X
XAÇ
OBASTAN VİKİ
Məçkə-xacə
Məçkə-xacə — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Məckəxacə oyk., miir. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Cağacıq çayının sahilində, dağətəyi ərazidədir. Əsl adı Mahcəkə Xacə olmuşdur. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adıdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim tat dilindəki mah (dayanacaq), cəkə (yer) və xacə sözlərindən ibarət olub, “xacənin dayanacaq yeri, düşərgəsi” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 392 nəfər əhali yaşayır.
Xacə Baqibillah
Xacə Baqibillah əsl adı Əbülmüəyyəd Radıyyüddin Xacə Əbdülbaqi b. Əbdissəlam Üveysi Nəqşibəndi (1564, Kabil – 1603, Hindistan) — İmam Rəbbaninin mürşidi, Nəqşibəndi təriqətini Hindistanda yayan mütəsəvvif. == Həyatı == Xacə Baqibillah 971-ci (1563-cü) ildə Kabildə doğulmuşdu. Səmərqəndli Qazı Əbdüssəlam Xalacinin oğludur. Ubeydullah Əhrarın nəslindən olan anasının, Baqibillah Dehlidə xanəgahını qurduqdan sonra dərvişlərin yeməklərini bişirmə vəzifəsini böyük bir zövqlə öz üzərinə aldığı rəvayət edilir. Baqibillah gəncliyində İslami elmləri Mövlanə Sadıq Həlvai adında bir zatdan öyrənməyə başladı. Mövlana Sadıq Kabildən Mavəraünnəhrə gedincə tələbələrini də özü ilə bərabər götürdü; ancaq Baqibillah təhsilini bitirmədən təsəvvüfə yönəldi və Orta Asiyada çeşidli şeyxlərdən faydalandı. Nəqşibəndi təriqətından Şeyx Ubeyd, Mövlana Lütfullah və Seyid Abdullah Bəlxiyə və Yəsəvi təriqətından İftixar Şeyxə intisab etdiysə də, inabəsini təkrar təkrar pozdu. Bir müddət sonra Lahora keçən Baqibillah ona təklif edilən Moğollar ordusundakı vəzifəni qəbul etməyib dərvişanə həyatına davam etdi. Sonucsuz qalan bir eşq macərası keçirdikdən sonra daha güclü bir əzmlə təkrar özünü təsəvvüfə verdi.
Xacə Cövhər
Xacə Cövhər (v. 11 noyabr 1390) — əmir, Əlincəqalanın kutvalı. == Həyatı == XIV əsrin 80-ci illərində Əlincəqalanın müdafiəsinə başçılıq edib. 1387-ci ildə Əmir Teymurun Əlincə qalasına ilk yürüşü zamanı ona ciddi müqavimət göstərmişdir. === Vəfatı === 11 noyabr 1390-cı ildə, Ramazan bayramı günündə taun xəstəliyindən vəfat etmişdir. == Əlincə qalasının müdafiəsində rolu == AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin SƏFƏRLİ Şərq qapısı qəzetinin 6 aprel 2016-ci il tarixində qələmə aldığı "Əlincəqalanın teymurilərdən müdafiəsinə rəhbərlik etmiş qala rəisləri" haqqında məqaləsində Xacə Cövhər yazır haqqında yazır: == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 195.
Xacə Cəmaləddin
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur.Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Xacə Nizamülmülk
Nizamül Mülk, tam adı Əbu Əli Əl-Həsən et-Tusi Nizamülmülk (Ərəbcə: نظام الملك، ابو علي الحسن الطوسي / Nizāmu'l-Mulk Abū ʿAli al-Hasan at-Tūsī; Farsca: خواجه نظام‌الملک طوسی / Hace Nizāmulmulk Tūsī; 1018–1092), Səlcuq Dövlətinin vəziri və "Siyasətnamə" adlı kitabın müəllifi Fars siyasətçisi, Tarixi şəxsiyyət. == Həyatı == Şərq tarixində müdrik, uzaqgörən vəzir deyəndə iki şəxs ağıla gəlirsə, biri Nizamülmülkdür. Məşhur Səlcuqi sultanları Alparslan va Məlikşahın vəziri olmuş bu şəxs dövlətin iqtisadi qüdrətinin artmasında, qoşunun möhkəmlənməsində, ölkənin mədəni həyatında çox mühüm rol oynayıb. Eyni zamanda o, diribaş korrupsioner, rəqiblərini məhv etmək üçün istənilən üsula əl atan sərvaxt məmur, proteksionist olub. Nizamülmülkün bu xüsusda "ilk kövrək addımları" barədə "Vəzirin tərcümeyi-halı" adlı bir kitabda yazılır: "Bir ara Xacə (Nizamülmülk) Bəlx əmiri ibn Şadanın yanında katiblik edirdi. Vaxtaşırı ibn Şadan Xacəyə deyirdi: "Ey Həsən, yaman kökəlibsən". Sonra nəyi varsa əlindən alıb deyərdi: "Sən katibsən, qələmin sənə bəsdir". Bir qədər işləyəndən sonra əmlakı müsadirə edildi, özü isə tutulmamaq üçün qaçıb aradan çıxdı". Amma bütün bunlar onun üçün bir məktəb olur. O, saray sirlərini, yaltaqlıq, nifaq salmaq, ürəyə girmək, kiçik və böyük məmurlarla necə davranmaq və s.
Xacə Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. == Həyatı == Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Xacə Abdulla Seyrəfi
Xacə Abdulla Mahmud oğlu Seyrəfi (?-?)—xəttat. == Həyatı == O, Təbrizdə bir çox məşhur abidələrin — Rəb-e Rəşidi, Qiyasiyyə, Dəməşqiyyə və s. xəttatı idi. Ustad-şagird məscidinin kitabələrin bir qisminin müəllifi isə onun şagirdi idi. == İstinadlar == == Xarici keçidlər == Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
Xacə Abdulla Ənsari
Xacə Abdullah bin Əbu Mənsur Məhəmməd Ənsari (4 may 1006–8 mart 1089) — Məşhur təsəvvuf alimi. == Həyatı == Məşhur təsəvvuf xadimi Xacə Abdullah Ənsari 1006-cı ildə Heratın Kuhəndiz qalasında doğulmuşdur. O, Həzrət Məhəmməd Peyğəmbərin (s) şərəfli səhabəsi Əbu Əyyub Ənsarinin nəslindən idi. Xacə Abdullah Ənsari şəriət elmlərini də mükəmməl bilirdi; buna görə ona Şeyxülislam ləqəbi verilmişdi. Ənsarinin rəvan üsubda qələmə aldığı irfani əsərləri, saf ilahi eşqlə dolu olan münacatları məşhurdur. Ən tanınmış kitabları "Mənazilus-sairin" və Qurani-Kərim təfsiridir. Təsəvvüf düşüncəsindəki tərbiyənin işləndiyi, dərinləşdiyi və xalqa təqdim edildiyi təkyəyə, zaviyə, xanəgah və dərgah kimi adlar da verilmişdir. İlk təkyənin Rəmlədə (Hicri IV əsrdə) Xacə Abdullah Ənsari tərəfindən yaradılmasından qısa bir müddət keçmiş hər tərəfdə yayılan və daha sonra qurulan Müsəlman dövlətlərin quruluş fəaliyyətlərində olan təkyələr, Türklərin Anadoluya daxil olub oraya yerləşməsində də böyük rol oynadılar. == Soyu və Firəngi Mahal məktəbi == Əbu İsmayıl Xacə Abdullah Ənsari ibn Əbu Mənsur Bəlxi bin Cəfər bin Əbu Mü'əz bin Məhəmməd bin Əhməd bin Cəfər bin Əbu Mənsur əl-Təəbi'i bin Əbu Əyyub əl-Ənsari. Xacə Abdullah əl-Ənsarinin törəmələrindən bəziləri Hindistana köçmüş və İslam düşüncəsi, maarif və sufizmin orada yayılmasını təmin etmişlər.
Xacə Abdullah Ənsari

Xacə Cəmaləddin (memar)
Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri. Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur.Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur. Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Xacə Dizac (Təbriz)
Xacə Dizac (fars. خواجه ديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,581 nəfər yaşayır (415 ailə).
Xacə Həsən Naxçıvani
Xacə Həsən Naxçıvani — İsgəndər bəy Münşinin "Tarixi aləmaraye Abbasi" əsərində yazdığına görə Səfəvi dövlət adamlarından biri olmuşdur. Axsaq Müşrif ləqəbi ilə məşhurlaşan Xacə Həsən Naxçıvaninin heç bir mənsəbi olmamasına baxmayaraq "məclis üzvləri" zümrəsindən idi. Heydər Sultan Tərxan Türkmanın vəziri Xacə Şahmənsur Fərahaninin hümayun məclisə getmək icazəsi vardı. Masum bəyin vəziri Mir Siracəddin Əli Qumi, onun yuxarıda yazılan şəhadət vaqiəsindən sonra divanın müxtəlif vazifələrində işləyirdisə də, amma, əvvəlki qayda ilə şaha mülazimlik də edirdi. == Mənbə == İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010, 1144 səh.
Xacə Mahmud Gavan
Xacə İmadəddin Mahmud Qavan (?-?) — Ədib, siyasətçi, sərkərdə. == Həyatı == Səfəvilərin İranda meydana gəlişindən əvvəl İranın görkəmli vəziri Xacə İmadəddin Mahmud Qavan Hindistanın Dekan ərazisində şiəliyi yayırdı. O, Azərbaycanın Gilan əyaləti ilə həmsərhəd olan Gavilan kəndindən idi. Mahmud Qavan Şeyx Səfiəddin Ərdəbili Bəhmənlər dövlətinə baş nazir kimi qəbul etmişdi. O, 40 ildən çox orada çalışmışdır. Mahmud Qavan əsas vəzifələri azərbaycanlılara vermişdi. Yusif Adil xan da bu qəbildən - Bicapurda Azərbaycandan olan nümayəndə idi. Onun sayəsində şiəlik həmin ərazidə təşəkkül tapmışdı. Xacə Mahmud Qavan gözəl idarəçi, hərbi general, analitik düşüncəli şəxsiyyət idi. O, Hindistanın şimal bölgəsində, Ərəb dənizindən ta Benqal çayının sahilinə qədər vuruşmuşdu.
Xacə Mahmud Qavan

Xacə Məhəmməd Səfəvi
Xacə Məhəmməd Səfəvi — Səfəvi sülaləsinin üzvü və şahzadələrdən biri. == Haqqında == Xacə Məhəmməd Səfəvi Səfəvi ordeninin rəhbəri Şeyx Cüneydin (1447-1460) oğludur. O, Şeyx Cüneydin çərkəz əsilli cariyədən olan oğludur. Onun ögey və böyük qardaşı olan Şeyx Heydər atası Şeyx Cüneyddən sonra Səfəvi ordeninin rəhbəri olmuşdur. Məhəmməd Səfəvinin qardaşı oğlu olan Şah İsmayıl (1501-1524) isə Səfəvi dövlətinin əsasını qoymuşdur. Məhəmməd Səfəvinin Xacə Cəmşid adlı bir digər qardaşı da olmuşdur. O, Şeyx Heydərin cənubi Dağıstana olan yürüşü zamanı həyatını itirmişdir. Məhəmməd Səfəvinin yaşayan yeganə bacısı Şahpaşa Xatun Məhəmməd bəy Talışla evlənmişdir. Məhəmməd bəy Talış Xalxaldan idi. Sonradan Şah I İsmayılın ən yaxın komandanlarından birinə çevrilmiş və onun hakimiyyətə gəlməsində mühüm rol oynamışdı.
Xacə Məhəmməd Xoşnam
Xacə Məhəmməd Xoşnam və ya Xoca Məhəmməd Xoşnam - XI əsrdə Azərbaycanda yaşamış təsəvvüf alimi. Əxi Fərəc Zəncaninin müridlərindən olmuşdur. Xacə Məhəmməd Xoşnam Naxçıvanda dünyaya gəlmişdir. Naxçıvandan Zəncana köçmüş və sonra Xoca məntəqəsinə (onun adına Xoca Xoşnam adlandırlıb) getmişdir. Xocada vəfat etmişdir və türbəsi də bu şəhərdədir.
Xacə Mərcan (Şəbüstər)
Xacə Mərcan (fars. خواجه مرجان‎‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 631 nəfər yaşayır (152 ailə).
Xacə Əfzələddin Türkə
Xacə Əfzələddin Məhəmməd Türkə (?-1583)—qazı. == Həyatı == İskəndər bəy Münşi onun haqqında yazır: "Xoca Əfzələddin Tərkə - əsl adı Məhəmməddir. Darüssəltənə İsfahanın Türkə qazıları nəslindən idi. Əvvəlcə əqli və nəqli elmlərin öyrənilməsinə baş qoşub, bu sahədə açıq-aydın tərəqqi etdi. Daha sonra İsfahandan səadət nişanəli orduya getdi. Orada o, cənnətməkan şahın şəfqətli nəzərləri ilə əhatə olunaraq, bir müddət Mir Əlaülmülk Mərəşlə şərikli surətdə "qazi-yi əskər-i zəfər-əsər" ("zəfər nişanlı qoşunun qazısı") mənsəbini tutdu və ulu orduda tədris işlərini həyata keçirdi. Onun mədrəsəsində bir sıra tələbələr onun dərslərindən və mühazirələrindən zövq alırdılar. İsmayıl mirzə zamanında digər üləmalardan fərqli olaraq, əziz və möhtərəm tutulurdu və əksər vaxtlarda [hökmdarın] məclisinin iştirakçıları zümrəsində olurdu. İsmayıl mirzənin ölümündən sonra İsfahana gedərək, orada həmişə Türkə nəslinə mənsub olmuş qazıhq işləri ilə məşğul oldu. Lakin hakimlərin və türklərin onunla yola getməməsi üzündən vəzifədən əl çəkib, tədris işlərinə baş vurdu.
Xacə Bəhaəddin Məhəmməd Buxari
Xacə Bəhaəddin Məhəmməd Buxari (30 noyabr 1327, Buxara – 21 fevral 1390, Buxara) — Nəqşibəndiyyə təriqətinin yaradıcısı, İslam alimi, övliya. == Həyatı == Məhəmməd Bəhaəddin 1318-ci ildə Buxaranın sonralar Kəsri-Arifan adlanan kəndlərindən birində anadan olmuşdur. Nəqşibənd ("naxış vuran" deməkdir) uşaq ikən Xacəqan təriqəti şeyxlərindən Məhəmməd Baba Səmmasi (ö.740/1339) tərəfindən mənəvi övladlığa götürmüş, onun tərbiyəsi ilə məşğul olmağı müridi Əmir Gülala həvalə etmişdir. Öz növbəsində Məhəmməd də, Əmir Gülalın elmindən bəhrələnərək onun təriqətinə bağlanmışdır. Lakin qaynaqlarda Nəqşibəndin gerçək şeyxinin, özündən xeyli əvvəl vəfat etmiş Abdulxaliq Qucduvani olduğu bildirilmişdir. Təsəvvüfdə bu cür tərbiyə metoduna "Uveysilik yolu" deyilir. Nəqşibənd Şeyx Səmmasinin vəfatından sonra dərvişlərin söhbətlərində iştirak etmiş, Əmir Gülalın icazəsi ilə Yəsəvi şeyxlərindən Kusəm Şeyx və Xəlil Atay ilə görüşüb, bir sıra fikir mübadiləsi aparmışdır. Nəqşibəndin Kəsri Arifanda bir məscid tikdirdiyi və iki dəfə Həcc ziyarətinə getdiyi rəvayət edilir. Bəzi mənbələrdə onun tez-tez şeyxi Əmir Gülal ilə görüşmək üçün Nəfəsə getdiyi qeyd edilmişdir. Hənəfi məzhəbinə bağlı olan Bəhaəddin Nəqşibənd Kəsri-Arifanda 1389-cu ildə yetmiş üç yaşında vəfat etmişdir.
Xacə Zeynalabidin Nəvidi
Əbdi bəy Şirazi (fars. عبدی بیگ شیرازی‎) və ya Xacə Zeynalabidin Nəvidi (fars. خواجه‌زین‌العابدین‌علی‎; 19 avqust 1515, Təbriz – 1580, Ərdəbil) — Səfəvi şairi və tarixçisi. == Həyatı == Xacə Zeynalabidin 1515-ci ildə Təbrizdə anadan olmuşdur. "Ruzi-Rövşən"ə görə, ailəsi əslən İsfahandandır, lakin "İranika Ensiklopediyası"nda Şirazdan olduğu qeyd edilmişdir. Gürcüstan və Ərməniyyəyə səfərlər etmişdir. Təbrizdə Şah Təhmasibin saray dəftərxanasında qulluq etmişdir. Şeirlərinin böyük əksəriyyətini onun istəyi ilə və onun adına yazmışdır. Şeir külliyyatının 55 min beytə yaxın olduğu bildirilir. Məsnəvi janrında daha məharətli olmuşdur.
Şeyx Xacə Əlaəddin Əli
Şeyx Xacə Əlaəddin Əli — Şeyx Sədrəddin Ərdəbilinin oğlu. == Həyat və fəaliyyəti == 1391-ci ildə Səfəvi (Ərdəbil) hakimliyinin başçısı olmuş, şafii məzhəbindən şiəliyə keçmişdir. Şeyxin dövrü mürəkkəb siyasi dövrə təsadüf edirdi. Ankara savaşından sonra (1402) Əmir Teymur xeyli türk generalı və əsgəri əsir etmişdi. Onları qul kimi Səmərqəndə göndərmək istəyirdi. Əmir Teymur ilə Şeyxin yaxşı əlaqələri mövcud idi. . Odur ki, Şeyx buna izin vermədi və ondan əsirləri azad etməsini istədi. Əmir Teymur onun istəyini qəbul etdi və türkləri azadlığa buraxdı. Türklər Şeyxin sayəsində Ərdəbildə qaldı. Əmir Teymurun ölümündən sonra (1405) Şeyx Teymurilərə qarşı mövqeyini dəyişdi və müttəfiqləri ilə Əmir Teymurun böyük nəvəsinə - Mirzə Ömərə qarşı mübarizəyə başladı.
Aşağı Xacələr (Çaroymaq)
Aşağı Xacələr (fars. خواجه لرسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 48 nəfər yaşayır (8 ailə).
Orta Xacələr (Çaroymaq)
Orta Xacələr (fars. خواجه لروسطي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (14 ailə).
Qarahəsənli-i Xacəpaşa
Qarahəsənli-i Xacəpaşa (fars. قره حسنلو خواجه پاشا‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (69 ailə).
Xacəaur (Həştrud)
Xacəaur (fars. خواجه عور‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 307 nəfər yaşayır (5 ailə).
Xacəbulağı (Ərdəbil)
Xacəbulağı (fars. خواجه بلاغي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 370 nəfər yaşayır (86 ailə).
Xacədeh (Miyanə)
Xacədeh (fars. خواجه ده‎‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 191 nəfər yaşayır (48 ailə).

Значение слова в других словарях

авиамагистра́ль гребенно́й кофеи́нка ни́мфа проре́зывание скупердя́й аннули́рованный возвраще́нец га́мма-излучение малоиму́щий на нет свести перефрази́ровать порозове́ть каржла affronted cluster hysterantheous Rhodesian shore commander star-studded table-land uncock огородить отслоить переуступать