KÜR
KÜREK
OBASTAN VİKİ
Kürdan
Kürdan sülh müqaviləsi
Kürdan sülh müqaviləsi (1746) — Nadir şahla Osmanlı dövləti arasında sülh müqaviləsi. 14 sentyabr 1746-cı il tarixində imzalanmış və 1742–1746-cı illərdə davam edən Osmanlı-Əfşar müharibələrini sonlandırmışdır. Bu müqavilə Nadir şahın Tehran ilə Qəzvin arasında Kürdan adlanan yerdəki ordugahında Osmanlı elçisi Mustafa Nazif Əfəndi ilə Həsən Əli Hacı xan arasında imzalanmışdır. Kürdan müqaviləsi II Qəsri Şirin müqaviləsi olaraq da bilinir. Çünki, bu müqavilə ilə Qəsri Şirin müqaviləsi sərhədlərinə geri dönülmüşdür. Kürdar müqaviləsindən sonra bu iki tərəf arasında uzunm üddət davam edən sülh yaranmışdı. == Müqavilə ərəfəsində Osmanlı dövləti ilə münasibətlər == Osmanlı dövləti ilə Səfəvilər dövləti arasında bağlanan 1639-cu il Qəsri-Şirin sülh müqaviləsindən 1720-ci illərin əvvəllərinədək olan dövr nisbətən sakit keçdi. 1720-ci illərdə Səfəvilər dövlətinin böhranı, Rusiyanın Xəzərsahili torpaqlarda işğalçı siyasəti Osmanlı dövlətini də fəallaşdırdı. 1723–1727-ci illərdə Osmanlı dövlətinin hərbi əməliyyatları 1727-ci ilin oktyabrında Həmədan müqaviləsi ilə nəticələndi. 1730–1732-ci ilin əvvəllərindəki döyüşlər 1732-ci il 10 yanvarda Kirmanşah sülh müqaviləsi ilə başa çatmışdı.
Kürdandeh
Kürdandeh (fars. كردانده‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 92 nəfər yaşayır (22 ailə).
Kürdandə
Kürdandeh (fars. كردانده‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 92 nəfər yaşayır (22 ailə).