OUTSIDE

outside1

n 1. bir şeyin xarici / bayır tərəfi; The outside of the house needs painting Ev bayır tərəfdən rənglənməlidir; 2. xarici görünüş; Don’t judge a thing from the outside Bir şeyə xarici görünüşə görə qiymət vermə / verməyin; 3. ətraf dünya / mühit; 4. d.d. azadlıq (məhbuslar üçün); 5. qitənin içərilərində əhali yaşamayan yerlər (Avstraliyada)

outside2

adj 1. xarici, bayır, xaricdə / bayırda yerləşən; ~ edge bayır kənarı / ucu / həddi; ~ measurements xarici / bayır ölçülər; ~ work bayırda görülən iş; ~ broadcast studiyadankənar radio verilişi; 2. cinahdakı, cinah, axırıncı, kənar; ~left id. sol cinah / kənar hücumçusu; ~ right id. sağ cinah / kənar hücumçusu; 3. xarici; özgə; kənar; ~ expert kənardan dəvət edilmiş mütəxəssis; ~ help xaricdən alınan kömək; 4. maksimal, ən böyük, son həddə olan; ~ limit ən son hədd; ~ prices ən yuxarı qiymətlər

outside3

adv çöldən, bayırdan, bayırda, kənardan, xaricdən; bayıra, çölə; to go ~ bayıra / çölə çıxmaq; Children are playing outside Uşaqlar bayırda oynayırlar

outside4

prep 1. xaricdə, kənarda, bayırda; -da, -də; Somebody is standing outside the door Kimsə qapının bayırında durur; 2. başqa, istisna olmaqla

OUTSHINE
OUTSIDER