LİBRÉTTO

[ ital. ]
1. Böyük musiqi-vokal əsərinin (opera, operetta, oratoriya) mətni. “Şahsənəm” operasının librettosunu Cəfər Cabbarlı yazmışdır.
// Operanın və ya pyesinin qısa məzmunu (adətən teatr proqramında çap edilir).
2. Balet, ya kinofilmin ssenarisinin planı.
LİBİDO
LİBRETTOÇU
OBASTAN VİKİ
Libretto
Librе́tto (italyan dilində libro sözündən əmələ gəlmiş libretto — kitab) — dünyəvi, yaxud ruhani səciyyə kəsb edən irihəcmli vokal, yaxud vokal olması vacib olmayan, (məsələn, opera, balet, operetta, oratoriya, kantata, müzikl) əsərin ədəbi əsası. Bir qayda olaraq, libretto əksər hallarda qafiyəli şeirlə yazılır. Reçitativ üçün nəsrdən istifadə etmək mümkün sayılır. Əsas etibarilə libretto üçün süjet ədəbi əsərlər olur. Bu təqdirdə ədəbi əsərlər musiqi və səhnənin tələblərinə uyğun olaraq dəyişdirilir. Nadir hallarda, məsələn, opera üçün yazılan librettonun müəllifi bəstəkarın özü olur. Buna misal Rixard Vaqnerin yaradıcılını gətirmək olar. Librettonun qısa icmalı sinopsis adlanır. Librettonu tədqiq edən sahə librettologiya adlanır.

Значение слова в других словарях

меридиона́льный подстила́ться пропесо́чить си́тец эллипсоида́льный биогене́з все на одну коло́дку деся́тка зама́зать глаза парламентёр сдва́ивать цвету́ха жмых Brownie point chop-suey croquis flocculus Lolly lumberyard manoeuvrability rack seity wassail археология катамаран