QALA
QALABƏYİ
OBASTAN VİKİ
Qalabəyovlar
Qalabəyovlar — Azərbaycan xalqının soylarından biri. == Soyun yaranması == Bu soyun nümayəndələri öncə Xıdırlı-Otuziki soyadını daşıyırdılar. Soyun ulu babası Hacı Lazım bəy Xıdırlı İbrahimxəlil xan Cavanşirin saray adamlarından sayılırdı. Divan gənəşiyində onun sözü keçərliydi. Məhəmmədxan bəy Hacılı-Cavanşirdən sonra Şuşa qalasının komendantı olmuşdu. Qala komendantı Qarabağ xanlığında qalabəyi adlanırdı. Hacı Lazım bəy Xıdırlı-Otuzikinin törəməsi rus üsul-idarəsi dövründə Qalabəyov soyadını qəbul etdi. == Soyun tanınmış nümayəndələri == Məhəmməd bəy Otuziki — XVIII əsr Qarabağ bəyi, tayfa başçısı, Şuşa şəhərinin komendantı. Kərim bəy Qalabəyov — Difai Partiyasının Cavanşir qəzası Bərdə komitəsinin rəhbəri. Abış bəy Qalabəyov — Şuşa qəzası rəisi (1918).