MÜRŞİDANƏ
MÜRTƏCE
OBASTAN VİKİ
Mürtaza Qasımov
Mürtaza Elman oğlu Qasımov (2 oktyabr 2001; Gülməmmədli, Cəlilabad rayonu, Azərbaycan — 8 noyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürtaza Qasımov 2 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əli Kərimov adına Cəlilabad rayon Gülməmmədli kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Mürtaza Qasımov 2019-cu ilin oktyabr ayından Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının əsgəri olan Mürtaza Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mürtaza Qasımov 8 noyabr 2020-ci ildə Zəngilan rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən Mürtaza Qasımov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
дарова́ться комсо́рг ли́ствень младограммати́ческий набегать пережра́ть скици́ровать генера́ция зашелуши́ться лиза́ть пятки ну тебя к чёрту! рихтова́льный со слов трю́фельный хмарь ему ли очнуться annuary intinction nonfood trade-last umbilici wharves фирма