Nurməmməd Şahsuvarov
Nurməmməd bəy Adilxan bəy oğlu Şahsuvarov (az.-əbcəd نورمممد بی آدیلخان بی اوغلو شاهسوواروو; 1883, Minkənd, Zəngəzur qəzası – 11 avqust 1958, Bakı) — Azərbaycan SSR xalq maarifi komissarının müavini, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad naziri, Azərbaycan Xalq Cümhuriyyətinin maarif və dini etiqad nazirinin müavini, Dağlılar Respublikasının xalq maarifi naziri.
Nurməmməd bəy Şahsuvarov həm Azərbaycanın, həm Şimali Qafqaz ölkələrinin azadlığı uğrunda mübarizə aparmışdır. O, repressiyanın qurbanı olmuş, 1938-ci ildə həbs olunub Bakıya göndərilmiş, 1940-cı ildə isə sürgün olunmuşdur. Nurməməd Şahsuravov 1943-cü ildə Bakıya qayıtmış, 1958-ci ildə vəfat etmişdir.
== Həyatı ==
Nurməmməd bəy Adilxan bəy oğlu 1883-cü ildə Zəngəzur qəzasının Minkənd (Şahsuvarlı) kəndində anadan olmuşdur. Mənşəcə kürddür. 1889–1903-cü illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, bir müddət Gəncədə rus dili müəlimi işləmşdir. Şahsuvarov 1912-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutunu, 1912-ci ildə isə ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olaraq 1915-ci ildə oranı ekstern yolla bitirmişdir.Təhsilini başa vurandan sonra o, Dağıstan Vilayəti Xalq Təhsili İdarəsi üzrə Teymurxanşura (indiki Buynaksk) şəhərinə təlimatçı təyin olunub.[mənbə göstərin]Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif postlarda vəzifə sahibi olan Nurməmməd Şahsuvarov Aprel işğalından sonra Bakını tərk etməmişdir.[mənbə göstərin]Sovet dövründə o, Bakıda Pedaqoji, S. Ağamalıoğlu adına Torpaq və Geodeziya texnikumlarında rus dilindən dərs deyib, sonralar isə Bakı Dövlət Universitetində rus dili kafedrasının müdiri, Azərbaycan Neft İnstitutunda isə rus dili müəllimi vəzifəsində işləyib.
=== Repressiya ===
Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanılan PR-6399 saylı istintaq işinin materiallarında Xalq Daxili İşlər Komissarlığı 4-cü şöbənin 4-cü bölməsinin rəisi, Dövlət Təhlükəsizliyi leytenantı Qriqoryanın 1930-cu ilin iyulunda hazırladığı arayış mövcuddur:
Nurməmməd Şahsuvarov həbs edilməzdən əvvəl Moskvada Qubkin adına İnstitutda dosent işləyirdi. 1938-ci ilin fevralın 27-də Moskva yaxınlığındakı Leninisk rayonunda, Kalujsk şossesində Derevlevo kəndində, ev 52-də, bitərəf olan, Qubkin adına İnstitutda dosent işləyən, Q. Ş. Mixaylinovun mənzilində yaşayan Nurməmməd Şahsuvarov Dövlət Təhlükəsizliyi Xidmətinin kapitanı Fedotov tərəfindən həbs edilərək Bakıya göndərilmişdir.Nurməmməd Şahsuvarova qarşı ilk istintaq 1938-ci ilin martın 21-də aparıldı.