KƏNDBƏKƏND

zərf Bir kənddən o biri kəndə, bir-bir kəndləri gəzərək, bir-bir kəndlər üzrə; kənd-kənd. Kəndbəkənd dolaşmaq.
– Vəkillər … kəndlilərin adlarını, acların sayını və istədikləri pulun qədərini adbaad, kəndbəkənd, hamısını təfsilən yazıb yekə-yekə kitablar bağlamışdılar. C.Məmmədquluzadə.
Hacı Rüstəmin atası … xırman zamanında gedib, kəndbəkənd gəzib nisyə yığardı. Ə.Haqverdiyev.

KƏNDAŞIRI
KƏNDCİK

Значение слова в других словарях