QÖNÇƏLƏNMƏK

f. Qönçə açmaq; açılmaq.
Sənin açıq, ağ alnını öpdü sərin küləklər; Hər addımın dəyən yerdə qönçələndi çiçəklər. S.Vurğun.
Laləli yaz gəlsin, gül qönçələnsin; Yetişsin bülbüllər gülə, sevgilim! Aşıq Hüseyn.

// Məc. mənada.
[Ağabəyim ağanın] yalnız ağ tafta köynəkdə qönçələnən köksü həyəcan içində çırpınırdı. Çəmənzəminli.

Синонимы

  • QÖNÇƏLƏNMƏK açılmaq
QÖNÇƏLƏNMƏ
QÖNÇƏLİ

Значение слова в других словарях