JİLÉT

[ fr. ] Pencək və s. altından geyilən qısa, qolsuz və yaxasız geyim.
Hər kəs yaxalığını, vizitkasının ətəklərini, jiletinin düymələrini sahmanladı. M.S.Ordubadi.
Teymur müəllim balaca, arıq bir kişi idi.
Əyninə köhnə modalı məxmər jilet geyər, başına araqçın qoyardı. Ə.Sadıq.

JETÓN
JİLETKÁ
OBASTAN VİKİ
Qırmızı jiletli oğlan
"Qırmızı jiletli oğlan" — Pol Sezanın 1889 və ya 1890-cı ildə yaratdığı yaradıcılığının yetkinlik dövrünə aid əsəridir. Sürixdə Emil Byurle fondunun kolleksiyasında saxlanılır. Sezann bu italyan oğlanın qırmızı jiletdə dörd fərqli portretini çəkmiş, oğlan və mühit arasındakı əlaqələri araşdırmışdır. Portretlərin ən məşhuru, masa arxasında başını ovucuna söykəyərək melankolik pozada oturan uşağı təsvir edir. Emil Byurle fondunun kolleksiyası, rəsmin "diqqətlə düşünülmüş kompozisiya ilə birbaşa bədii hissiyat arasındakı mükəmməl tarazlığı" yüksək mənalılığını qeyd edir. 1895-ci ildə tənqidçi Qustav Jeffrua, əsəri köhnə ustaların ən yaxşı əsərlərinə bərabər adlandırmışdı . Rəsm zəngin, şən rənglərlə çəkilib. Kompozisiyanın üç əsas çarpazı var: oğlanın beli və başı boyu, arxasındakı tünd yaşıl pərdə boyu və sol aşağı küncdən qalxan stol və stulun xətti boyu. Bu diaqonallara kəsişən çarpazların möhkəm birləşmiş strukturunu yaradan oğlanın əl və ayaqlarının vəziyyəti qarşı qoyulub. Əsər 1895-ci ildə sənət alverçisi Ambruaz Vollar tərəfindən Sezandan alınmışdı.

Значение слова в других словарях

доку́ривать до́чкин лугопа́стбищный ме́стная отодвига́ться расска́зишко русофи́льски с перепу́гу свинцева́ться смори́ться эндеми́ческий заегози́ть лоя́льный моржева́ться надое́дливый циркуляцио́нный cooky cup and ball furmenty Morris picture postcard отрегулировать расхлябанный эмбриотомия ял