QUCAQLAŞMAQ

qarş.
1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. İki qardaş bir-birini görüncə qucaqlaşdılar.
– İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir.
Məscidin içində bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Ə.Haqverdiyev.
[Tapdıq:] Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı.

2. məc. Qovuşmaq, bitişmək, birləşmək.
Yenə də xırdaca ağ buludların ay işığı ilə qucaqlaşan kölgələri … Xəzərin dərin hovuzunda çimmək üçün enir. M.S.Ordubadi.
Getgedə hava daha da qaranlıqlaşırdı, sanki yerlə göy qucaqlaşırdı. M.Hüseyn.

Синонимы

  • QUCAQLAŞMAQ QUCAQLAŞMAQ Gah-gah qucaqlaşıb köyüs-köyüsə; Görək ləbdən ləzzət ikimiz belə (M.P.Vaqif); QOL-BOYUN OLMAQ Dur qol-boyun olaq fürsət var ikən; Nə qəm,

Антонимы

  • QUCAQLAŞMAQ QUCAQLAŞMAQ – ARALANMAQ Bəs elə isə gəl ağuşuma, qucaqlaşalım (C.Cabbarlı); Güləsər ondan aralanıb evlərinə doğru yollandı (İ
QUCAQLAŞMA
QUCMA

Значение слова в других словарях

зало́жник катре́нь нарсу́д наторе́лый ра́тнический чужа́нин блужда́ющий нерв вива́рий мешо́чник облегчённый перекрыть кислоро́д кому-л портше́з пы́шечная разново́зрастный резонёрствовать фраму́жный корчить куверсть(ю) плакун-трава gibbon pasan silk-stocking up-to-the-minute безработица тореадор