KODLAMAQ
KODLAŞDIRILMAQ
OBASTAN VİKİ
Kodlaşdırılma
Kodlaşdırılma, kodifikasiya və ya məcəllələşdirmə – sıralama, qaydaya salma. Misal üçün: hər hansı bir mətnin kodlaşdırılması - onun hissələrinin yenidən nömrələnməsi, fəsillərə, yarımfəsillərə, paraqraflara bölünməsi, o cümlədən bu mətnlə işləyərkən sitat və istinadları asanlaşdırmaq üçün (kitablar, jurnallar və s. tərtib etmək üçün istifadə olunur). əxlaqın kodlaşdırılması - sistemləşdirmə, bir-birindən fərqli əxlaq normalarını ortaq məxrəcə gətirmək. Kodlaşdırma hüquq, dilçilik və biliklərin idarə edilməsində sabit bir termindir. Dilçilikdə kodlaşdırma — dil normalarının sıralanması və onların məlumat kitabçalarında, lüğətlərdə, qrammatikalarda və s.-də qeyd edilməsidir. Biliklərin kodlaşdırılması — biliklərin idarə edilməsi və bilik mühəndisliyində iş növlərindən biridir: şirkət sənədlərində və şirkətin istifadə etdiyi digər məlumat mənbələrində olan biliklərin təcrid edilməsi və təşkili . Hüquqşünaslıqda kodlaşdırma — uyğunlaşdırılmış və bir-biri ilə əlaqəli normaları ehtiva edən yeni normativ hüquqi aktların yaradılmasından ibarət olan, sistemləşdirilməmiş hüquqi orqanın işlənməsinə yönəlmiş səlahiyyətli dövlət orqanlarının fəaliyyətidir. Hüququn müəyyən sahələrində normativ aktların sistemləşdirilməsi növlərindən biri. Müəyyən bir hüquq sahəsinin və ya alt sahəsinin hüquq normalarına əhəmiyyətli dərəcədə yenidən baxılması, dəyişdirilməsi və yenilənməsi, yeni kodlaşdırma aktının qəbul edilməsindən ibarətdir.
İnformasiyanın kodlaşdırılması
Yalnız rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun üçün istifadə olunan rəqəmlərə kodlar deyilir. İnformasiyanın 3 əsas kodlaşdırılma sistemi var: anoloq cədvəl rəqəm Anoloq kodlaşdırılması - verilənlər ardıcıllığının fiziki təbiəti dəyişdırilir. Onları reallaşdıran texniki qurğulara fotoqrafik qurğuları misal göstərmək olar. Fotoaparatlar, videokameralar (rəqəmsaldan başqa). Cədvəl kodlaşdırılması - bütün yazı növləri cədvəl kodlaşmasına əsaslanır. Rəqəm kodlaşdırılması - qeyd edilən siqnalların ölçmə nəticəsində uyğun kəmiyyət kodlaşmasıdır. Mətnin, informasiyaların kodlaşdırılmasında ASCİİ və UniCod, İSO kimi standartlarda, qrafiki informasiyalarda (RGB, CMYK) istifadə edilir.

Значение слова в других словарях