katalitik
katalitinq-krekinq 2021
OBASTAN VİKİ
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350–500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun(6–8% kokslaşmaya qədər).
Krekinq
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir. Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b). == Növləri == Krekinq prosesinin iki əsas növü vardır: termiki krekinq və katalitik krekinq. === Termiki krekinq === 2–7 MPa təzyiqdə və 470–550°C-də aparılır.
Katalitik riforminq
Katalitik riforminq - katalizator iştirakı ilə birbaşa distillə yolu ilə alınmış benzinin tərkibində alkanların izomerləşməsi, naftenlərin dehidrogenləşməsi, arenlərin dealkilləşməsi, alkanların və naftenlərin aromatikləşdirilməsi prosesidir.katalitik rifominq C7 C10 karbohidrogenlərin aşaği oktan ədədi ilə aromatiklərə malik olan izo parafinlər çevrilməsi prosesidir. Bu prosesi aparmaqda əsas məqsəd aşağı oktanlı benzin fraksiyalarından yüksəkoktanlı komponentler istehsal etməkdir. İlk distillə benzinlərindən başqa xammal kimi kokslaşma, termiki krekinq ve hidrokrekinq proseslərindən alınan benzin fraksiyalarından da xammal kimi istifadə etmək olar. Bütün bu fraksiyaların neftə görə çıxar faizi bir o qədər də yüksək deyil. Ona görə də riforminq qurğularının məhsuldarlığı katalitik krekinqə nisbətən az olur. Riforminq prosesləri üçün katalizatorların seçilməsi onda gedən reaksiyaların mexanizminə əsasən aparılır. İstifadə olunan katalizatorun təbiətinə uyğun olaraq riforminq proseslərinin aşağıdakı növləri fərqləndirilir: - platforminq (katalizator platindir); - reniforminq (katalizator reniumdur); - molibden katazlizator üzərində riforminq. Sonuncu riforminq prosesi geniş istifadə olunmur. Çünki, molibden katalizaotrları zəif katalitik aktivliyə malikdirlər. == İstinadlar == Dərslik: "KİMYA" 11-ci sinif, Bakı, "Aspoliqraf", 2014.