1. Oturulan yer, üstündə oturmaq üçün şey, üstündə oturula biləcək hər şey. Maşının oturacağı.
– Divara söykənmiş oturacaqlarda oturduq.
Əlabbas tütün qutusunu oturacağa qoyub traktorun altına keçdi.
// Stul, kürsü və s.-nin oturulan yeri.
Oturacağı toxunma kürsünün üstündə əyləşmiş Murad oğluna baxıb gülümsündü.
2. Bir tikilinin özülünü təşkil edən, yerdə duran alt hissəsi; özül, əsas, altlıq. Binanın oturacağı. Heykəlin oturacağı. Stulun oturacağı.
3. riyaz. Həndəsi fiqurun yerə dirənən aşağı hissəsi. Konusun oturacağı.