revalorizasiya
revanş
OBASTAN VİKİ
Revalvasiya
Revalvasiya — əmtəələrin qiymətinin dəyişməsidir. Bu termin əsasən valyutanın revalvasiyası kimi istifadə olunur və sabit kursda ölkə pulunun xarici valyutalara nisbətən dəyərinin yüksəlməsi deməkdir. Pulun alıcılıq qabiliyyətini dəyişmədən, nominal dəyərini dəyişmək revalvasiya deyil, redenominasiyadır (bu köhnə valyutanı dəyişmədən yeni, adətən yüksək, valyuatının çıxarılmasıdır. Yeni köhnəni əvəz edir). Ümumi mənada, valyutanın revalvasiyası ölkənin rəsmi valyuta kursunun təməl xəttə nisbətən hesablanmış tənzimlənməsidir. Təməl xətt əmək haqqından qızılın dəyərinə, xarici valyutaya qədər hər şey ola bilər. Sabit kurs rejimində valyutanın rəsmi dəyərini yalnız dövlət orqanı (məsələn: mərkəzi bank) tərəfindən verilən qərar dəyişə bilər. Məsələn, təsəvvür edin dövlət öz valyutasının 10 pul vahidini bir Azərbaycan manatına bərabər tənzimləyib. Dəyərini yüksəldərək, ölkə hər manata faizi 9.9 vahidə dəyişə bilər. Bu insanların həmin valyutanı Azərbaycan manatı ilə daha baha alması ilə nəticələnəcək.