MİRBABA
MİRBALA
OBASTAN VİKİ
Axund Mirbağır Ağa Ağazadə
Axund Mirbağır Ağa Ağazadə — görkəmli azərbaycan ruhanisi və ictimai xadimi. Mirbağır Ağa Ağazadə 1857-ci ildə Salyan şəhərinin köhnə Bərəüstü məhəlləsində siravi ruhani Hacı Zeynalabidinin ailəsində anadan olmuşdur. Salyanda yaradılmış mədrəsədə (onun yaradıcısı Mir Heydər ağa olmuşdur) ilk təhsilini almışdır. O, şeyx Əbdül Səməd Ağa, Seyid İbrahim Salyani, Axund Mirzə Xəlilullah və b. Ilə birlikdə 1887-ci ildə ona dərs deyən müctəhidlər Seyid Kazım Təbatəbai və Ayətullah Şərəbyani ona Nəcəfül- Əşrəf şəhərinə oxumağa getməyi məsləhət görmüşlər. Onunla birgə bir neçə azərbaycanlı da təhsilini həmin ruhani məktəbində davam etdirmişdir. Göstərilən Ruhani Akademiyasında astronomiya, riyaziyyat, həndəsə, nəbatət, təbabət elmlərinə mükəmməl yiyələnən Mirbağır Ağa böyük elm sahibi kimi tanınmışdır. Bundan başqa o, bir nurlu sima kimi ağsaqqal, sözünün yerini bilən, əsasən vətənpərvər olaraq özünü tanıtmışdır. Nəcəfül-Əşrəfdə müvəffəqiyyətlə təhsilini başa vurduqdan sonra imtahan verərək "Qərineyi – İctihad" ali ruhani adı ilə 1909-cu ildə Salyana dönmüşdür. O, Salyana təhsil alarkən evləndiyi seyid Mirsəfiyyə ilə qayıtmışdır və ondan bir oğlu və üç qızı anadan olmuşdur.
Mirabbas Mirbağırzadə
Mirbağırzadə Mirabbas Mirhüseyn oğlu (1880, İrəvan) — jurnalist, tacir, diplomat, iqtisadçı, alim. == Həyatı == M.Mirbağırzadə İrəvanda doğulub. İrəvan gimnaziyasını bitirib. Alverlə məşğul olan M.Mirbağırzadə daha çox kitab ticarətinə üstünlük verib. İrəvanda "Umud" kitab mağazası açıb. == Fəaliyyəti == Mirabbas Mirbağırzadə 1909-da Bakıya gəlib və burada da yeni kitab mağazası açıb. 19 iyun 1905-də "Həyat" qəzetindəki ilk yazısından sonra 1905-1929-uncu illər arasında elmi yazılarından başqa 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görüb. İlk çağlar "Həyat" və "İrşad" qəzetiylə sıx əlaqələr quran M.Mirbağırzadə sonralar "Təzə Həyat", "Tərəqqi", "Yeni İrşad", "İqbal", "Sədayi-həqq"… qəzetləriylə də yaxından əməkdaşlıqda bulunub. Ən çox işlətdiyi gizli imzası "Nadi"dir. Onun jurnalistlik fəaliyyəti sonrakı illərdə də dayanmayıb.
аритми́я извя́литься илова́тый ми́ленький приоде́ться регуля́тор дисково́дный затра́чивать иска́ть руки маникю́рша палиса́дник пиро́жник раски́дывать сквита́ться коварный Aglaia bartisan comprehensive enmesh gimp stick hypothenuse lowborn stone-still квантовый поставщик