BUDAQ

I
сущ.
1. ветвь, ветка. Palıdın budaqları ветви дуба, çılpaq budaqlar голые ветви, quşlar budağa qondular птицы сели на ветку
2. сук. Quru budaqlar сухие сучья
3. побег, отросток. Yan budaqlar боковые побеги
II
прил.
1. ветвяной. Budaqlardan düzəldilmiş талвар ветвяной навес
2. лингв. придаточный. Budaq cümlə придаточное предложение
BUDAĞAGİRƏN
BUDAQCIQ
OBASTAN VİKİ
Budaq Budaqov
Budaq Əbdüləli oğlu Budaqov (23 fevral 1928, Çobankərə, Eçmiədzin qəzası, Ermənistan SSR, SSRİ – 1 noyabr 2012, Bakı) — Azərbaycanlı alim, ictimai-siyasi xadim, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2008), Respublika Ağsaqqallar Şurasının sədri, Azərbaycan Milli Məclisin "Toponimika" Komissiyasının sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, SSRİ Coğrafiya Cəmiyyətinin N. A. Pryevalski adına Qızıl medalı (1978), Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və Yusif Məmmədəliyev (1995), akademik Həsən Əliyev, şair Məmməd Araz, mesant Hacı Zeynalabdin Tağıyev adına mükafatları laureatı, coğrafiya elmləri doktoru (1968), professor (1969), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), AMEA-mım müxbir üzvü (1976), AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru. == Həyatı == Budaq Budaqov 23 fevral 1928-ci ildə Qərbi Azərbaycanda Zəngibasar mahalının Çobankərə kəndində (indiki Masis rayonu, Ermənistan SSR) anadan olmuşdur. 1933–1940-cı illərdə Ermənistan SSR Zəngibasar rayonunun Mehmandar kənd natamam orta məktəbində oxumuşdur. 1940–1941-ci illərdə İrəvan şəhərində yerləşən Azərbaycan Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Budaq Budaqov ilk əmək fəaliyyətinə doğulduğu kənddə kolxoz briqadirinin köməkçisi kimi başlamışdır. 1945-ci ilə kimi bu vəzifədə çalışmışdır. 1945–1947-ci illərdə isə təhsilini yenidən davam etdirmişdir. İrəvanda təhsilini başa vurduqdan sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olmuşdur. Buradakı təhsilini 1951-ci ildə bitirdikdən sonra təhsilini davam etdirərək SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasını oxumuşdur. 1955-ci ildə Moskvada coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Cənub-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" mövzusunda dissertasiya işini müdafiə etmişdir.
Budaq Hacısamlı
Budaq Köçəri oğlu Hacısamlı (1786-?) — Obabaşı. == Həyatı == Budaq Köçəri oğlu 1786-cı ildə Qaraçorlu mahalının Hacısamlı nahiyəsində doğulmuşdu. Qohum-əqrabasını ətrafına toplayıb bir oba təşkil etmişdi. Bu oba sonra Budaqdərə adlandı. Budaq əsasən heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Yatağı, yaylağı, əkinəcəyi, məzrəsi vardı. Bir müddət Mehdiqulu xan Cavanşirlə İranda yaşamışdı. 1827-ci ildə doğma yurduna qayıtmışdı. == Ailəsi == Budaq Salatınla ailə qurmuşdu. Oruc, Niftalı, Baxşalı adlı oğlanları, Şirin və Sona adlı qızları vardı.
Budaq Nəsirov
Budaq Nəsirov (15 iyul 1996, Gəncə) – Portuqaliya aşağı dəstəsində mübarizə aparan Sportinq Lissabonun əvəzedici komandasında yarımmüdafiəçi kimi çıxış edən Azərbaycan futbolçusudur. == Karyerası == === Klub === Budaq Nəsirov 25 iyul 2016-cı ildə Sportinq Lissabon klubu ilə 5 illik müqavilə imzalamışdır. === Milli komanda === Budaq Nəsirov milli komandada debütünü 26 may 2016-cı ildə Azərbaycanın yoldaşlıq oyununda Andorraya qarşı oyunda etmişdir. == Karyera statistikası == === Milli komanda === 26 may 2016-cı il məlumatlarına əsasən.
Budaq Qəzvini
Budaq Qəzvini (1510–1577) — tarixçi, dəftərxanada işçi, qoşun kargüzarı (nəvisəndəgi-ye ləşkər), münşi, kələntər, katib, vəzir. == Həyatı == Budaq bəy 1510-cu ildə Qəzvin şəhərində anadan olmuşdu. Budaq Qəzvini öz həyatını, Səfəvilər idarəsində tutduğu xırda məmur vəzifəsindəki fəaliyyətini qısaca və aydın təsvir etmişdir. O, Şah I Təhmasibin hakimiyyətinin əvvəlində, on dörd yaşında olarkən şah dəftərxanasında işə qəbul olunmuşdur. Sonrakı ildə Budaq Qəzvini pulların saxlandığı dəftərxanada (dəftər-i ərbab-i təhavil) üç tümən maaşla işə götürüldü. Dörd il keçdikdən sonra Budaqın xəttindən xoşu gələn xəzinə başçısı (müstövfi əl-məmalik) Hacı Hüseyn Kaşi onu öz yanına işə götürdü və ona on beş tümən maaş təyin etdi. Onun qulluqdakı fəaliyyətinin altıncı ilində ölkə üzrə mədaxil və məxarici qeydə almaqdan ötrü məlumat dəftərxanası yaradıldı və Budaq səkkiz tümənlik əmək haqqı ilə ora işə keçirildi. Onun qardaşı Hacı İzzəddin dəftərxananın rəisi idi. Budaqın dayısı Əmir bəy Şələkani, Məhəmməd xan Şərəfəddin oğlu Təkəlinin vəziri və vəkili olduğundan, sonuncu Bağdad hakimi təyin edildikdən sonra öz bacısı oğlunu Ərəb İraqının divan katibi (münşiy-i divan) vəzifəsinə işə götürdü. Üç ildən sonra Məhəmməd xan qoşun kargüzarı (nəvisəndəgiy-iləşkər) vəzifəsini də Budaqa tapşırdı və onun əmək haqqı 20 tüməndən 30 tümənədək artdı.
Budaq Təhməz
Budaq Təhməz (tam adı: Budaq Təhməz oğlu Təhməzov; d. 1938, Naxçıvan, Şərur rayonu, Siyaqut) — Şair-publisist, Məmməd Araz mükafatı laureatı. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Budaq Təhməz 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. 1970-ci ildə yaradıcılığa başlayıb. Şərurda "İşıqlı yol" qəzetinin nəzdində "Şərur qönçələri" ədəbi dərnəyinin yaradıcılarından və təşkilatçılarından biri olmaqla yanaşı həm də uzun illər dərnəkdə fəaliyyət göstərib == Yaradıcılığı == "Aşıq Nabat" kitabının tərtibçısı olmuş Budaq Təhməzin şeirləri Türkiyə və İran mətbuatında dəfələrlə çap olunub. “Mən vətənin oğluyam”, “Şair ürəyi” və “Kəndimizə bir qız gəlib şəhərdən” şeirləri Türkiyə türkcəsinə uyğunladırılaraq Türkiyə “Ədəbiyyatçılar və kültür adamları” ensiklopediyasında dərc edilib. Silsilə şeirləri filologiya elmləri namizədi Şamil Zaman tərəfindən fransız dilinə tərcümə olunub. Bir çox şeirinə musiqi bəstələnən şair aşıq və folklor yaradıcılığı barədə bir çox elmi məqalələrin müəllifidir.
Budaq cümlə
Budaq cümlə - tabeli mürəkkəb cümlənin baş cümləyə semantik və qrammatik cəhətdən tabe olan tərkib hissəsi. Budaq cümlə baş cümləyə müxtəlif cəhətdən xidmət edir; baş cümlədə ifadə olunan hal-hərəkətin zamanını, yerini, səbəbini və digər əlamətlərini bildirir. Azərbaycan dilində budaq cümlənin aşağıdakı növləri vardır: mübtəda budaq cümləsi xəbər budaq cümləsi tamamlıq budaq cümləsi təyin budaq cümləsi zərflik budaq cümlələri şərt budaq cümləsi qarşılıq-güzəşt budaq cümləsi. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014, səh.17. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı, 1974, Abdullayev Ə., Cəfərov N., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili, IV hissə, Sintaksis. Bakı, 2009.
Budaq sultan
Budaq sultan (?-?)—İrəvan əyalətinin Şuragöl mahalının hakimi. == Həyatı == 1805-ci il oktyabrın 20-də Şuragöl sultanlığı Rusiyanın tabeliyinə keçir. Bu sultanlıq strateji mövqeyinə görə rus komandanlığına çox lazım idi. İran və Osmanlı Türkiyəsi ilə müharibə dövründə Şuragöl bufer zona kimi əlverişli əhəmiyyətə malik idi. Digər tərəfdən, Şuragölün varlı kənd təsərrüfatı rus qoşunlarını ərzaqla təmin edə bilərdi. İrəvana hücum ərəfəsində P.D.Sisianov Şuragöl sultanlıqının hakimi Budaq sultana Rusiya dövlətinin himayəsi altına keçməyə təklif etmişdi. Lakin Budaq sultan onun bu təklifinə məhəl qoymayaraq İrəvan xanı ilə əlaqə saxlayırdı və onun göstərişinə əsasən tez-tez Kartli-Kaxetiya ərazilərinə hücumlar təşkil edirdi. Tezliklə, Məhəmməd xanla onun arasında narazılıq yarandı. Müdaxilə nəticəsində dağıdılmış təsərrüfatı yenidən bərpa etmək üçün İrəvan xanı sultandan ağır vergi tələb etmişdi. O, Budaq Sultanı İrəvan qalasında həbs edərək ondan 30000 rubl tələb etmiş, əks təqdirdə şuragöllüləri İrəvana köçürəcəyi ilə hədələmişdi.
Kəmiyyət budaq cümləsi
Kəmiyyət budaq cümləsi baş cümlədəki hərəkətin və əlamətin miqdarını bildirir və nə qədər? sualına cavab verir. Kəmiyyət budaq cümləsində də, əsasən, baş cümlə budaq cümlədən sonra gəlir. Kəmiyyət budaq cümləsinin baş cümləyə bağlanmasında nə qədər, nə qədər ki, hər nə qədər və s. kimi bağlayıcı sözlər iştirak edir. Bu zaman baş cümlədə o qədər, bir o qədər (də), o qədər də, bir elə və s. kimi əvəzlik-qəliblərdən biri qarşılıq söz kimi iştirak edir. Məs: Nə qədər səbirli olsan, bir o qədər xeyirli olar. Ön cəbhə nə qədər möhkəm olsa, insanlar bir o qədər arxayın olar. Kəmiyyət budaq cümləsi bəzi hallarda hərəkətin deyil, əlamətin kəmiyyətini də bildirir.
Mübtəda budaq cümləsi
== Mübtəda budaq cümləsi == Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir.Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir.
Məqsəd budaq cümləsi
Məqsəd budaq cümləsi baş cümlədəki hərəkətin məqsədini bildirir və niyə? nə üçün? nə məqsədlə? suallarından birinə cavab olur. Məqsəd budaq cümləsində də baş cümlə əvvəldə gəlir. Bu zaman əlaqə vasitəsi kimi "ki" bağlayıcısından istifadə olunur. Məs: Biz Nabrana getdik ki, istirahət edək. Başqa ölkələrdə yaşayan azərbaycanlılar gəlmişdilər ki, vətənə kömək etsinlər.Çox zaman baş cümlədə əvəzlik-qəlib rolunda ona görə, ondan ötrü sözləri də işlənir. Məs: Məktəblilər Fəxri xiyabana ona görə gedirdilər ki, ulu öndər H.Əliyevin məzarını ziyarət etsinlər. Biz ondan ötrü bura gəldik ki, şəhid anasına dəstək olaq.
Qarşılıq-güzəşt budaq cümləsi
Qarşılaşdırma budaq cümləsində baş və budaq cümlənin məzmunu bir- biri ilə qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir və ya biri digərinə güzəştə gedir. Qarşılaşdırma budaq cümləsi də məzmunla bağlıdır. Budaq cümlənin bu növündə budaq cümlə başcümlədəki hər hansı suala cavab vermir. Budaq cümlənin bu növü baş cümlədən əvvəl gəlir. Budaq cümlə baş cümlə ilə nə qədər? bağlayıcı sözü, -sa, -sə şəkilçisi və da, də, belə ədatları ilə əlaqələnir. Məs.: Müəllim nə qədər danışsa da, yaxşı cavab ala bilmirdi. Nə qədər qoca olsam da, deyərəm min cavana. Hara gedir-getsin, əlimdən qurtara bilməyəcək. Qarşılaşdırma budaq cümləsində bağlayıcı söz işlənməyə də bilər: Məs.: Mehman yorulsa belə, işdən doymurdu.
Pir Budaq
Pirbudaq
Səbəb budaq cümləsi
Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur. Səbəb budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl işlənir. Bu zaman əlaqə vasitəsi ki, çünki, ona görə ki, ondan ötrü ki və s. kimi bağlayıcılar olur. Məs: Günəşin çıxmağından qorxurdu, çünki günəş ağappağ dumanı dağıda bilərdi. İndi hamının kefi saz idi, ona görə ki hamısının yuxusu qaçmış, zehni açılmışdı.
Tamamlıq budaq cümləsi
Tamamlıq budaq cümləsi ya baş cümlənin olmayan tamamlığı əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunan tamamlığı izah edir. Kimi? nəyi? kimə? nəyə? kimdə? nədə? kimdən? və s. suallarından birinə cavab verir.
Təyin budaq cümləsi
Təyin budaq cümləsi baş cümlənin isimlə və ya isimləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvünü təyin edir və təyinin suallarına (necə? nə cür? hansı?) cavab verir. Adətən, təyin budaq cümləsinin baş cümləsində o, bu, elə, belə, həmin, bir, elə bir, o qədər və s. kimi əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər budaq cümlənin bu növündə özündən sonra isim tələb edir. Təyin budaq cümləsi əksər zaman baş cümlədən sonra gəlir. Bu vaxt əlaqə vasitəsi ya tabelilik bağlayıcısı, ya da intonasiya olur. Məs:Mən o (hansı?) kəndləri gəzmişəm ki, havası havadır, suyu sudur. Elə (necə?) otlar var ki , min bir dərdin dərmanıdır.
Xəbər budaq cümləsi
Xəbər budaq cümləsi baş cümlənin əvəzlik-qəliblə ifadə olunmuş xəbərini izah edir və ismi xəbərin suallarına (kimdir? nədir? nədəndir? nə oldu? necədir? və s.) cavab verir. Xəbər budaq cümləsində işlənən əvəzlik-qəliblər bunlardır: odur, budur, o idi, bu idi, elədir, belədir, eləsən, beləsən, oradadır, buradadır, burası idi, orasındadır, onun üçündür, bunun üçündür . Baş cümlənin xəbəri, əsasən, ismi xəbərli olur. Xəbər budaq cümləsində əvəzlik-qəlib, demək olar ki, həmişə işlənir. Əlaqə vasitəsindən asılı olaraq, xəbər budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl və sonra işlənə bilər.
Yer budaq cümləsi
Yer budaq cümləsi baş cümlədəki hərəkətin yerini bildirir və haraya? harada? haradan? suallarından birinə cavab olur. Yer budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir. Budaq cümlədə haraya (ki), harada (ki), haradan (ki), o yerə (ki), o yerdən (ki), bir yerə ki, bir yerdən ki və s. kimi bağlayıcı sözlər işlənir. Bu zaman əlaqə vasitəsi kimi -sa² şəkilçisi də iştirak edə bilər. Baş cümlədə oraya (ora), orada, oradan, və s. kimi əvəzlik-qəliblər işlənir.
Zaman budaq cümləsi
Zaman budaq cümləsi baş cümlədəki hərəkətin, əlamətin zamanını bildirir və nə vaxt? nə zaman? haçan? suallarından birinə cavab olur. Zaman budaq cümləsində də baş cümlə budaq cümlədən əvvəl və sonra gələ bilər. Baş cümlə əvvəl gəldiyi zaman əlaqə vasitəsi ki tabelilik bağlayıcısı olur. Bu zaman baş cümlədə o vaxt, onda, o zaman, o vədə, elə bir vaxtda və s. kimi əvəzlik-qəliblər işlənir. Məs: Mən onda kəndə çatdım ki, qaranlıqlaşırdı. Sadıq o zaman dükana çatdı ki, dükana yeni mallar gəlmişdi.
Zərflik budaq cümlələri
Zərflik budaq cümlələri
Şərt budaq cümləsi
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur. Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
Tərzi-hərəkət budaq cümləsi
Tərzi-hərəkət budaq cümləsi baş cümlədəki hərəkətin nə cür icra olunduğunu bildirir. Budaq cümlə baş cümlənin feili xəbərinə aid olur. Sualları: necə? nə cür? Adətən, baş cümlədə elə, belə əvəzlik-qəliblər işlənir. Əvəzlik-qəliblər, əsasən, feili xəbərə aid olur. Bu zaman hərəkətin tərzi mənasında başa düşülür. Məs: Elə (necə?) çağırdı ki, hamı dönüb baxdı. Tərzi-hərəkət budaq cümləsində baş vəzifəsində budaq cümlənin yeri sabit deyil. Baş cümlənin əvvəl gəldiyi növlərində əlaqə vasitəsi intonasiya və yaxud tabelilik bağlayıcısı olur.
Araz Budaqov
Araz Məhəmməd oğlu Budaqov (7 dekabr 1938 – 27 may 2021) — terapevt-həkim, müəllim, SSRİ səhiyyə əlaçısı, Azərbaycan SSR-in Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinin deputatı, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsinin sədri. == Həyatı == === Ailəsi === Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonunun Umudlu kəndində kolxozçu ailəsində dünyaya gəlmişdir. Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur.1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir. Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər. Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır. === Vəfatı === Araz həkim 27 may 2021-ci ildə Sabirabad rayonunun Surra kəndində dünyasını dəyişmişdir. May ayının 28-də isə rayonun Axısxa kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölüm səbəbi isə ürək çatışmazlığı və həkim səhvləri olmuşdur.
Bayram Budaqov
Bayram İsmayıl oğlu Budaqov (8 yanvar 1994, Sabirkənd, Marneuli rayonu – 10 oktyabr 2020, Odessa) — hücumçu mövqeyində çıxış etmiş Ukrayna və Azərbaycan futbolçusu. == Karyerası == === Klub karyerası === Bayram Budaqov 8 yanvar 1994-cü ildə Gürcüstanın Marneuli bələdiyyəsinin Sabirkənd kəndində anadan olub. Ukraynanın "XQVUFK-1 Xarkov", "Metallist Xarkov", "İliçyovets Mariupol" və "Dnepr" komandalarının yetirməsidir. Sonuncunun heyətində 2011-2014-cü illər aralığında əvəzedicilərin çempionatında 55 oyun keçirib, 9 qol vurub. 2014-cü ildə "Dnepr"lə müqaviləsi başa çatan Budaqov komandanı tərk edib.2014-cü ilin iyun ayında "AZAL" və "Xəzər Lənkəran", iyul ayında "Qəbələ", 2015-ci ilin mart ayında isə "Neftçi" komandasında baxışda olub. 2016-cı il qış transfer pəncərəsi dönəmində "Xəzər Lənkəran"la müqavilə bağlayıb. 3 aprel 2016-ci ildə "Qarabağ"a qarşı oynanılan görüşdə yeni komandasında debüt edib. "Xəzər Lənkəran"ın heyətində ilk və yeganə qolunu 20 may 2016-ci ildə "Rəvan"ın qapısından keçirib.2016-2017 mövsümünü Azərbaycan Birinci Liqasında mübarizə aparan "Səbail"in heyətində keçirib. Divizionun 13-cü turunda "Bakılı"nın, 17-ci turunda isə "Göyəzən"in qapısından 4 qol keçirərək pokerə imza atıb. === Milli karyerası === Budaqov Azərbaycanın 19 və 21 yaşlılardan ibarət millilərinin üzvü olub.
Budaqbəy (Miyanə)
Budaqbəy (fars. بداغ بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 232 nəfər yaşayır (46 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kələboz kəndistanında, Miyanə şəhərindən 28 km. cənub-qərbdə, Miyanə-Təbriz avtomobil yolunun 27 kilometrliyindədir.
Budaqbəy qışlağı
Budaqbəy qışlağı — 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Tərnəqut kəndinə məxsus qışlaq.
Budaqdərə
Budaqdərə — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Budaqdərə kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Kənd Budaqdərəsi adlı yerdə salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə İmişli (Qaradonlu) rayonu ərazisində Budaqlı adlı kənd də qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ yaylasında yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Budaqlanan alqoritmlər
Budaqlanan alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir. Yəni nəzərdə tutulan şərt ödənilirsə, bir istiqamətə, həmin şərt ödənilmirsə, əks istiqamətə doğru hərəkət edilir. Beləliklə, alqoritmdə budaqlanma baş verir. == Mənbə == AMEA İnformasiya Texnologiyaları İnstitutu, "İnformatika mühazirələri", tex.f.d.
Budaqlı danaya
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Budaqlı qatırquyruğu
Budaqlı qatırquyruğu (lat. Equisetum ramosissimum) - qatırquyruğu cinsinə aid bitki növü.
Canpolad Budaqov
Canpolad Budaqov — Uşu-sanda üzrə Avropa (1996-cı il) və Dünya (1999-cu il) birincisi; Azərbaycan yığmasının sabiq məşqçisi
Qollu-budaqlı sarılıqotu
Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 80 sm olub, bozumtul qısa sıx tükcükləri vardır. Gövdəsi bir və ya bir neçə olub, budaqlanandır. İnkişafının birinci ilində yalnız kökətrafı çətir əmələ gətirir. Çətir yarpaqları uzunsov daralmış saplaqdan ibarət olub, kiçik dişciklidir. İnkişafının ikinci ilində çoxlu qısa və nazik, tədricən azalan gövdələri üzərində xətti-neştərşəkilli və ya xətti, qısasaplaqlı və bütövkənarlı yarpaqları olur. Sonluqda yerləşən çiçəkləri oldaqca uzun fırçadan, kiçik, düz, sərbəst ləçəkləri, dördölçülü limonu-sarı rənglidir. Meyvələri uzun və nazik, uzunluğu 4 sm, olub, ağımtıl tükcüklərdən ibarətdər. Toxumları kiçik, kürəni-qonur rənglidir.
Ramiz Budaqov
Ramiz Qərib oğlu Budaqov (d.7 noyabr 1973; Qazaxıstan — ö. 27 aprel 1994; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (əsgəri). 1994-cı ildə Gülçülük kəndində tabor komandirinin həyatını xilas edərək şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Ramiz Budaqov 1973-ci il 7 noyabr tarixində Qazaxıstan vilayətində anadan olub. Ramiz Budaqov subay idi. == Hərbi xidməti == Əsgər Ramiz Budaqov 1994-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində Ağdam Rayonunun Gülçülük kəndində gedən döyüş zamanı tabor komandirinin həyatını xilas edərək, özü qəhrəmancasına şəhid oldu.
Rufiz Budaqov
Rufiz Şirzad oğlu Budaqov (12 iyul 1977; Ordubad rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rufiz Budaqov 1977-ci il iyulun 12-də Ordubad rayonunun Tivi kəndində anadan olub. Ailəli idi. 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rufiz Budaqov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəşad Budaqov
Rəşad Ramiz oğlu Budaqov (13 mart 1986, Yevlax – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəşad Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Saday Budaqlı
Saday Budaqlı (13 noyabr 1955, Qazax) — Azərbaycanlı yazıçı, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin katibi (1989-1993), Azərbaycan Dövlət Radiosunda baş redaktor (1993-2009), Maksim Qorki adına Ümumittifaq Mükafatı, Moskvada nəşr edilən "Nedelya" həftəlik məcmuəsinin laureatı, "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mükafatını alıb (1982). 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. == Həyatı == Saday İsmayıl oğlu Budaqlı 1955-ci il noyabrın 13-də Qazax rayonunda anadan olub. 1984-cü ildə M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. == Fəaliyyəti == 1984-1989-cu illərdə "Yazıçı" nəşriyyatında redaktor işləyib. 1989-1993-cü illərdə Yazıçılar İttifaqının Qazax şöbəsinin katibi olub. 1993-2009-cu illərdə Azərbaycan Dövlət Radiosunda baş redaktor vəzifəsində çalışıb. Povest və hekayələrdən ibarət kitabları Bakıda və Moskvada Azərbaycan və rus dillərində çapdan çıxıb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə də tərcümə olunub.

Значение слова в других словарях

гельминто́з диагра́ммный лине́йно- надпо́чечный осме́ивать первостате́йно снаряжа́ть стру́нник худо́жнический живы́е картины натарато́риться натуропати́ческий по-актёрски трудноразреши́мый шрапне́ль даган bright's disease eventuate hewer input-output thresh trillion очерк развесной филогенез