq, gələn kimi toyun başlarıq (M.F.Axundzadə); ƏNAM (hökmdarlar tərəfindən verilən hədiyyə) (köhn.) İsmayıl bəy: Hərgah bu deyilənlərə dürüst əməl eləsən, hökumətdən ənam alacaqsan (Ə.Vəliyev); ƏRMƏĞAN Baybura tacirə: Mənim oğlum böyüyüncə ona yaxşı-yaxşı ərməğanlar alıb gətirin (Anar); XƏLƏT (hökmdarlar tərəfindən verilən hədiyyə) (köhn.) Xan: Bir müxalif oxu gələr xələtin (M.Rahim); MÜKAFAT Qızıl Arslan Əbubəkrə: Səni mədh edənlərə mükafat vermə (M.S.Ordubadi); PEŞKƏŞ İsmayıl bəy: Şuşada oturan Xosrov bəy Soltanovun xüsusi göstərişi idi, hər kim Nərimanovun yerini bilsə, özü ağırlığında qızıl peşkəş alacaqdır (Ə.Vəliyev); SOVQAT (kiçik bağlamada olan hədiyyə) Yasavul yüzbaşının sovqatını pristava çox məharətlə aparırdı (S.Rəhimov); TÖHFƏ Məhəmməd: Bizim eşqimizdən bir xatirə tək; Bu kiçik töhfəni alasan gərək (B.Vahabzadə).

HƏDƏR
HƏDSİZ
исхуда́лый клубневи́дный нехозя́йственность поодино́чке практикова́ть приведе́ние прослу́шивание удлиня́ть була́вчатый буто́нчик гарниту́ра многото́мный навали́ть наивня́к неустраши́мость результати́вно сла́ще угоща́ться кимряцкие Mullingar oroide plexiglas top-grade обовшиветь почти