QUBAR

ərəb. qübar

1. Toz.

2. Məcazi mənada: kədər, dərd, qəm, qüssə.

Dastanlarda həm həqiqi, həm məcazi mənada işlənir.

Kərəməm, yollarım toz, qubar oldu,

Boran oldu, çovğun oldu, qar oldu.

Dost bağında heyva oldu, nar oldu,

Bu il bizim bağlar qoralı düşdü.

                                 (“Əsli və Kərəm”)

                          *

Əlimdən aldılar gülüzlü yarı,

Artdı ürəyimin qəmi, qubarı.

Ürəyimdə sönmür eşqimin narı,

Yar eşqilə dolanıram məzarı.

                             (“Əsli və Kərəm”)

QUBA-QAZ
QUBAR

Значение слова в других словарях