MÜBALİĞƏ

is. [ ər. ]
1. Bir şeyi həddindən artıq şişirtmə, böyütmə, artırma. [Zeynal] deyirdi ki, “mənim aylıq mədaxilim beş yüz manatdır”.
Bu sözlər, mübaliğə də olsa, həqiqətə yaxındı. S.Hüseyn.
Mübaliğə başqa, yalan başqadır. Qantəmir.
Demək, Qaraxanın sözündə heç də mübaliğə yoxmuş. İ.Hüseynov.

□ Mübaliğə etmək – şişirtmək, artırmaq, böyütmək (sözü, işi və s.-ni). Şübhəsiz, Kəyan mübaliğə edirdi.
O, Qulam qədər qorxmurdu. Ə.Əbülhəsən.

2. ədəb. Təsvir edilən hadisənin, şeyin, vəziyyətin təsirini artırmaq üçün onları qəsdən şişirtməkdən ibarət ədəbi üsul. ◊ Mübaliğə olmasın… – “həqiqətən belədir”, “düzü budur”, “həqiqi sözümdür” və s. mənalarda işlədilən ifadə.

Синонимы

  • MÜBALİĞƏ böyütmə — şişirtmə — artırma

Этимология

  • MÜBALİĞƏ Ərəbcə təbliğat sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜBAHİSƏSİZ
MÜBALİĞƏÇİ
OBASTAN VİKİ
Mübaliğə
Sözün lüğəvi mənası şişirtmə deməkdir. Hadisə və ya fikrin şişirdilmiş şəkildə verilməsi mübaliğə adlanır. Ədəbiyyatşünaslıqda mübaliğəyə hiperbola da deyilir. Mübaliğədən həm nəzmdə, həm də nəsrdə ifadəni gücləndirmək üçün istifadə olunur. Həmin ritorika sənətlərindən biri olan mədhiyyə, qəsidə, gözəlləşdirmə kimi şeir növlərində sevgili və dövlət xadimlərinin xüsusiyyətlərini qabartmaq üçün mübaliğə sənətindən istifadə edilir. Ədəbiyyatda daha çox şişirtmə adı ilə tanınan mübaliğə sənətindən həm şairlər, həm də roman və hekayə müəllifləri istifadə edirlər. Mübaliğə sənətinin məqsədi hekayəni daha güclü etmək və oxucunu heyran etməkdir. Roman, hekayə və nağıl kimi hadisə yazılarında mübaliğə sənəti adətən personajın gözü ilə edilir. Personajın hiss və düşüncələrini şişirdilmiş şəkildə ifadə etmək personajın düşdüyü vəziyyəti daha aydın başa düşməyə imkan verir. Mənzum əsərlərdə isə adətən kimisə tərifləyəndə və ya tənqid edərkən mübaliğədən istifadə olunur.

Значение слова в других словарях