ABİDƏ

сущ. памятник:
1. архитектурное или скульптурное сооружение в память какого-л. лица, события. Sabirin abidəsi памятник Сабиру, abidə qoymaq поставить памятник, abidənin qoyulması сооружение памятника
2. сооружение на могиле в память умершего
3. предмет материальной культуры прошлого. Tarixi abidə исторический памятник, qədim abidələr древние памятники, memarlıq abidəsi памятник архитектуры
4. произведение древней письменности. Yazılı abidələr письменные памятники, mədəniyyat abidələri памятники культуры
ABİDCƏSİNƏ
ABİDLƏŞMƏ
OBASTAN VİKİ
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların,hadisələrin,obyektlərin,ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili,qurğu,oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Abidə Sultan
Abidə Sultan (1617 - 1670) - I Əhmədin qızıdır. Anasının bətnində ikən atası vəfat etmişdir. 1632-ci ildə Sədrəzəm Dabanıyasdı Mehmed Paşa ilə evləndirildi. Bu evlilik paşanın vəfatına qədər davam etdi. Mehmed Paşanın vəfatından 36 il sonra vəfat etdi.
Bayterek (abidə)
Bayterek (qaz. Baiterek) — Qazaxıstanın paytaxtı Astanada yerləşən abidə. Şəhərin ən əhəmiyyətli və tanınan simvoludur. == Quruluşu == Layihənin ideya müəllifi Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev olmuşdur. Məhz onun təşəbbüsü ilə memar Ağmurza Rüstəmbəyov layihənin icrasına başlamışdır.. Tikinti zamanı torpaq işlərinin həcmi 8600 m³, beton - 2900 m³, metal konstruksiyalar - 1 kiloton, günbəz şüşəsi - 1555 m² təşkil etmişdir. Layihəni bitirmək, mühəndislik və xüsusi işlər üçün 23 subpodratçı cəlb edilmişdir. Metal işlərinin və şüşələrin təxmini dəyəri təxminən 6 milyon dollardır. Obyekt 2003-cü ildə Dövlət Komissiyasının aktı ilə istismara verilib. Abidənin hündürlüyü 105 metr, ağırlığı isə 1000 tondur.
Abidə insan (film)
Abidə insan sənədli televiziya filmi rejissor Vaqif Ağayev tərəfindən çəkilmişdir. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film türk alim, professor, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr İhsan Doğramacıya həsr edilmişdir. == Məzmun == Film türk alim, professor, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya şöhrətli pediatr İhsan Doğramacıya həsr edilmişdir.
Ana dili (abidə)
"Ana dili" abidəsi — Naxçıvan şəhərinin mərkəzi meydanlarından birində Azərbaycan dilinin şərəfinə ucaldılmış abidə. Azərbaycan dilinin əbədiliyinin rəmzi kimi Naxçıvan şəhərində Həsən Əliyev küçəsində ucaldılmışdı. Abidənin qoyuluşu Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi" fərmanına uyğun olara Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə həyata keçirilmişdir. Naxçıvan şəhərində Həsən Əliyev küçəsində 27 fevral 2004-cü il tarixində ucaldılmışdır. == İstinadlar == == Xarici keçidlər == Ana dilimiz milli kimliyimizdir.
Ana harayı (abidə)
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. == Tarixi == Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər."2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir.Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb. Hər iki heykəldə ana öldürülmüş körpəsini əlləri üzərində tutub.
"Əbədi məşəl" abidə kompleksi
Əbədi Məşəl abidəsi — Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində baş vermiş Qanlı yanvar faciəsində və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş vətəndaşların xatirəsini əbədiləşdirmək məqsədi ilə Bakı şəhərindəki Şəhidlər Xiyabanında ucaldılmış abidə kompleksi. == Abidənin yaradılması == Əbədi Məşəl abidə kompleksinin yaradılması fikri ilk dəfə 1994-cü ildə irəli sürülüb. Milli Məclisdə bu faciəyə qiymət verilərkən prezident Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə yaradılması qərarı da qəbul olunur. O bu məsələni şəxsi diqqətində saxlayır, yaradılmış komissiyaya tapşırıq və tövsiyələrini verir: memar və heykəltəraşlara öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətli olacaq bir abidə yaratmağı tapşırır. Bir il sonra, faciənin beşinci ildönümündə keçirilmiş sərgidə ona iki layihə təqdim olunur. Hazırlanmış layihələr yalnız faciəni əks etdirdiyi üçün prezident Heydər Əliyevi qane etmir, o daha bir neçə layihənin hazırlanmasını tapşırır. Tapşırıq ondan ibarət olur ki, yaradılacaq abidə faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də əks etdirməlidir. Keçirilən müsabiqədə əməkdar memar Elbay Qasımzadənin rəhbərlik etdiyi Layihələndirmə şirkətinin işləyib hazırladığı layihə seçilir. Heydər Əliyev 5 avqust 1998-ci il tarixində Bakı şəhərindəki Şəhidlər xiyabanında Əbədi Məşəl abidə kompleksinin ucaldılması haqqında sərəncam verir. == Abidənin açılışı == Kompleksin açılışı 9 oktyabr 1998-ci il tarixində olmuşdur.
20 Yanvar abidə-kompleksi
20 Yanvar abidə-kompleksi — Bakıda 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış kompleks. 1990-cı il 20 yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış bu kompleks Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində yerləşir. Kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanıb. Azərbaycan paytaxtında "20 Yanvar abidə-kompleksi"nin açılışı 20 yanvar 2010-cu ildə olmuşdur. Abidənin açılışını Azərbaycan prezidenti İlham Əliyev edib. Kompleksin ümumi sahəsi 1500 kvadratmetrdir. Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyev olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə mərhum prezident Heydər Əliyevin "1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur" sözləri qızılı hərflərlə həkk edilib.
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə
"Quba" gəmisinin dənizçilərinə qoyulmuş abidə — 1857-ci il sentyabrın 14-də Xəzər dənizində tədqiqat aparan "Quba" gəmisinin Şüvəlan burnu yaxınlığında batması nəticəsində dünyasını dəyişmiş dənizçilərə qoyulmuş abidə. Hadisə nəticəsində ekipajın 22 üzvü dünyasını dəyişib, 57 nəfər isə xilas edilib. Bu faciədən sonra gəmilərin təhlükəsizliyi üçün Abşeronda mayakların inşasına başlayıblar. 1889-cu ildə Şüvəlanda qoyulmuş abidənin müəllifi İohan Edeldir. == Tarixi == Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalını başa çatdırdıqdan sonra 1850-ci illərin sonlarından etibarən Xəzər dənizini xüsusi Xəzər astronomik və hidroqrafik eskpedisiya tərəfindən tədqiq etməyə başlayır. Ekspedisiyanın əsas vəzifələri Xəzər dənizinin tam araşdırılması, onun dənizçilikdə istifadəsi üçün dəqiq xəritəsinin çıxarılması idi. Ekspedisiyaya mütəxəssis hidroqraf olan 2-ci dərəcəli kapitan Nikolay İvanşintsov rəhbərlik edirdi. 1856-cı ildə ekspedisiya fəaliyyətə başlayır. Lakin elə həmin ildə ekspedisiyanın astronomu vəbadan dünyasını dəyişir.1857-ci il sentyabrın 11-də Rusiya imperiyası tərəfindən təchiz edilmiş Xəzər astrohidroqrafik ekspedisiyası Xəzərin daha dəqiq xəritəsinin tərtib edilməsi üçün dəyərli məlumatlarla birgə Həştərxandan Bakıya göndərilib. Nikolay İvanşintsovun rəhbərliyi ilə toplanmış bu böyük və dəyərli məlumatları Bakıda hərbçilərlə yanaşı, yerli hökumət orqanları da səbirsizliklə gözləyirdilər.
Koroğlu (abidə)
Naxçıvan şəhərində Koroğlu abidəsi - Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin cənub girişində xalq qəhrəmanının şərəfinə qoyulmuş abidə. Naxçıvan şəhərində Naxçıvançayın sahilində Əziz Əliyev küçəsində Koroğlu meydanında ucaldılmışdır. Xalq qəhrəmanı Koroğlunun at üstündə heykəlinin müəllifi heykəltaraş Azərbaycan Respublikasının xalq rəssamı, əməkdar incəsənət xadimi Hüseynqulu Əliyevdir. 1988-ci ildə ucaldılmış bu abidəyə 2008-ci ildə yeni tərtibat verilmişdir.
Newborn (abidə)
NEWBORN — Müstəqilliyi qismən tanınmış Kosovonun paytaxtı Priştinada qoyulan abidə. Abidə Gənclər və İdman Sarayının qarşı tərəfində qoyulmuşdur. 17 fevral 2008-ci ildə, Kosovonun müstəqillik gününüdə açılmışdır. Abidə ingiliscə "Newborn" yazısından ibarətdir. Hansı ki, bu yazı çap hərfləri formasındadır. İlk əvvəllər parlaq sarı rəngə boyanan bloklar şəklində idi. Sonradan isə Kosovonun müstəqilliyini tanıyan dövlətlərin bayraqları ilə bəzədilmişdir. Abidənin səthi hər il 17 fevral ərəfəsində yenilənir. "NEWBORN" Kosovo müstəqilliyindən sonra, bir çox kütləvi informasiya vastələrini xüsusilə The New York Times qəzetinin ön səhifəsində göründü. == Tarixi == Abidə Fisnik İsmaili və «Ogilvy Kosova» agentliyi tərəfindən hazırlanmışdır.
Vikipediyaya abidə
Vikipediyaya abidə (pol. Pomnik Wikipedii) — Polşanın Slubitse şəhərində yerləşən və dünyada vikipediyaya həsr edilmiş ilk abidə.Açılışı 22 oktyabr 2014-cü il tarixində olmuşdur.
Ağcaqala (Tarixi abidə)
Ağcaqala — tarixi abidə. == Haqqında == Ağcaqala – Şörəyel vadisində, Arpaçayın Araza qovuşduğu yerdə, Türkiyə sərhəddindəki yüksək bir təpədə yerləşən və I dünya müharibəsinin gedişində xarabaya çevrilən bu qədim qalanı tarixçi A. Təbrizli də xatırlamışdır. Kitabi Dədəd Qorqud dastanlarında xatırlanan Ağcaqalanın Sürməliyə (İğdır) yaxın bir yerdə olduğu göstərilir. "Ağca Qala Sürməliyə gəlüb, Qazan qırq otaq digdirdi" (D-153) cümləsində də Kitabi Dədə Qorqud dastanlarındə adı çəkilən və Sürməli (İğdır) yaxınlığındakı bir ərazidə xatırlanan Ağcaqala adı ilə oxşarlıq təşkil edir. Doğrudan da, bu tarixi Ağcaqala İqdır mahalına yaxındır. Məhz bu amilə əsasən həmin Ağcaqalanı Kitabi Dədə Qorqud dastanlarındakı Ağcaqala ilə lokalizə etmək olar. == Mənbə == "Kitabi-Dədə Qorqud Ensiklopediyası", II cild. Bakı,2004. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. B., 1995.
Beş qardaş (abidə)
Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır. == Yeri == Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır. == Tarixi == Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur.Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.
Dəmir yumruq (abidə)
Dəmir yumruq — Xocavənd rayonunun Hadrut qəsəbəsində qoyulmuş abidə. Abidə 2021-ci ildə qoyulub. Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub."Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub."Plener Group" tərəfindən hazırlanmışdır.Layihənin memarı gənc memar Gülər Elxan qızıdır.Yumruq üzərində işləyən rəssamlar: Elxan Əliyev,Azər Məmmədov,Fərid Nəcəfov. Layihənin təşkilatçısı Əhmədov Cavid.
Faşizm qurbanlarına abidə
Faşizm qurbanlarına abidə — 1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. == Haqqında == Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib. Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub.
Mahidaşt (arxeoloji abidə)
Mahidaşt — İran və ya İran İslam Respublikası ərazisində Kirmanşah şəhəri yaxınlığında Mərkəzi Zaqrosun dağlıq düzənliklərində yerləşən arxeoloji abidə.
Milli Tarixi Abidə
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. == Tarixçə == 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. == Kriteriyalar == ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Tarixi abidə (Fransa)
Tarixi abidə (fr. monument historique) — Fransada dövlət tərəfindən böyük bir memarlıq və ya tarixi dəyər obyektlərinə verilən xüsusi bir status. Bir bina və ya quruluş, onun ayrı bir hissəsi, binalar kompleksi, abidə, bağ və s. Obyekt kimi çıxış edə bilər.Tarixi abidənin statusu mebel, kilsə əşyaları və hətta arxiv sənədləri kimi daşınan obyektlərə də verilə bilər. Tarixi bir abidə elan edilən bir obyekt dövlət və ya xüsusi mülkiyyətdə ola bilər. Fransadakı tarixi abidələrin reyestri "Merimeti bazası" adlanır. Tarixi abidələrin loqotipi Reyms Kafedrali labirintinin stilizə edilmiş təsviridir. == Təsnifat və əlavə siyahı == Tarixi abidələrin dövlət tərəfindən qorunmasının iki səviyyəsi mövcuddur: tarixi abidələrin təsnifatçısına daxil olmaq və tarixi abidələrin əlavə siyahısına yazmaq (fr. Inventaire Supplementaire des Monuments Historiques, ISMH). Birinci halda, abidənin tarixi bir abidə (fr.
Şərifan (arxeoloji abidə)
Şərifan yaşayış yer — Zəngilan rayonu ərazisində qədim şəhər xarabalığı. == Haqqında == Şərifan şəhər yeri Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Zəngilan rayonunun Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik ş əhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağla, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır. 1974-cü ildə Şərifan şəhər yerinin mərkəzində iki sahədə aparılan arxeoloji qazıntılar orada mədəni təbəqə yatımının qalınlığının 3 m-ə çatdığını göstərmişdir. Üzə çıxarılan tikili qalıqları arasında bişmiş kərpicdən inşa olunmuş hamam kompleksi diqqətəlayiqdir. 1979-cu ildə şəhər yerində daha iki sahədə geniş qazıntılar aparılmış və abidə ərazisində 6 yerdə yoxlama qazıntıları qoyulmuşdur. Şimal yamacda 144 kv.m-lik ərazini əhatə edən, şərti olaraq III qazıntı adlanan sahədə mədəni təbəqə yatımının qalınlığının 2-2,75 m olduğu müəyyənləşdirilmişdir. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılmış, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınmışdır.
Girətağda daş abidə
Girətağda daş abidə — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kənd qəbiristanlığında yerləşən daş abidədir. == Haqqında == Qədimdən Türk-Oğuz boylarının yurdu olan Yuxarı Girətağ kəndindəki bu abidə yerli əhali arasında Beldaşı adı ilə də tanınır. Bu daş-abidənin belində bir ədəd uzun ox şəkli həkk olunmuş, daşın bir üzündə əlində nizə, çiynində ox-yay olan atlı təsvir edilmişdir. Atlı əlindəki nizəni atın ayaqları altında əzilənəjdahanın ağzına yeritmişdir. Daşın digər üzündə əlindəki silahla dağ təkəsini nişan almış ovçu təsvir edilmişdir. Bu ov səhnəsindən yuxarıda su kuzəsi və qalxan şəkilləri həkk olunmuşdur. Bir qədər aşağıda ikinci qalxan şəkli təsvir edilmişdir. Yuxarı Girətağ kəndinə ermənilər ilk dəfə Qərbi Azərbaycan türklərinin 1988-ci il deportasiyasından sonra məskən salmışdılar.
Dəniz Piyadasına Hərbi Abidə
Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon. Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.
Totalitarizm qurbanlarına memorial abidə
Totalitarizm qurbanlarına memorial abidə — 17 iyun 2000-ci ildə Ukrayna və Polşa prezidentlərinin təşəbbüsü ilə Xarkov meşə parkında açılmış memorial abidə. Abidə Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra güllələnmiş əsir polyak zabitlərinə və yerli dinc sakinlərə həsr olunub. == Haqqında == Abidə XDİK tərəfindən 1938-1940-cı illərdə güllələnmiş və meşənin ərazisində qardaşlıq məzarlığında dəfn edilmiş, polşalı hərbiçilərin adları əks olunmuş lövhələrdən və onların qarşısında yerləşən Virtuti militari xaçından ibarətdir. Stalinin 22 mart 1940-cı ildə imzaladığı "USSR və BSSR ərazisindəki XDİK həbsxanalarının boşaldılması haqqında" sənədindən sonra bu meşədə 3809 polşalı zabit və 500 polşalı dinc sakin güllələnmişdir. 2010-cu ildə abidənin açılışının 10 illiyi münasibətilə Polşanın prezidenti Bronislav Komorovski Xarkova gəlmiş və abidəni ziyarət etmişdir. == Həmçinin bax == Doqquz qüllə Kədər maskası Qolodomor və siyasi repressiyalar qurbanlarına abidə == İstinadlar == == Ədəbiyyat == İ.Aleksandrova - Nə qədər ki sağıq xatırlayacağıq (ukr. Покуда живы — будем помнить) // Слобода. — 2000. — 23 iyun. Y. Soldatenko - Ümumi tarixin, ümumi talenin simvolu (ukr.
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. == Abidənin qoyulması və məzmunu == Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Üzeyir Hacıbəyovun abidə kompleksi (Sumqayıt)
Üzeyir Hacıbəyovun abidə kompleksi — abidə kimpleksi Azərbaycsn musiqisinin dahi şəxsiyyəti olan Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmışdır. Abidə Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində ucaldılmışdır. Abidənin müəllifi Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun olmuşdur. == Təsviri == Abidə kompleksinin hündürlüyü 12, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi işlənmişdir. Abidənin ucalan orqa borularının üzərində, 5 metr yüksəklikdə bürüncdən barelyef vardır. Onun əks tərəfində isə eyni fon üzərində milli musiqi alətləri olan tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib. Abidə quraşdırlarkən ətrafı abadlaşdırılmış və burada park salınmışdır. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 km² hissəsində tamet döşəmə salınmış, qazon, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılmışdır. == Tarixi == Abidə komleksinin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər sakinləri iştirak edib.
"Sülh göyərçini" abidəsi
"Sülh göyərçini" abidəsi — Sumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. == Tarixi == Abidə 1978-ci ildə Sumqayıtın dənizkənarı parkında ucaldılmışdır. Abidə betondan tökülmüşdür. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub. == Müəllifləri == Müəllifləri Sumqayıt şəhərinin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevdir. Əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. == Bərpası == Abidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.
1902-ci il tətili abidəsi (Rostov-na-Donu)
1902-ci il tətili abidəsi — Rostov-na-Donu şəhəri Jeleznodarojnı rayonu ərazisində yerləşən monumental abidələrdən biri. Abidə 1902-ci ildə gerçəkləşmiş təyillər zamanı baş vermiş mitinqlərin keçirildiyi ərazidə ucaldılmışdır. Memorisl kompleksə qoralyef daxildir ki, oda 1967-ci ildə hazırlanmışdır. Abidənin açılışı isə 1975-ci ilə təsadüf edir. Abidə Rusiya Federasiyasının regional əhəmillətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == 1902-ci ilin noyabr ayının əvvəllərində Vladiqafqaz dəmir yolu idarəsinin əsas usraları tətil təşkil edirlər. Kamışev yaşayış məntəqəsinfə isə onlar tərəfindən mitinq və çıxışlar təşkil edilirdi. Burada ustər iqtisadi və siyası tələblər irəli sürülürdü. Toqquşmalar nəticəsində hətta bur neçə işçi güllə yarasından həlak olmuşdur. Tətil 25 noyabr tarixində bitmişdir.
26 Bakı komissarı abidəsi
26 Bakı komissarı abidəsi (rus. Мемориальный комплекс «26 бакинских комиссаров») — 26 Bakı komissarının şərəfinə Bakı şəhərində ucaldılmış abidə kompleksi. Hal-hazırda abidənin yerləşdiyi indiki yerdə Sahil bağı yerləşməkdədir. Abidənin 1968-ci ildə açılışının ardından komissarların cəsədləri abidənin alt hissəsinə köçürülmüşdür. Tikilinin mərkəzində əlində sonsuz alovu simvolizə edən heykəl yerləşməkdə idi. Öldürülən komissarların adları abidənin yanında yerləşən daş lövhənin üzərində qeyd olunmuşdur. == Tarixi == Bir neçə ay davam edəcək Bakı Xalq Komissarları Soveti 1918-ci ilin martında yaradıldı. Bakı kommunasının rəhbərləri Türkiyə-Azərbaycan qoşunlarının hücumu ilə əlaqədar şəhəri tərk etməli olur. Onlara qarşı satqınçılıq, hərbi mülkiyyətin qaçırılması, pulların hesabatlarının düzgün aparılmaması kimi iddialar irəli sürülərək menşevik hökuməti tərəfindən hərbi məhkəməyə verilirlər. Lakin 14 sentyabrda onlara azad olunaraq şəhəri tərk etməyə icazə verirlər.
Abidələr danışır (film, 1964)
Abidələr danışır qısametrajlı sənədli filmi rejissor Rasim Ocaqov tərəfindən 1964-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır. == Məzmun == Film tarixin daş yaddaşı olan Azərbaycan abidələrindən söhbət açır.
Abşeron abidəsi (film, 2009)
Albaniyada Ümumdünya İrsi Abidələrinin siyahısı
Albaniyada Ümumdünya irsi obyektləri — Albaniyada mədəni və təbii irs əmlaklarının UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmış və ya ölkənin ilkin siyahısına daxil edilmiş siyahıdır. Aşağıdakı siyahı Albaniya Ümumdünya irsi obyektlərinin siyahısıdır.
Aleksandr Xanjonkovun abidəsi (Rostov-na-Donu)
Aleksandr Xanjonkovun abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə rus kinomatoqrafı Aleksandr Alekseyeviç Xanjonkovun şərəfinə ucaldılmışdır. Abidə 24 avqust 2016-cı ildə quraşdırılmışdır. Abidə Rostov-na-Donu şəhərinin Budyonnovski prospektində yerləşir. Sergey Oleşnya isə heykəlin müəllifidir. Bu abidənin açılışında məşhur rus sktyorlar və teleaparıcılar iştirak etmişdir. == Tarixi == Aleksandr Alekseyeviç Xanjonkovun şərəfinə abidənin ucaldılması ideası jurnalist Lyubov Surkova məxsusdur. O, bu idea ilə şəhər rəhbərliyinə müraciət etmişdir. Bu müraciət müsbət qarşılanmışdır. Bundan sonra eskizlər üzərində işlər aparılmışdır.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.
Arxeoloji abidələr
Arxeoloji abidələr (yun. archaios — qədim) — insanların yaratdığı qədim maddi mədəniyyət abidələri. Arxeoloji abidələrə, əsasən, əmək alətləri, silahlar, məişət əşyaları, insan məskənləri, şəhər və qala xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabəlar, emalatxana qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, su kəmərləri və s. daxildir. Arxeoloji abidələr insan cəmiyyətinin tarixini öyrənir.
Ayastеfanоsdakı rus abidəsinin yıхılmаsı (film, 1914)
Ayastefanosdakı rus abidəsinin yıxılması (türk. Ayastefanos'taki Rus Abidesinin Yıkılışı; osm. موسقوف هىكلنك تجريبى, translit. Moskof Heykelinin Tahribi, azərb. Moskva heykəlinin təxrib olması‎) — Fuad bəy tərəfindən 14 noyabr 1914-cü il tarixində çəkilən Osmanlı sənədli filmi. Film Türkiyə kinematoqrafiyasındakı ilk film kimi qəbul edilir. Ayastefanos (indiki Yeşilköy) yaxınlıqlarındakı Kalitariyada (indiki Şənlikköy) 1877–1878-ci illərdəki Osmanlı–Rusiya müharibəsinin xatirəsinə ruslar tərəfindən tikilən Ayastefanosdakı rus abidəsinin yıxılmasını əhatə edən film Avstriya-Macarıstan şirkəti olan "Sascha-Meßter-Film"in texniki dəstəyi ilə Osmanlı ordusu adına 150 metrlik lentə ağ-qara olaraq çəkilmişdir. Digər tərəfdən, bəzi mənbələrdə filmin doğrudan da çəkilib çəkilməməsi müzakirə mövzusuna çevrilmişdir. Filmin 1953-cü ildə Nurullah Tilgən tərəfindən Türkiyə kinematoqrafiyasının ilk filmi olduğu irəli sürülmüşdür. Lakin filmin heç bir nüsxəsinin mövcud olmaması və varlığını sübut edən konkret bir dəlilin olmaması 1970-ci ildə Nicat Özönün bu məsələyə şübhəli yanaşmasına səbəb olmuşdur.
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. == Nəşr tarixi == "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. Kitabın I-X cildləri 2011-ci ildə, XI-XIII cildləri 2015-ci ildə çap edilib. == Mükafatlar == “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir. == İdeya və məzmunu == “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin ideyası gənc tədqiqatçı Ərtoğrol Cavid tərəfindən tədqiqata cəlb edilmiş, rəyləşdirilmiş və AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan zəngin folklor xəzinəsinin təbliğindən ibarətdir. Kitabın əsas məzmununu xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimləri və s. folklor-etnoqrafiya materialları təşkil edir. Gənc tədqiqatçı Ərtoğrol Cavid öz araşdırmalarında folklor materialları toplayan digər tədqiqatçıların bir sıra hallarda mənbələrin poetik mətnində süni ədəbiləşdirmə aparmasını və ədəbi dil normalarını folklor mətninə tətbiq etməklə materialın forma və məzmununda təbiiliyin və səmimiliyin zəifləməsini, eləcə də kifayət qədər qrammatik savadı olmayan ekspeditorun öz regionunun dialekt xüsusiyyətlərini mətnə gətirməsini də sezmiş və imkan daxilində islah etməyə çalışmışdır. Bütün bunlar Ərtoğrol Cavidin həm də istedadlı bir bərpaçı-mətnşünas kimi öz qabiliyyətlərini büruzə verməsinə imkan yaratmışdır. Mətnşünaslıq fəaliyyəti ilə yanaşı, həm də bir ədəbiyyatşünas və dilçi kimi də istedad və bacarıqlarını nümayiş etdirən gənc alim, dastanların ideya-estetik, eləcə də tərbiyəvi xüsusiyyətlərini qiymətləndirməkdə də obyektiv araşdırıcı mövqeyindən geri durmamışdır.
Azərbaycanın təbiət abidələri
Azərbaycanın, eləcə də Qafqazın bütöv ərazisi subtropik zonada yerləşir və bu da iqlimin bəzi tiplərinin və yarım tiplərinin formalaşmasına təsir edir. Planetdə mövcud olan 11 iqlim tipindən 9-u çoxda geniş ərazisi olmayan Azərbaycanda (86,6 min km2 ) yerləşir. Relyef forması ziddiyyətliliyi ilə xarakterizə olunur: O 28 km dünya okeanı səviyyəsindən 4466 km (Bazardüzü zirvəsi) mütləq hündürlüyədək dəyişir. Ölkənin bir hissəsində yaşı 500 milyon ili aşan dağ süxurları, o biri yerdə dünən yaranan cavan çöküntülər diqqət çəkir. Dağların hündürlüyünün yüksəkliyə doğru artımı relyefin formalaşmasına səbəb olur və bu da coğrafi zonaların dəyişikliyini yaxşı ifadə edir. Əlaqələr, qarşılıqlı təsir, iqlim tipləri və yarım tiplərinin qarşılıqlı təsirləri, yamacların quruluşu və ərazidə üstünlük təşkil edən küləklərin istiqaməti təbii relyef formasının əmələ gəlməsinə səbəb olur. Azərbaycan təbiətinin unikal gözəlliyi və onun ətraf mühiti turistlərin diqqətini cəlb edir. Azərbaycanın təbii abidələri aşağıdakı qruplara bölünür: Geoloji Geoloji-geomorfoloji Hidrogeoloji Hidroloji Flora Fauna Landşaft == Geoloji abidələr == Azərbaycan Respublikasının ərazisi və Qafqazın bütün ərazisi Alp qırışıqlığı zonasındadır və mürəkkəb tektonik quruluşa malikdir. Son 13-15 min illər ərzində Azərbaycan Respublikasının ərazisində mövcud olan geoloji-geomorfoloji prosesləri iqlim şəraiti və dənizin çəkilməsi unikal relyef formasını yaratmışdır. Bütün dövrlərdə dağ süxurlarının yaşı (Alt paleolit dövründən indiyədək) insanların diqqətini cəlb etmişdir.
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə
Babi Yarda güllələnmiş uşaqlara həsr olunmuş abidə — Babi Yar qətliamında öldürülmüş uşaqlara qoyulmuş abidə. Abidə Ukraynanın Kiyev şəhəri ətrafında yerlşir. == Haqqında == Babi Yar qətliamı 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukraynanın Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı baş verib. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülüb. Babi Yar qətliamı öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürülən 42-43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından öldürülən 50 min nəfərdən say baxımından geri qalsa da, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşüb. Tədqiqatçıların hesablamalarına görə Babiy Yar qətliamında 150 minə yaxın yəhudi güllələnib, lakin bu saya 3 yaşa qədər öldürülmüş uşaqlar daxil deyil çünki onları saymırdılar. Uşaqları öldürəndə çox vaxt gülləyə qənaət etmək məqsədilə onları çox vaxt ya dəyənəklə vurub ya da torpağa basdırıb öldürürdülər. Abidə 30 sentyabr 2001-ci ildə qoyulub. Heykəltəraşı Valeri Medvedyev, memarı isə Yuriy Melniçukdur və R.Buxarenkodur. Abidə bürüncdəndir və mərmər postamentin üzərinə qoyulub.
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə
Balkar xalqının repressiya qurbanlarına həsr olunmuş abidə — 1944-1957-ci illər arası sürgün edilmiş balkar xalqına həsr olunmuş abidə. Memorial abidənin açılışı 8 mart 2002-ci ildə Kabardino-Balkariya respublikasının Nalçik şəhərində Kanukoyeva küçəsində baş tutub. Abidənin ətrafında hər il matəm mitinqləri keçirilir. == Haqqında == Abidənin qoyulması ilə bağlı qərar 8 mart 1989-cu ildə balkar xalqının deportasiyasının 45-ci ildönümü münasibətilə qəbul olunub. Məhz bu tarixdə "Balkar xalqının soyqırım qurbanlarına" yazılmış simvolik daş gələcəkdə abidənin tikiləcəyi özülə qoyulmuşdur.Abidənin mmemarlıq xüsusiyyətləri orta asiya məqbərə tərzindədir. Abidənin divarında balkar xalqının sürgün edildiyi tarix - 8 mart 1944-cü il - 28 mart 1957-ci il qeyd olunub. Memorialın ekspozisiyasına yüzlərlə toplanmış sənədlər, şəxsi əşyalar daxildir. Ekspozisiya 2 mərtəbədə yerləşir eləcə də burada, müvəqqəti ekspozisiyalar üçün sərgi zalı, akt zalı, arxiv və işçi bölmələri mövcuddur.
Başqırd döyüşçüləri abidəsi
Başqırd döyüşçüləri abidəsi – Almaniyanın Drezden şəhərində Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında döyüşmüş başqırd döyüşçüləri xatirəsinə qoyulmuş abidə. Drezden yaxınlığındakı döyüşə həsr olunmuş abidə. == Abidənin tarixçəsi == Abidə təxminən 80 santimetr hündürlükdə qaya parçası formasından və ona bərkidilmiş tunc lövhəcikdən ibarətdir. Tunc lövhəcikdə ox və kamanla silahlandırılmış və at çapan başqırd döyüşçüsü təsvir edilmişdir. Lövhəcikdəki mətndə almanca, başqırdca və rusca belə qeyd olunub: "1813-cü ildə Drezden yaxınlığında döyüşdə Napoleon koalisiyası əleyhinə rus ordusu sıralarında xidmət edən başqırd xalqının oğullarının xatirəsinə". Abidə 26 avqust 2006-cı il tarixində Leypsiq yaxınlığındakı döyüşün 190 illiyi şərəfinə qoyulub. Abidə İrek Bayşevin və məşhur alman rejissor və jurnalist Nasur Yuruşbayevin şəxsi vəsaiti hesabına yaradılıb.1812-ci il vətən müharibəsində və rus ordusunun 1813-1814-cü illərdə sərhəddən kənar yürüşlərində 28 başqırd alay iştirak edib. Birinci başqırd alay Drezden şəhəri yaxınlığında 1813-cü ilin martın 2-də, 4-cü və 5-ci başqırd alayları isə 1813-cü ilin sentyabr və noyabr aylarında baş verən döyüşlərdə iştirak etmişdir. == Ədəbiyyat == Набиева Э.А. Памятник башкирским воинам. Военная история башкир: энциклопедия/ гл.
Başqırd süvariləri abidəsi
Başqırd süvariləri abidəsi — Ukraynanın Luqansk vilayətinin Petrovskoye şəhərində "Başqırd atlıları meydanında" "112-ci Başqırd Atlı Divizyası"nın xatirəsinə tikilmiş bir abidədir. 2009-cu ildə şəhər mərkəzində Petrovskoy şəhər şurasının qərarı ilə parkın yaradılması və yaddaqalan abidənin quraşdırılması üçün xüsusi qərar qəbul etdi. Abidə 2009-cu il oktyabrın 3-də 112-ci Başqırd süvarilərilərinin vəfat etmiş əsgərlərinin xatirəsini və M.M.Şaimuratovun 110 illik yubileyini xatırlamaq üçün aksiya çərçivəsində açılmışdır. 112-ci Başqırd süvari alayı, 1941-ci ilin dekabrında Ufa şəhərində Böyük Vətən Müharibəsinə qatılmaq üçün milli və regional bir xarakter əsasında qurulmuşdur. == İstinadlar == == Mənbə == Башкирским конникам памятник. Военная история башкир: энциклопедия/ гл. Ред. А.З.Асфандияров. –Уфа: Башкирская энциклопедия, 2013. -432 с.;ил., карты ISBN 978-5-88185-076-0 Башкирских конников сквер.

Значение слова в других словарях

до́хленький жа́лованный магни́тность нефри́т овцево́дство башта́нный жри́ца ки́тчевый нерви́рование повороши́ть потреби́тельница алпаут Clifford cryptogram entellus grain-bin mid-vowel polyhedron precisely presidential rezone scabbard видеомагнитофонный кооператор распухание