İCTİHAD

is. [ ər. ] klas.
1. Cidd-cəhd, var gücü ilə çalışma, səy etmə, çalışıb-çapalama.
□ İctihad etmək köhn. – gücü çatdıqca çalışmaq, səy etmək, əlləşmək.
…Elə güman eliyirdim ki, bunların içində yenə heç olmasa minlərcə tapılar ki, elm, fənn və maarif aləmində ictihad edib hər biri öz milləti və vətəninin iftixarına bais olublar. C.Məmmədquluzadə.
Yaxud, de görüm, müdiri-“Kəşkül”; Ünsizadə Səidi-məqul; Etdikləri ictihadə nisbət; Millətdən alır bu gün də qiymət. M.Ə.Sabir.

2. din. Müctəhidin əhkam və hadisələrdən məna, hökm çıxarması və çıxardığı məna.
[Molla Bağır:] Məsələn, onun əqidəsi ilə guya ictihad lazım deyil və xüms və imammalı vermək xilafdır və guya üləma fövt olan müctəhidin rəyində qalmağı o cəhətdən avama caiz görmürlər ki, özlərinin bazarı rəvac olsun. M.F.Axundzadə.

Синонимы

  • İCTİHAD ictihad bax səy
İCRƏT
İCTİMAİ

Значение слова в других словарях

аллопа́тия багу́льник дави́ть дохристиа́нский зажа́тый кра́сненькая озно́б вы... ни с чем перестри́чь прострига́ть бахрома ронд assemblagist consanguinity de-accession Lombrosian poll tax safety features spurless дописывать запотеть йог пристяжная ратный