MÜRTƏKİB

sif. [ ər. ] köhn. Haram, pis, yaramaz bir işə qoşulan və ya bu cür işlə məşğul olan.
…Kənardan baxan əcnəbilər bizə deyirlər: – …Mürtəkibdirlər. C.Məmmədquluzadə.

□ Mürtəkib olmaq – pis, yaramaz bir işə qurşanmaq, yaraşmaz hərəkət etmək.
Böylə əmələ aqil olan mürtəkib olmaz. M.Ə.Sabir.
[Fərhad:] Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün … intiqamımı səndən alacağam. C.Cabbarlı.
Axır vaxtlarda o bir pis əmələ də mürtəkib olmuşdu. S.S.Axundov.

MÜRTƏDLİK
MÜRUR

Значение слова в других словарях