retargetinq
retikulosarkoma
OBASTAN VİKİ
Retezat Milli Parkı
Retezat Milli Parkı (rum. Parcul Naţional Retezat) — Rumıniyanın Hunedoara qraflığında yerləşən və Retezat dağlarını əhatə edən milli park. == Coğrafiya == Milli parkda hündürlüyü 2.300 metrdən artıq 60 zirvə və suyu güzgütək şəffaf olan 80 dərin buzlaq gölü vardır. Retezat dağları Karpat dağlarının ən gözəl hissələrindən biridir. 1935-ci ildə Rumıniya hökumətinin qərarı ilə yaradılan milli park ölkənin ilk milli parkı olsa da, 2000-ci ildə rəsmi olaraq statusunu almışdır. Sahəsi 380,47 km2-dır. Burada Avropanın ən qədim toxunulmamış meşələrindən biri və qitənin ən böyük qarışıq saf meşə sahəsi yerləşir. Retezat dağlarının ən böyük zirvəsi də buradadır: Peleaqa zirvəsi. (2509 metr) 1979-cu ildə UNESCO-nun İnsan və Biosfer Proqramı çərçivəsində milli park biosfer qoruğu elan edilmişdir. == Flora və fauna == Park ərazisində 1190 bitki növü yaşayır və onların 190 növü "təhlükədə" və ya "müdafiəsiz" statusuna malikdir.