namöhkəmlik
namus
OBASTAN VİKİ
Namur
Namurun mühasirəsi (1914)
Namurun mühasirəsi (fr. Siège de Namur; 20—25 avqust 1914-cü il) - Birinci Dünya müharibəsi əsnasında keçirilən hərbi əməliyyat nəticəsində, Alman ordusunun Belçikanın Valonya vilayətinin paytaxtı Namur şəhərinə hücumu. Namur "Namur qalası" kimi tanınan,müasir fortlar (qala – əsasən qoşunlar tərəfindən işğal edilmiş bir möhkəm bina) halqası ilə əhatə olunmuşdu. 4-cü Belçika diviziyası tərəfindən müdafiə olunurdu. Mühasirə 20 avqustda başladı,Alman ordusu Leje mühasirəsi əsnasında (4-16 avqust) qazandıqları təcrübədən istifadə etdi və hücumdan əvvəl mühasirədə olan ağır mühasirə artilleriyası və dörd Avstriya-Macarıstan ağır batareyaları ilə qalaları bombardman etdilər. Fransız ordusu Şarlerua döyüşündə məğlub oldu və buna görə də möhkəmlətmək üçün Namurda yalnız bir alayı qoya bildi. Qüvvələr yetərsiz olduğuna görə mühasirəyə alınan güclü və ağır artilleriya atəşə tutuldu. Qalanın son müdafiəçiləri avqustun 25-də,4-cü Belçika diviziyasının qalıqları,5-ci Fransa ordusu vasitəsilə cənubdan geri çəkildikdən sonra təslim olmaq məcburiyyətində qaldılar. Sonda geri çəkilmənin nəticəsi olaraq,mühasirə zamanı Antverpendəki Belçika səhra ordusuna qatıldılar. == Ümumi məlumat == === Tərəflərin planları === ==== Belçika ==== Belçikanın müharibə planları,digər güclərin qüvvələrini qovacağı fərziyyəyəsinə söykənirdi.
Neoseiulus namurensis