AKTİN

сущ. анат. актин (белок мышечных волокон)
AKT
AKTİNİK
OBASTAN VİKİ
Aktindiyakimilər
Aktindiyakimilər (lat. Actinidiaceae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Aktinidiya
Aktinidiya (lat. Actinidia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinə aid bitki cinsi. Onun iki növünün meyvəsindən istifadə olunur. Bunlardan biri kişmiş, digəri isə kolomikt aktinidadır. Adları çəkilən hər növ aktinida ağaclara sarılan incə budaqlı sarmaşıq bitkisidir. Bu növlərin ikisi də iyun ayında çiçəkləyir, meyvələri isə sentyabr – oktyabr aylarında yetişir. Meyvələri şirəlidir, xaşagələn şirin və ətirli dada malikdir. Bu bitkilər bəzən dekorativ məqsəd üçün də becərilir. 1934-cü ildə bu bitkilərdən N. V. Miçurin seleksiya yolu ilə yeni, şaxtaya davamlı və məhsuldar meyvəli çeşidlər əldə etmişdir. Aktinidanın meyvələri tam yetişən zaman toplanır.
Aktinilər
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Aktinium
Aktinium (Ac) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 89-cu element. == Haqqında == Aktinium dövri sistemin III qrupunun radioaktiv kimyəvi elementi, sıra sayı 89, ən çox yaşayan izotopun kütlə ədədi 227. Yer qabığında miqdarı 6×10−10 çəki %. As227 radioaktiv aktinouran (U235) sırasının üzvüdür və uran filizlərində tapılır; b - hissəciklər (98,8%) və a - hissəciklər (1,2%) ayırmaqla parçalanır. As228 (MsTh2) -b şüalandırıcısı olub yarımparçalanma dövrü 6,13 saat. Aktinium - gü­müşü-ağ metal, ərimə temperaturu 1050±50 °C. Kimyəvi cəhətdən lantanın ali homoloqudur və tədqiq olunmuş birləşmələri (Ac2O3, AcF3, AcCl3, AcBr3 və b.) lantanın müvafiq birləşmələri ilə izomorfdur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Aktiniyalar
Aktinilər və ya dəniz anemonları (lat. Actiniaria) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Tək-tək yaşayan dəniz polipləridir. Uzunluğu bir neçə millimetrdən 1,5 metrədək olur. Rəngi əlvandır. Skeletsizdir. Yastı oturacağı ilə bərk substrata yapışır; qazıcı və neyston (suyun səthinə yapışan) növləri də var. Aktiniyaların ağzı onun yemi olan onurğasızları və balıq körpələrini iflic edən (və ya öldürən), dalayıcı çıxıntılarla əhatə olunmuşdur. Aktiniyalar qeyri-cinsi və cinsi yolla çoxalır. Cinsiyyət hüceyrələri suda mayalanır.
Aktinoid
Aktinoidlər – dövri sistemin 7-ci dövründə yerləşmiş, sıra nömrəsi 89-103 arasında olan 14 elementin ümumi adıdır. Adının mənası yunan dilindən tərcümədə "aktis" "şüa", "eidos" "oxşar" deməkdir. Bunlar aktinium, torium, protaktinium, uran, neptunium, plutonium, amerisium, kürium, berklium, kalifornium, eynşteynium, fermium, mendelevium, nobelium, lourensiumdur. Onlardan heç birinin stabil izotopu yoxdur. Torium, protaktinium və uran təbii radioaktiv elementlər olduğu halda, digər aktinoidlər nüvə reaksiyalarında süni yolla sintez edilmişdir. == İlkin təsəvvürlər == Aktinoidlər ailəsi haqqında təsəvvürləri ilk dəfə 1944-cü ildə Amerika alimi Q. Siborq vermişdir. Özünün aktinoidlər ailəsi nəzəriyyəsinə uyğun olaraq o söyləmişdir ki, toriumdan başlayaraq bu elementlərin atomlarında lantanoidlərdə 4f yarımsəviyyələri dolduğu kimi, 5f yarımsəviyyəsi də dolmağa başlayır. Ona görə də bütün 14 aktinoidləri dövri sistemdə aktiniumla birlikdə bir qəfəsdə yerləşdirirlər. Onlar dövri sistemdə lantanoidlər sırasının altında yerləşdirilir. Aktinoidlərin bu cür yerləşdirilməsi geniş yayılmışdır.
Aktinoidlər

Aktinolit
Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar. == Xassələri == Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari. == Mənşəyi və yayılması == Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b.
Aktinolit (mineral)

Aktinometr
Aktinometr, radiasiyaölçən – düz düşən Günəş radiasiyasının (səthə perpendikulyar düşən şüaların) intensivliyini ölçən cihaz. Termoelektrik və termobimetal Aktinometrlər geniş yayılmışdır. Aktinometrin iş prinsipi düşən Günəş radiasiyasını səthin udmasına və şüa enerjisinin istilik enerjisinə çevrilməsinə əsaslanır. İstilik enerjisi bimetal lövhənin deformasiya dərəcəsinə; qəbuledicinin temprunun yüksəlməsinə (gümüş-disk Aktinometri); qəbuledici ilə ətraf mühit arasındakı temperatur fərqinə görə qiymətləndirilir. Aktinometr nisbi cihazdır. Mütləq kəmiyyətlərə keçmək üçün Aktinometrin göstəriciləri mütləq cihaz olan pirheliometrin göstəriciləri ilə müqayisə olunur. Heliostatda qurulmuş Aktinometr ilə Günəş radiasiyasını fasiləsiz qeyd etmək mümkündür. Süzgəc dəsti olan Aktinometrdən Günəş spektrinin müxtəlif sahələrindəki radiasiyanın ölçülməsində istifadə edilir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Aktinometriya
Aktinometriya — geofizikanın bir bölməsi; atmosferdə, hidrosferdə və Yer səthindəki şüalanmaları öyrənir. Dar mənada, aktinometriya meteorologiyada Yerin radiasiyasını ölçmə üsullarının məcmusudur. Yerdə və atmosferdə baş verən hadisələrin enerji mənbəyi Günəşdir. Aktinometriyanın əsas vəzifəsi Yer səthində və atmosferdə Günəş radiasiyasının, atmosferin radiasiya balansının ölçülməsi və tədqiqi, atmosfer, hidrosfer və Yer səthində şüa enerjisinin dəyişilməsini ölçən cihaz və üsulların işlənib hazırlanmasıdır. Aktinometriya atmosfer optikası, spektroskopiya, heliofizika, atmosferin yüksək təbəqələrinin fizikası və alçaq (yerüstü) təbəqələrin fizikası ilə əlaqədardır. Aktinometriyadakı təcrübi və nəzəri işlərin nəticələri iqlimşünaslıq, kənd təsərrüfatı, sənaye, tibb, memarlıq, nəqliyyat, aerologiya və meteorologiyada tətbiq edilir. Yerin süni peyklərinin buraxılması ilə əlaqədar aktinometriya xüsusilə böyük imkanlar əldə etmişdir. == Mənbə == Актинометрија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.
Aktinomisetlər
Actinomisetlər (actis — şüa, myces — göbələk) bakteriyalarla göbələklər arasında orta bir yer tutan müstəqil mikroorqanizmlər qrupu. Bergi təsnifatına əsasən onlar Actinomycetales sırasına aid edilir. Actinomisetlərin hüceyrələri şaxəlidir ki, bu da göbələklərin mitselilərini xatırladır (hiflər kimi). Bacteriyalar kimi Actinomisetlərin də nüvələri kiçik deyil. Onlarda nüvə maddəsi protoplazmaya yayılmışdır. Actinomisetlər hiflərin sadə bölünməsi yolu ilə yaxud spor əmələ gətirməklə çoxalır. Qidalı mühitdə sıx ərp, orqanizmdə isə druzlar adlanan dənələr şəklində yığınlar əmələ gətirirlər. Druzlar — formasını dəyişmiş mitselilərin özünəməxsus toplanması nəticəsndə əmələ gələn törəmələrdir. Druzun forması hər tərəfə çıxan şüanı xatırladır. Məhz buna görə də Actinomisetləri şüalı göbələklər də adlandırmaq olar.
Aktinoqraf
AKTİNOQRAF – günəş radiasiyasının intensivliyinin dəyişməsini qeydə alan özüyazan cihaz.
Aktinoseratoidealar
Aktinoseratoidealar (Actinoceratoidea) — paleozoy başayaqlılarının düz qabıqlı, məhv olmuş nümayəndələri bu yarımsinifə aiddir. Arakəsmə xətlərəri düzdür. Sifon genişdir. Onun vəziyyəti subkənardan submərkəzədək dəyişir. Arakəsmə boruları qatlanmış, adətən qısa, bəzən nisbətən uzun; yarımdairəvi birləşdirici halqalar arakəsmə boruları ilə birləşib sifonun ellips və ya pulşəkilli seqmentini əmələ gətirir. Çox güman ki, hövzənin dibində yaşayıblar. Ordovik — karbon. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Kolomikt aktinidiyası
Kolomikt aktinidiyası (lat. Actinidia kolomikta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində, Yaponiyada, Koreyada, Saxalində meşələrdə, dəniz səviyyəsindən 1300–1400 m hündürlükdə bitən lianadır. == Botaniki təsviri == 15 m hündürlüyə çatan sarmaşan bitkidir. Yarpaqları müxtəlif çalarlı; əvvəl bürüncü, sonra yaşıl, çiçəkləyəndə ağ-alabəzək, payızda narıncı-bənövşəyi, daha sonra qızaran moruğu-qırmızı rəngli iri kürəvari olur. Çiçəkləri ağ və çəhrayı rəngdə, ətirlidir. Zoğ üzərində tək-tək və ya seyrək salxımlarda yerləşir, ikievli bitkidir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri dişicikli çiçəklərdən kəskin seçilir. Erkəkcikli çiçəkləri kiçik, 50–60 tozcuqdan ibarət olub, dişicikli çiçəklər isə iridir.
Poliqam aktinidiya
Poliqam aktinidiya (lat. Actinidia polygama) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Koreyada, Şimal-Şərqi Çində təbii halda bitir. == Botaniki təsviri == Kol lianasıdır. Cavan zoğların qabığı boz-qonur, yaşlılarda qırmızımtıl-qonurdur. Yarpaqları vegetasiya dövründə rəngini dəyişir. İyunun əvvəlindən avqustun ortalarınadək təxminən 30 gün ağ, ətirli çiçəklərlə çiçəkləyir. Bitki birevlidir. Hündürlüyü 5–8 m-ə qədər, gövdəsinin qalınlığı 2–3 sm olan, orta boylu lianadır. Xarici görünüşünə görə kolomikta aktinidiyasına bənzəyir, ancaq ondan kiçikdir, az budaqlanır.
Sivriyarpaq aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. == Botaniki təsviri == 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
Xortumlu aktinidiya

Çin aktinidiyası
Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir. == Ekologiyası == Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir. == Azərbaycanda yayılması == Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir. == İstifadəsi == Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Şişuc aktinidiya
Sivriyarpaq aktinidiya (lat. Actinidia arguta) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin aktindiyakimilər fəsiləsinin aktinidiya cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalində, Kuril adalarında, Koreya və Yaponiyanın iynəyarpaqlı meşələrində bitir. Uzaq Şərq meşələrinin ən iri, oduncaqlı lianasıdır. == Botaniki təsviri == 25 m hündürlüyə çatan bitkidir. Gövdəsi möhkəm oduncaqlaşmış, diametri 10–15 sm-ə çatır. Kürəvi, yumurtavari yarpaqları üstdən dərivari, tünd-yaşıl,15 sm uzunluğunda, 10 sm enində olur. Çiçəkləri ikievlidir. Zoğları hamar, açıq-bozdur. İyun-iyul aylarında çiçəkləyir.
грузонапряжённость куржа́вый несчи́танный разбавля́ться горше́чник детса́д дря́блость естествоиспыта́тель заме́на подстрахова́ться предкры́лок рассу́дочный эгоцентри́стски семпитерня Andorra clasper methanometer object-matter self-proclaimed serry toothsome unload блок-аппарат лямка овеществляться