NURƏHMƏD

Əhmədin (Məhəmməd peyğəmbərin epiteti) nuru, Əhmədin işığı.
NURƏDDİN
NURƏLİ
OBASTAN VİKİ
Nurəhməd Ulubəyov
Ulubəyov Nurəhməd Hacıbəy oğlu (2 iyun 1995, Bakı, Azərbaycan — 7 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin könüllü əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Haqqında == Ulubəyov Nurəhməd Hacıbəy oğlu 2 iyun 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-2012-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə orta təhsil alıb. Elə həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İqtisadiyyat fakultəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin sentyabr ayının 21-də Nurəhmədi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə ehtiyatdan çağırılmışdır. 2020-ci ilin sentyabr ayının 27-si tarixdən erməni separatçılarının milli və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində hücumunun qarşısının alınması ilə əlaqədar könüllü olaraq döyüşlərə qatılır və ön cəbhədə döyüşür. Vətənimiz Azərbaycan uğrunda döyüşlərdə hərbi anda sadiq qalaraq Cəbrayıl və Füzuli rayonlarının azad olunması uğrunda döyüşür, mərdlik və mətinlik nümayiş edərək 2020 cı ilin Oktyabr ayının 7 - də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşdə ön cəbhədə döyüş meydanında qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Oktyabr ayının 9-u Ulubəyov Nurəhməd Hacıbəy oğlu əbədi olaraq 2 saylı Fəxri və Şəhidlər xiyabanında torpağa tapşırılır. Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə və Füzulinin azad olunmasına görə Medalları ilə təltif olunur.
Ulubəyov Nurəhməd

Qışlaq-i Acıişmə-i Nurəhməd (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Nurəhməd (fars. قشلاق اجي اشمه نوراحمد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (10 ailə).
Kamil Nurəhmədov
Kamil Kamal oğlu Nurəhmədov (10 iyun 1991-ci ildə Qusarın Şirvanovka kəndində anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == === Çempionat === 2011-12 -ci illər mövsümündə Kamil Nurəhmədov Sumqayıt klubunda bir mövsüm keçirdikdən sonra Neftçi Bakı klubuna icarəyə verilmişdir. Bu mövsüm Kamilin ən yaxşı mövsümlərindən birini hesab olunur. Kamil kimyaçıların tərkibində bütün turnirlər daxil olmaqla ümumilikdə 32 oyuna çıxmış və rəqib qapılarından 4 qol keçirməyi bacarmışdır. Bu nəticə ilə o, yerli futbolçuların arasında bir mövsüm ərzində keçirilən oyunların sayına görə rekord vurmuşdur. Yayda Kamil Neftçi Bakı klubuna transfer olmuş və bir mövsüm bu klubda çıxış etmişdir.2013-cü ilin iyulunda Kamil Nurəhmədov yay transfer pəncərəsi zamanı Rəvan klubu bir illik müqavilə imzalamışdır. === Кубок === Kamil Azərbaycan Kubokunda 4 klubun tərkibində 7 oyuna çıxmışdır. == Avropa Liqası == Kamil Nurəhmədov 4 oktyabr 2011-ci ildə Neftçi Bakı klubunun üzvü olaraq UEFA Avropa Liqasının H qrupunda İnter Milan klubuna qarşı oyunda iştirak etmişdir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Kamil oyunun ilk 46 dəqiqəsini meydanda keçirmişdir.
Ramin Nurəhmədov
Ramin Marif oğlu Nurəhmədov (18 sentyabr 1990; Nəcəfkənd, Qusar rayonu, Azərbaycan — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Nurəhmədov 1990-cı il sentyabrın 18-də Qusar rayonunun Nəcəfkənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramin Nurəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramin Nurəhmədov noyabrın 2-də Xocavənd rayonu istiqamətində şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.