NURHAN

«nur» sözü və «-han» şəkilçisindən düzəlmiş, «nurlu, işıqlı» deməkdir.
NURƏTDİN
NURHANƏ
OBASTAN VİKİ
Nurhan Abbasov
Nurhan Əlastan oğlu Abbasov (17 iyun 1991, Gəncə – 8 noyabr 2020, Xankəndi) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Nurhan Abbasov 17 iyun 1991-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Konstantin Uşinski adına 9 nömrəli tam orta məktəbdə almış, 77 nömrəli peşə məktəbində davam etdirmişdir. Sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra Nurhan da səfərbər olunur. Sonra hərbi təlim toplantılarına çağırılır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Nurhan Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Könüllü əsgər olaraq bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi gedişatında Nurhan Abbasov 8 noyabr 2020-ci ildə Xankəndidə yaralı döyüşçüləri döyüş meydanından çıxararkən həlak olmuşdur.