NAZƏNİN

sif. [ fars. ] şair. Nazlı, işvəkar, cilvəli; incə və gözəl.
Sorma, heç sorma, nazənin Xavər; Məni məhv etdi iztirabü kədər. H.Cavid.
[Gəray:] Günəş öz aləmində seyr edəli; Görməmiş böylə nazənin gözəli. A.Şaiq.
Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Ə.Haqverdiyev.

// İs. mənasında.
Ey nazənin, bu gen, geniş dünyada; Namusu əğyarə satmaq nədəndir? Qurbani.
Bu gün, bayram günü səhni-çəməndə; Gördüm nazəninlər xürrəm oturmuş. Q.Zakir.
Salon.
Qabaq sırada əyləşib bir nazənin; Əynindəki paltarı alışdımyandımdandır. R.Rza.

// Gözəl, lətif, məlahətli.
// Naz və nemət içərisində böyümüş, naz və nemətə alışmış.

Синонимы

  • NAZƏNİN nazənin bax nazlı
  • NAZƏNİN nazlı — şivəli
NAZƏNDƏ
NAZƏNİN-NAZƏNİN
OBASTAN VİKİ
Nazənin
Nazənin (tam adı: Nazənin Rəhim qızı Salayeva; (ata soyadı: Əliyeva); 28 iyul 1964, Astara rayonu) — Azərbaycan müğənnisi, solo ifaçı. == Həyatı == Nazənin 28 iyul 1964-cü ildə Astara rayonunda anadan olmuşdur. === Ailəsi === Nazəninin atası Rəhim ilahiyyatçı, savadlı axund olub.Orxan adlı oğlu var. == Karyerası == Hazırda sənətini davam etdirməkdədir.
Nazənin Bünyadi
Nazənin Bünyadi (ing. Nazanin Boniadi, fars. نازنین بنیادی‎, [nɒːzæˈniːn bonjɒːˈdiː], 22 may 1980, Tehran) — Britaniya aktrisası. == Həyatı == Nazənin Bünyadi 22 may 1980-ci ildə Tehranda doğulub. Valideynləri London şəhərinə mühacirət ediblər. Orda ailə istəyinə görə biologiya fakültəsinə qəbul olub. Nazənin Bünyadi hal hazırda Nuru İmanovilə sevgi yaşayır.
Nazənin Salayeva
Nazənin (tam adı: Nazənin Rəhim qızı Salayeva; (ata soyadı: Əliyeva); 28 iyul 1964, Astara rayonu) — Azərbaycan müğənnisi, solo ifaçı. == Həyatı == Nazənin 28 iyul 1964-cü ildə Astara rayonunda anadan olmuşdur. === Ailəsi === Nazəninin atası Rəhim ilahiyyatçı, savadlı axund olub.Orxan adlı oğlu var. == Karyerası == Hazırda sənətini davam etdirməkdədir.

Значение слова в других словарях