İRİLƏNMƏK

f.
1. Həcmcə, ölçücə, cüssəcə böyümək, yekələşmək. Meyvələr irilənib. Ağaclar irilənib.
2. Böyümək, boya-başa çatmaq. Uşaq daha irilənib.
[Ağanın] başı üçün, o irilənəndə qoymaz ki, bu dünyada bir canlı-cinli də yel olub Soltan ağanın yanından belə ötsün. S.Rəhimov.

3. məc. Geniş açılmaq (göz haqqında).
Məşədinin alışan balaca gözləri irilənib pərpər çaldı. S.Rəhimov.
Sultanın iri gözləri elə bil bir az da iriləndi. İ.Hüseynov.

Синонимы

  • İRİLƏNMƏK böyümək — yekələnmək
İRİLƏNMƏ
İRİLƏŞDİRİLMƏ

Значение слова в других словарях