AMU-DƏRYA

аму-дарья (река в средней азии)
AMPER
AN
OBASTAN VİKİ
Dərya
Dərya — ad. Dərya Tınkaoğlu — Türkiyəni təmsil edən həndbolçu. Dərya Alabora — Türkiyə aktrisası. Dərya Hüdayı — amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. Dərya Dadvar — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. Aşıq Dərya Məhəmməd — Azərbaycan aşıqı.TəxəllüsHüseyn Dərya — Azərbaycanlı reper və aktyor.DigərDərya-i-nur — Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. Kaptan-ı dərya — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur.
Dərya Alabora
Dərya Alabora (türk. Derya Alabora; doğum adı Dərya Harupçu, Derya Harupçu; 19 avqust 1959, İstanbul) — Türkiyə aktrisası. == Həyatı == Dərya Alabora 19 avqust 1959-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Memar Sinan İncəsənət Universitetinin konservatoriyasının teatr fakültəsini bitirmişdir. O, Alabora "Məsumiyyət" və "Yencək səbəti" filmlərində oynadığı rollara görə iki dəfə "Qızıl portağal" mükafatına layiq görülmüşdür.
Dərya Dadvar
Dərya Dadvar (1971, Məşhəd) — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. == Təhsili == Dərya əslən Rəştdən olsa da, Tehranda böyüyüb. 1992-ci ildə İranı tərk etdi və təhsillə bağlı Fransaya getdi. 1999-cu ildə vokal dərsərini bitirib "Musiqi tədqiqatları (Qızıl medal)" aldı. Bir ildən sonra Dərya Tuluzada yerləşən Milli Konservatoriyanı bitirdi. Daha sonra Tuluza təsviri incəsənət məktəbində (École des Beaux-Arts de Toulouse) magistr təhsili aldı.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Dərya Tınkaoğlu
Dərya Tınkaoğlu (d. 3 aprel 1988) — Türkiyəni təmsil edən həndbolçu. Dərya Tınkaoğlu, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Dərya Tınkaoğlu, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Dərya Örs
Derya Örs (d.22 aprel 1966, Konya) — Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədri, Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavini, professor, doktor, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Fəaliyyəti == 1966-cı ildə Konyada anadan olmuşdur. 1999-cu ildə doktor elmi adını, 2002-ci ildə əvvəlcə köməkçi dosent, daha sonra dosent elmi vəzifəsinə yüksəlmişdir. 2010-cu ildə Ankara Universitetinin Fars dili və Ədəbiyyatı bölməsi üzrə professor elmi vəzifəsinə yiyələnmişdir. “Nüsha Şarkiyat Araştırmaları” jurnalının təssisçi və redaktorlarından biri, həmçinin də Ankarada olan Mevlana Araşdırmaları Dərnəyinin rəhbər müavinidir. Yıldırım Beyazit Universitetinin İnsan və Cəmiyyət elmləri fakültəsində baş müəllim və dekan kimi fəaliyyət göstərmişdir. 2012-ci ildən Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun sədridir. 2016-cı il 11 noyabr tarixində Azərbaycan-Türkiyə elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb.
Hüseyn Dərya
Hüseyn Dərya (tam adı: Hüseyn Cahangir oğlu Muradov; 29 iyun 1975, Bakı – 15 mart 2014, Bakı) — Azərbaycan repçisi və aktyor. Hüseyn Dərya müxtəlif dövrdə Elariz Məmmədoğlu, İlhamə Quliyeva, Vahid Qədim və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Hüseyn Dərya 1975-ci il iyun ayının 29-də Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. İlk təhsilini Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə almışdır. Bu məktəb, onda vəznlərə maraq oyatmışdır. Daha sonra Bakı Dövlət Universitetinə qəbul olunmasına baxmayaraq, Hüseyn Dərya təhsilindən imtina edərək, Qarabağ müharibəsində iştirak etmişdir. Dörd il iki ay hərbi xidmətdə olmuşdur. Hip hop karyerası 2000-ci ildən başlayıb. === Yaradıcılığı === === Ölümü === Karyerası ərzində bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalıb.2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı Opel Astra markalı minik avtomobilini onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, lakin martın 15-də səhər saatlarında o dünyasını dəyişib.Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib.
Aşıq Dərya Məhəmməd
Aşıq Dərya Məhəmməd (1905, Qazax – 15 iyun 1984) — Azərbaycan aşıqı. == Həyatı == Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur. On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir.Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.Aşıq Əmrah və Hüseyn Saraclı ən yaxın dostları olmuşdur.Aşıq Məhəmməd 1984-cü il iyunun 15-də vəfat etmişdir.
Dərya-i-nur
Darya-i-Nur(Farsca: دریای نور mənası "işıq dənizi") dünyanın ən böyük kəsilmiş almazlarından biridir. 182 karat (yəni 36 qram) ağırlığında. Bu almazın keyfiyyəti qüsursuzdur. Dünyadakı ən böyük çəhrayı almazdır. Almazda çox nadir olan açıq çəhrayı daşın arxa üzündə Fəth Şahın adı və 1834-cü il tarixi yazılmışdır. Darya-i-Nur Tehranda, İranın Mərkəzi Bankının daşlarından biridir. == Tarix == Əvvəlcə Nader Şah Dərya-i Nurdan bəhs edir. Nader Şah 1739-cu ildə Hindistanla döyüşərkən Muğal xəzinəsindən almazı oğurlayır. 1747-ci ildə Nader Şahın ölümündən sonra almaz komandirlərindən birinin əlinə düşdü. Bu komandir eyni zamanda Xorasanın vəziri idi.
Kaptan-ı dərya
Kaptan-ı dərya (Osmanlı türkcəsi: کاپیتان دریا, Kapitan-i Derya) — Osmanlı imperiyasında Donanmanın başçısına verilən hərbi statusdur. 16. əsrin ortalarına qədər bəylərbəyi rütbəsi, o tarixlərdən sonra vəzir kaptan-ı dəryaların (və ya Kaptanpaşa) önəmi, Osmanlı imperiyasının dənizləri aşması və Aralıq dənizi sahillərindəki fəthlər çoxaldıqca artdı. Divan-ı Hümayüna üzv olaraq qatılmalı, Osmanlı imperiyasının dəniz əyalətləri adlanan əyalətlərini (Əlcəzair, Tunis, Trablusqarb və ya Tripolitaniya, Aralıq dənizi adaları) şəxsən özü və ya təyin etdiyi dənizçi paşalar vasitəsilə idarə edirdi. Keçmişdə indiki Çanaqqala ərazisində, sonralar isə İstanbulun Kasımpaşa səmtində yaşayan və limanın təhlükəsizliyindən məsul olan Kaptan-ı dərya statusu Tənzimat dövründə ləğv olunmuşdur. İlk Osmanlı dəryabəyləri sancaqbəyliyi də edirdilər. Osmanlı dəniz qüvvələri İzmitdən Gəliboluya köçürüldükdən sonra dəryabəylərinə kaptan-ı dərya deyilməyə başlanmışdır. II. Mehmed dönəmində donanma gücləndirilərək ordu vəziyyətinə gətirilmiş, bununla da kaptan-ı dəryaların vəzifələri də artdırılmışdır. 1533-1534 tarixlərində Cəzir-i Bahr-i Səfid və Cəzair-i Qərb vilayətləri birləşdirilərək Kaptanpaşanın idarəsinə verilmişdir. Ancaq kaptan-i dəryalığın bu qədər yüksəlməsi əlbəttə ki, Barbaros Xeyrəddin Paşanın bu vəzifəyə gətirilməsi ilə bağlıdır.
дозиметри́ст масли́нный перегля́д психофизиологи́ческий растрёпка усва́тываться бессле́дность горлодёр иста́скиваться опа́рник расква́шиваться сапно́й маклак портьера сыпать brassiere chutzpah cozener otterhound payee windsail железнодорожник кулик послушаться только