QAFİLƏ

is. [ ər. ] Birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan.
Qafilə bir az irəliləyib sağ tərəfə – qala qapısına doğru döndü. Çəmənzəminli.
Fəxrəddinin qafiləsi Araz çayından Şimali Azərbaycana keçdiyi zaman onun atının ayaqları altında yüzlərcə qurban kəsildi. M.S.Ordubadi.
Qadın və uşaqdan ibarət olan bu qafilə içərisində yalnız beş kişi var idi. A.Şaiq.

// Bir-birinin ardınca gedən maşın və s. dəstəsi; qatar.

Синонимы

  • QAFİLƏ qafilə bax karvan
QAFİLANƏ
QAFİLLİK

Значение слова в других словарях