Salehə Sultan (II Mahmudun qızı)
Salehə Sultan (16 iyun 1811, Konstantinopol – 19 fevral 1843, Konstantinopol) — 30. Osmanlı padşahı II Mahmudun və Aşubican Qadınəfəndinin qızı və Xəlil Rüfət Paşanın xanımı.
== Həyatı ==
Salehə Sultan 1811-ci ildə İstanbulda dünyaya gəlmişdir. O, Xəlil Rüfət Paşa ilə 24 may 1834-cü ildə nikah bağlayır. 8 il, 8 ay, 12 gün davam edən bu evlilikdən Ayşə Sidiqə Sultan, Sultanzadə Cavid və Sultanzadə Əbdülhəmid dünyaya gəlir.
Salehə Sultan 1843-cü ildə İstanbulda 32 yaşında ikən vəfat etmişdir.