meteostansiya
metil
OBASTAN VİKİ
Mozambik metikalı
Mozambik metikalı — Mozambik dövlətinin pul vahididir. Pul mübadiləsində 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan, 1, 5, 10, 20 və 50 sentavoluq, 1, 2, 5 və 10 metikallıq sikkələrdən daha çox istifadə olunur. == Tarixi == === Köhnə metikal (MZM) === Metikal (MZM) 1980-ci ilin iyunun 16-sından eskudonu əvəz etmişdir. Metikal hiperinflyasiyaya məruz qaldı və bir müddət təxminən mübadilə kursuyla 24 500 metikal bir Amerika dollarına (USD) bərabər idi və dünyada ən az qiymətli valyuta ünvanına sahib olmuşdur. Bu titul 2005-ci ilin avqust ayından Zimbabve dollarına ötürüldü. === Yeni metikal (MZN) === 1 iyul 2006-cı ildə Mozambik məzənnə ilə 1000:1 nisbətində denominasiya edən metikala keçdi. ISO 4217-də metikalın yeni kodu MZN qəbul edilmişdir. Yeni əsginaslar və sikkələr 1 iyul 2006-cı il tarixində təqdim edilmişdi. Keçid dövrü zamanı həm köhnə, həm də yeni valyutadan mübadilədə istifadə olunurdu. 31 dekabr 2006-cı ildə keçid dövrü başa çatdı.