Ç
ÇADIRLIQ
OBASTAN VİKİ
Çadır
Çadır — Bir dirəyə çərçivə əlavəsi ilə və ətrafına bez gərilməsi ilə yaradılan, iplərlə dəstəklənilən digər materialdan ibarət olan sığınacaq yer. == Xüsusiyyətləri == Çadır asanlıqla sökülən və daşınan müvəqqət bir obyektdir. Çadırlardan köçəri hərəkətləri və ya səfərlər kimi vəziyyətlərdə istifadə olunur. Festivallarda, sirklərdə və düşərgələrdə də geniş istifadə edilir. == Otaq == Otaq - türk, altay və monqol xalq mədəniyyətində xaqan çadırıdır. (Azərbaycan dilində Otaq formasıyla evin bölməsi mənasına çevrilmişdir. Türkcədə bu bölmələrə Oda denir.) Böyük və görkəmli çadır deməkdir. Otak (Otav) və ya Otu (Otuv) da deyilir. Monqollar isə Macan (Majqan, Mayxan, Mayıqan) deyərlər. Çadırdan fərqi, yumru və bəzəkli olmasıdır.
Tipi (çadır)
Tipi (ing. tipi, tepee, teepee) — Böyük Düzənliklərin köçəri hindularının ənənəvi portativ yaşayış yeri üçün hamı tərəfindən qəbul edilmiş ad. Lakin, Sioux dilində thípi [ˈtʰipi] hər hansı bir yaşayış mənasını verir və bu tip çadır üçün xüsusi sözü mövcüddur — wi-. Bu tip yaşayış məskəni, ov qərbində, Uzaq Qərbdəki dağ tayfaları, çöl kənarındakı oturaq qəbilələr tərəfindən də istifadə edilmişdir. Sonrakı dövrlərdə meşə bölgələrində də tez-tez istifadə olunurdu. Tipini tez-tez viqvam adlandırırlar. == İstinadlar == == Ədəbiyyat == Hungry Wolf Adolf. Tipi life. — Fort Macleod, AB Canada: Good Medicine Books, 1972. — (A Good Medicine book, № 5).
Çadır-Lunqa
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir.
Çadır (Maku)
Qalacıq (fars. شاطر‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Çadır (şəhər)
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir.
Çadır Lunga
Çadır Lunga (rom. Ceadâr-Lunga) — Qaqauziyanın şəhəri. Əhalisinin sayı 19,401 nəfərdir.
Çadır iyesi
Çadır seçdirmə
Çadır seçdirmə (ing. marquee select) — qrafik istifadəçi interfeysində (GUI): birdən çox obyektin bir dəfəyə seçdirilməsi üsulu. Termin öz adını qırıq-qırıq cizgilərdən (qarışqalardan) ibarət məhdudlaşdırıcı çərçivəni bildirən canlandırılmış effektdən götürüb; bu effektdən teatr çadırlarında istifadə olunurdu. Obyektləri çadır seçdirməsi üsulu ilə seçdirmək üçün öncə siçanın göstəricisini obyektlər qrupunun sol yuxarı küncünə aparmaq, sonra siçanın sol düyməsini basıb saxlamaqla göstəricini qrupun sağ aşağı küncünə doğru diaqonal boyunca hərəkət etdirmək, və nəhayət, "çadır" bütün obyektləri əhatə etdikdən sonra siçanın düyməsini buraxmaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çadır iyəsi
Çadır yiyəsi – türk, altay və monqol xalq mədəniyyətində və inancında çadırın qoruyucu ruhu. Çadır (Şatır, Çatır, Çədir) yiyəsi də deyilir. Otaq yiyəsi ya da Çergə yiyəsi və Tirmə yiyəsi ifadələri də istifadə edilər. Monqollar Macan (Majqan, Mayxan, Mayqan) Ezen və ya Asar Ezen deyərlər. Alaçıq (Alaşıq) yiyəsi də yenə bənzər bir varlığı ifadə edir. Hər çadır üçün fərqli bir yiyə vardır. Türk mədəniyyətində otaq əhəmiyyətli bir yerə malikdir. Türk və monqol imperatorlarının heç bağlanılmayan və qırx öküz tərəfindən çəkilən otaqlarının olduğu tarixi qeydlərdə mövcuddur. Bu otaq məskun mədəniyyətdəki sarayın yerini tutmaqdadır. Macarca Sator olaraq keçər.
Qırmızı çadır (film, 1969)
«Qırmızı çadır» (rus. Красная палатка) — rejissor Mixail Kalatozovun 1969-cu ildə çəkdiyi film. Film rejissorun kinoda son işidir.
Çadır-Lunqa Dimitri monastırı
Çadır-Lunqa Dimitri monastırı — Qaqauziyanın Çadır-Lunqa şəhərində yerləşən Rus Pravoslav Kilsəsinin Kahul və Komrat yeparxiyasının monastırı. == Tarixi == 1972-ci ilin sentyabr ayında Sovet hakimiyyəti şəhərin mərkəzində yerləşən Müqəddəs Dimitri kilsəsini partlatmışdır. 14 yaşlı Dimitri Kirioqlo xarabalıqların altından sağ qalan iki ikona çıxarda bilmişdir.1980-ci illərin sonlarında Dimitri Kirioqlo Moskva Ruhani Akademiyasını bitirib Çadır-Lunqaya geri qayıtdı. 1988-ci ildə əhalidən yüzlərlə imza toplayaraq məbəd tikmək üçün SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət etdi. Ərizə qəbul edildi, lakin torpaq mərkəzdə deyil, şəhərdən kənarda, qəbiristanlığın yaxınlığında verildi. Yeni tikilmiş məbədin divarlarını Dimitri qızı Kseniya ilə birlikdə boyadılar. Dimitri həmçinin 17-ci əsr Balkan oyma tərzində ikonostas eskizlərini hazırlamışdır, hansıları ki sonra ukraynalı ustalar düzəltmişdilər.7 oktyabr 2000-ci ildə Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Müqəddəs Dimitri kilsəsini monastıra çevirməyə qərar verdi. 27 iyul 2009-cu ildə rahibə Elisaveta (Popova) monastırın başçısı təyin edildi.2014-cü ildə monastır kompleksi torpaq sürüşməsi təhlükəsi ilə üz üzə qaldı. Bu zaman monastır kompleksin ətrafındakı ərazini möhkəmləndirmək üçün rəhbərlik təxminən 400 min ley xərclədi, lakin üç il sonra, 2017-ci ilin yazında beton dirəklər uçuruldu və monastır yenidən dağıdılmaq təhlükəsi altında qaldı. 2017-ci ilin sonunda monastırın ətrafındakı yarğan yenidən gücləndirildi, bu dəfə proses Qaqauziya hakimiyyətinin dəstəyi ilə həyata keçirildi.2019-cu ilə olan məlumata əsasən, monastırda 20 nəfər yaşayırdı.
Tanrı Anasının Kazan İkonası Məbədi (Çadır-Lunqa)
Tanrı Anasının Kazan İkonası Məbədi (mold. Biserica Icoanei Maicii Domnului din Kazan) ― Moldovanın Qaqauziya muxtar bölgəsindəki Çadır-Lunqa şəhərində yerləşən ibadət binası. Moskva Patriarxlığının Moldaviya Mitropoliteninin Kahul və Komrat yeparxiyasına aiddir. == Təsviri == Məbədin inşası 1998-ci ildə başlamışdır, 1972-ci ildə partladılan Müqəddəs Dimitrievski məbədindən çox da uzaq olmayan yerdə. Hazırkı Tanrı Anasının Kazan İkonası Məbədi dağıdılmış məbədin dəqiq memarlıq kopiyasıdır; eyni anda Müqəddəs Dimitrievski məbədi Odessa vilayətinin Vvedenka kəndində yerləşən məbədin kopiyası idi. Müqəddəs Dimitrievski və Vvedenkada olan məbədin hər ikisi 1913-cü ildə eyni şəxs tərəfindən tikilmişdir. Çadır-Lunqadaki dağıdılmış məbədin yerində hazırda mədəniyyət evi və Moldova keşişi və maarifçisi Mixayıl Çakırın büstü yerləşir.Kazan məbədi bir çox hadisələrin şərəfinə qurulmuşdu: Tanrı Anasının Kazan İkonasının siyahısının əldə olunmasına, Çadır-Lunqanın şəhər statusu alınmasının 40 illiyinə və 1972-ci ildə dağıdılan məbədin xatirəsinə.İnşaatın maliyyələşdirilməsi problemləri üzündən Kazan məbədindəki işlər yalnız 2008-ci ildə tamamlandı.Məbəd iki qübbəsi var, parlaq rənglərə boyanmıdaş və betondan tikilmişdir. Divar qalınlığı təxminən 50 sm, hündürlüyü isə 21,5 m. Zəng qülləsinin hündürlüyü 25 m-dir. Məbədin əsas qapısı qərb tərəfdədir, onun yuxarısına Tanrı Anasının Kazan İkonası yerləşdirilib.
Dördyarpaq çadırçiçəyi
Dördyarpaq çadırçiçəyi (lat. Adenophora tetraphylla) - çadırçiçəyi cinsinə aid bitki növü.
Ensizçiçək çadırçiçəyi
Ensizçiçək çadırçiçəyi (lat. Adenophora stenanthina) - çadırçiçəyi cinsinə aid bitki növü.
Məcnun Leylinin çadırı qarşısında
Məcnun Leylinin çadırı qarşısında - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin “Leyli və Məcnun” poemasında, bir gün Məcnun qarının bir qulu zəncirləyib gəzdirdiyini görür. O, qarıdan bunun zəbəbini soruşduqda qarı işi izah edərək bildirir ki, beləcə biz kömək üçün insanlardan pul dilənirik, sonra isə qazancı bölürük. Məcnun qarıdan qulu azad etməyi və əvəzinə özünü zəncirə vurmağı xahiş edir. Əvəzində isə heç nə istəmədiyini bildirir. Beləcə qarı zəncirlənmiş Məcnunu gəzdirərək pul yığmağa başlayır. Bir gün onlar təsadüfən Leylinin çadırı qarşısına gəlib çıxırlar. Leyli arıqlayıb pis hala düşmüş sevgilisini tanımır.
Qarğaayağıyarpaq çadırçiçəyi
Qarğaayağıyarpaq çadırçiçəyi (lat. Adenophora coronopifolia) — çadırçiçəyi cinsinə aid bitki növü.
Tunberq çadırçiçəyi
Tunberq çadırçiçəyi (lat. Adenophora thunbergiana) — çadırçiçəyi cinsinə aid bitki növü.
Çadırgünbədi (Meşkinşəhr)
Çadırgünbədi (fars. شاطرگنبدي‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (4 ailə).
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. == Foto məlumatlar == Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine == Tədbirlər == Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. == Din == Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Çadırlıhacıyusuf
Çadırlıhacıyusuf — Kırşəhər ilinin Mərkəz ilçəsində kənd. Kənd Kırşəhərin mərkəzindən 28 km məsafədədir. Kaman ilçəsindən isə 28 km məsafədədir.
Çadırçiçəyi
Çadırçiçəyi, adenofora (lat. Adenophora) – zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Значение слова в других словарях

аккузати́вный в результа́те гамби́тный ёрнически ла́ковый прожектёрка сухосто́йник юстирова́ться я́ловый бить ключом, фонтаном ламу́тский пальтецо́ Casper doubletalk eremitish mutant needle notice tass возмутительно выжидательный лишиться отмежёвывать соловый типажный