AKANT

сущ. акант:
1. бот. травянистое растение сем. акантовых, см. ayıpəncəsi
2. архит. украшение капителей колонн, ваз и т.п. в виде листа аканта (аканфа)
AKADEMİZM
AKANTİSLƏR
OBASTAN VİKİ
Akantit
Akantit — mineral, Ag2 S == Haqqında == Monoklinik. Aşağı temperaturlu modifikasiya. Habitus priz­ma­tik. Aqreqat: torpaqvari, ağacabənzər, sapvari. Argentit üzrə paramorfozlar. Qara. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 7,24. Hidrotermal, 179° C-dən aşağı temperaturda əmələ gəlir. Pb-Zn yataqlarında argentitlə birlikdə.
Akantkimilər
Akantkimilər (lat. Acanthaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Akantodlar
Qəlsəməçənəlilər (lat. Acanthodii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Haqqında == Qəlsəməçənəlilər köpək balığına bənzəyən nəsli kəsilmiş balıqlardır. Akantodlar bədəni, köpək balıqlarından fərqli olaraq, bir-birinə sıx birləşən qanoid tipli zirehəbənzər pulcuqlarla örtülü­dür. Gec silur – gec perm.
Akantosefalyozlar
Akantosefalyozlar – insanın və heyvanın helmint xəstəliyidir. Törədicisi bağırsaqlarda parazitlik edən müxtəlif tikanbaşlı növləridir. İnsanlar və ət yeyən heyvanlar üçün təhlükəli olan donuz makrokantorixnozunun ocaqları Avrasiyada və Amerikada yayılmışdır. Törədicisi nəhəng tikanbaşlıdır; bədəni iyşəkilli, uzunlu]u 70 santimetrədək olur. Sürfələri aralıq sahibləri olan böcəklərdə inkişaf edir. Donuzlar bunları yedikdə akantosefalyoza yoluxur. Xəstə heyvanlarda ishal, inkişafın zəifləməsi, arıqlama müşahidə olunur. Moniliformozun törədicisi siçanabənzər gəmiricilərin, həşəratyeyənlərin, vəhşi məməlilərin, quşların, sürünənlərin və insanların bağırsağında parazitlik edən təsbehşəkilli tikan başlıdır; sürfə mərhələsində o böcəklərdə və yüyürüklərdə parazitlik edir. Su hövzələrində yaşayan heyvanlar üçün ördəklərin polimorfozu və filikollyozu, balıqların neoexunoriozu, pomforinxozu və exinorinxozu (aralıq sahibləri xərçəngkimilərdir) daha təhlükəlidir. === Profilaktikası: === Sanitariya qaydalarına riayət etmək, zərərli həşəratları məhv etmək, çirkli su hövzələrini aşkara çıxarmaq.
Akantus (ornament)
Akantus (yun: Ἄκανθος) qədim yunan memarlığında sütun başlarını bəzəmək üçün istifadə olunan bitki fiqurudur. Azəricə adı “ayı pəncəsi” olan akantus, sıx, qalın, silindrik və dik çiçəkli, tikanlı, hündür, ot bitkilərindəndir. Çiçəkləri gözə çarpan olduğundan bəzək bitkisi kimi yetişdirilir. Akantus, ilk əsrlərdən bəri Roma və Bizans başda olmaqla müxtəlif dairələrin sənətinə daxil olan bir bitkidir. Sütun başlıqlarının ayrılmaz hissəsidir. Xüsusilə Aralıq dənizi mühitinin sənətində, müxtəlif materiallarla yarpaq, qıvırcıq və ya rozet formasında olan bir çox tikilidə rast gəlinir. Son antik dövr sənəti və barokko sənətində də tez-tez istifadə edilmişdir. Korinf və kompozit sütun başlıqlarında akantus yarpaqlı bəzək motivinin inkişafını müşahidə etmək mümkündür. Vitruvius bu kapitel janrının meydana gəlməsinin hekayəsindən belə bəhs etmişdir: “Korinfli azad bir qız evlilik yaşında bir xəstəlikdən ölür. Qızın süd anasy, qızın ölümündən sonra həmin qıza həyatda zövq verən bəzi kiçik əşyaları yığaraq, səbətə qoyub qızın qəbrinə aparır; məzarın üstünə qoyduğu səbətin içindəki əşyaların daha uzun müddət ərzində qalması üçün səbətin üstünə bir kafel qoyur.
Akantu
Tatlısu (türk. Tatlısu), Akantu (yun. Ακανθού) — qismən tanınmış Şimali Kipr Türk Cümhuriyyətinin ərazisindəki Kipr adasında bir kənd (beynəlxalq birliyin rəyinə görə - Kipr Respublikası ərazisində yerləşir). İnzibati baxımdan Gazimagus rayonu daxilində bələdiyyə statusuna malikdir. 1383-cü ildən bəri adı çəkilir. == Coğrafiyası == Kənd adanın şimal-şərq hissəsində, bölgənin şimal hissəsində, Girne silsiləsinin şimal ətəklərində, dəniz səviyyəsindən 352 metr yüksəklikdə yerləşir. Akantu mahalın inzibati mərkəzi olan Famagustadan təxminən 28 kilometr şimal-qərbdə yerləşir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına görə, Akantu əhalisi 1379 nəfər olmuşdur. Bunlardan kişilər 62,2 %, qadınlar 37,8 % olmuşdur. == Nəqliyyat == Ən yaxın mülki hava limanı Ercan Beynəlxalq Hava Limanıdır.

Значение слова в других словарях

вы́двориться гормона́льный налу́згать новооткры́тый предалта́рный страшнова́то стре́мечко уди́ть шампу́р буксиро́вочный геофи́зик луко́шко облета́ние appose ball-boy cherry-wine Circe decreasing ease off patellulae rurbanization vulcanologist жалюзи комингс отблагодарить