1. Oynaq şeyin halı; mütəhərriklik, qərarsızlıq.
Payız havasının oynaqlığındanmı, yoxsa Bakı ilə buranın arasındakı məsafənin uzaq olmasındanmı, nə isə hava xeyli dəyişmişdi.
2. Daim oynaqlama, atılıb-düşmə, oynama xasiyyəti; qərarsızlıq.
[Dilbər] bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə Məryəmin üzərinə atılmaq, qucmaq, öpmək istədi, amma dayandı.
3. məc. Şuxluq, işvəkarlıq.
4. məc. İfadəlilik, gözəllik, yüngüllük, canlılıq. Nitqin oynaqlığı.