ÇİÇƏ

прил. в детской речи: новый; красивый; хороший (обычно о платье)
ÇİBİNTUTAN
ÇİÇƏK
OBASTAN VİKİ
"Pavlovniya çiçəkləri" ordeni
"Pavlovniya çiçəkləri" ordeni (桐花章, Tōka shō) — xüsusən də ictimai və siyasi həyatda uzun illər ərzində görkəmli nailiyyətlər əldə etmiş şəxslərə verilən Yapon ordenidir. Orden 1888-ci ildə Yaponiya hökumətinin fərmanı ilə verilməyə başlanmış və "Doğan günəş" ordeninin ən yüksək ordeni olaraq təqdim olunmuşdursa da, 2003-cü ildən müstəqil bir orden olaraq təqdim edilməyə başlanmışdır. Orden ənənəvi olaraq görkəmli dövlət xadimlərinə, keçmiş baş nazirlərə və yüksək vəzifəli nazirlərə, diplomatlara və hakimlərə verilir. Bu orden, şəxsin ölümündən sonra da verilə bilər və Yaponiyanın mükafat sistemində müntəzəm olaraq verilən ən yüksək mükafatdır. Bu mükafatlar hər il verilmir və 2003-cü ildən bu yana cəmi 24 nəfər şəxs bu ordeni almaq şərəfinə nail olmuşdur.
Al çiçək (film, 1977)
Al çiçək — rejissor İrina Povolotskayanın 1977-ci ildə çəkdiyi film. Əsas rolları Marina İlyiçyova-Rıjakova, Lev Durov və Alla Demidova ifa edirlər. == Məzmun == Uzaq səfərlərə çıxan, hər səfərindən də üç qızına maraqlı, yaddaqalan hədiyyələr gətirən zəngin tacirin sonbeşik qızının başına gələn əhvalatdır. Sevginin gücüylə Bədheybətin yaraşıqlı gəncə çevrilməsi filmin əsas motividir.
Alma çiçəkyeyəni
Alma çiçəkyeyəni (lat. Anthonomus pomorum) — sərtqanadlılar dəstəsindən cücü növü. == Xarici quruluşu == Bədəni qonyrumtul-boz, bığları dirsəkli, burnu boruyabənzər və uzundur. Qanadüstlüklərində köndələn ağ zolaq olur. Uzunluğu 3,5–4,5 mm-dir, sürfəsi ayaqsızdır, başı qonur və kiçikdir. Alma, armud, bəzən albalı və gilas ağaclarına ziyan verir. Əsasən qöncələri zədələyir. Böcəklər tökülmüş yarpaqların altında və qismən ağacın qabığında qışlayır. Dişi böcək 100-dək yumurta qoyur. Yumurtası oval, sarımtıl rəngdədir.
Amerika çiçəbaharı
Amerika çiçəbaharı (lat. Phytolacca americana) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin çiçəbaharkimilər fəsiləsinin çiçəbahar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 100-300 sm olan çoxillik ot bitkisidir. Kökü yoğun, gövdəsi düz, budaqlı, yaşıl, bəzən qırmızıdır. Yarpaqları ardıcıl, yumurtavari-lansetvaridir. Yuxarı yarpaqları aşağıdakılardan xırdadır, çox vaxt sonradan qızarır. Ağımtıl rəngli, inkişaf etdikcə qızaran çiçəkləri uzunsov salxımvari çiçəkqrupunda birləşmişlər. Meyvəsi qara, parıltılıdır. İyun-sentyabr aylarında çiçəkləyir və meyvə verir. == Mənşəyi və yayılması == Adventiv coğrafi tipinin adventiv sinfi və qrupuna aiddir.
Atropatan hiasintellası (Sünbül çiçəyi)
Banu Çiçək
Banu Çiçək — "Kitabi-Dədə Qorqud" dastanında işlənən antroponimlərdən biridir. Mürəkkəb quruluşlu Banuçiçək antroponimin birinci hissəsi fars mənşəli «Xanım» anlamlı banı tituludur. Semantikasında gözəllik ifadə edən, çoxəsrlik tarixə malik olan, bu gündə qadın adı kimi işlənən «çiçək» adının qədim tarixi vardır. Dastandakı «Banuçiçək» antroponiminin yaranmasında «xanım», «padşah arvadı» mənasında olan Banı titulu ilə «çiçək» apelyativi uyğun təşkil edir. Banu Çiçək. Mürəkkəb quruluşlu “Banuçiçək” antroponimin 1-ci hissəsi fars mənşəli “xanım” anlamlı banı//banu tituldur. Müasir ədəbi dilimizdə titul kimi arxaikləşsə də, antroponimlər sistemində qadın adı kimi ayrılıqda, həm də mürəkkəb quruluşlu antroponomlərin tərkibində işlənməkdədir. “Orxon-Yenisey” abidələrində “çeçek” şəklində işlənən apelyativ gözəllik məzmunlu olduğuna görə qədim türk ad sistemində antroponim yaradıcılığına cəlb edilmişdir. Semantikasında gözəlliyi, qəşəngliyi bildirən, əsrlərin süzgəcindən keçib gələn, çoxəsrlik tarixə malik, bu gün də türk antroponimləri sistemində qadın adları kimi işlənən “çiçək” adının tarixi qədimdir. Macar alimi Pyotr Qolden yazır ki, 732-ci ildə Xəzər xaqanı öz qızını Bizans imperatoru Konstantinə ərə verir.
Cəmil Çiçək
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri. == Həyatı və fəaliyyəti == 1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var. == Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi == 2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar.Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur. 2012-ci ildə Fatma Çiçək Derman təzhip sahəsində Türkiyə Cümhuriyyəti Kültür və Turizm Nazirliyi tərəfindən Kültür və Sənət Böyük mükafatına layiq görülmüşdür.
Meymun çiçəyi
Meymunçiçəyi bəzi heyvanlarda, o cümlədən insanlarda baş verə bilən meymunçiçəyi virusunun yaratdığı yoluxucu xəstəlikdir. Simptomları qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin şişməsi və yorğunluq hissi ilə başlayır. Bunun ardınca üzərində qabarcıqlar və qabıqlar əmələ gətirən səpgilər gəlir. Simptomların başlanmasına qədər olan vaxt təxminən 10 gündür. Simptomların müddəti adətən iki ilə dörd həftə arasındadır.Meymunçiçəyi buşmit (Afrika vəhşi heyvan yemi) ilə işləmək, heyvan dişləməsi və ya cızıqdan, bədən mayelərindən, çirklənmiş əşyalardan və ya yoluxmuş şəxslə yaxın təmasdan yoluxa bilər. Virus adətən müəyyən gəmiricilər arasında dövr edir. Diaqnoz virusun DNT-si üçün lezyon testi ilə təsdiqlənə bilər. Xəstəlik suçiçəyi xəstəliyinə bənzər görünə bilər.
Meymun çiçəyi epidemiyası (2022)
6 may 2022-ci il tarixində Böyük Britaniyada xəstəliyin endemik olduğu Nigeriyaya səfər etmiş və orada olarkən 29 aprel 2022-ci ildə meymunçiçəyi xəstəliyinə uyğun simptomlar göstərən Britaniya sakinində başlayan meymunçiçəyi xəstəliyinin davam edən epidemiyası təsdiqləndi. Bu şəxs geri qayıtdı. 4 mayda Böyük Britaniya, epidemiya indeksini ölkəyə təqdim etdi.Böyük Britaniyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının bir neçəsinin mənbəyi məlum deyil. Bəzi müşahidəçilər qeyd edirlər ki, may ayının ortalarından etibarən London bölgəsində əhali arasında infeksiyanın ötürülməsi baş verib.
Qaranlıqlar çiçəyi (teleserial, 2011)
== Məzmun == Teleserialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahid olan Lalə adlı qızcığaz hüquqşunas olub intiqam almaq fikrinə düşür. Lalə atasının qatili sandığı adama aşiq olur. Daha sonra qatilin həmin adam olmadığı üzə çıxır. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını anlamırlar.
Qırılan çiçəklər (film,1919)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qırılan çiçəklər (film, 1936)
Qırılan çiçəklər — 1936-ci il istehsalı İngilis dram filmidir. John Brahm'ın rejissorluğu ilə və Emlyn Williams, Artur Margetson, Basil Radford və Edith Sharpe'nin rolları ilə çəkilib. Bernard Vorhaus həm rejissor həm də texniki nəzarətçi idi.
Qışlaq çiçəklənən şternbergiya
Ruprext novruz çiçəyi
Ruprext novruz çiçəyi - (lat. Primula ruprechtii) == Qısa morfoloji təsviri == Çoxillik, çox sayda qaytanvari köklərə malik, adətən çəpinə oturan qısa kökümsovlu bitkidir. Yarpaqları möhkəm, uzunsovyumurtavari və ya ovalvari-lansetvari, ucu küt yuvarlaq, yumru, bəzən kənarları bükülmüş, tədricən daralaraq saplağa çevrilir, üstü yaşıl, çılpaq, altı ağ, zərif keçəvari tüklüdür. Oxlarının hündürlüyü 25-28 sm, yarpaqdan 2-3 dəfə uzundur, çiçəksaplağı kimi azacıq tüklüdür. Çiçəkqrupu çətirvari, 3-6 (10) çiçəkdən ibarətdir. Çiçəksaplağı 0,5-2 sm uzunluqdadır. Kasacığın uzunluğu 15 mm, eni 25–30 mm, dar boruvari, demək olar silindirvari, uzunluğu 4 mm kimi olan düz, lansetvari, tacın borucuğuna yapışmış iti dişlidir. Tacı sarı və ya açıq sarı, borucuğunun uzunluğu kasacığa bərabər və ya bir qədər ondan uzun, eni 25 mm kimidir. Qutucuq oval, demək olar kasacığa bərabərdir. Toxumları 1,5 mm uzunluqda, oval, xırda nöqtəvari çıxıntılı, qaradır.
Sarı çiçək (film, 1983)
== Məzmun == Film Azərbaycanın dərman bitkiləri haqqındadır.
Sevgi çiçəyi
Sevgi çiçəyi (lat. Cyanus tchihatcheffii) — mürəkkəbçiçəklər (Asteraceae) fəsiləsindən olan, Türkiyəyə xas, nəsli tükənmə təhlükəsiylə qarşı-qarşıya olan bir çiçək növü.Ankarada çiçək dünyasında saman çiçəyi olaraq bilinən xalq arasında sevgi və ya qırmızı çiçəkli gölbaşı adıyla məşhur olan bu çiçək Hacı Həsən kəndi yaxınlığında bitir. Pestisidlər nəticəsində tükənmə təhlükəsi olduğu üçün, Bern Konvensiyası çərçivəsində rəsmi şəkildə qorunur. İlk olaraq 1848-ci ildə Ankaradan rusiyalı alim Pyer de Tikişev tərəfindən toplanmışdı: Gölbaşı, Gölbək-Yavrucak. Türkiyə bitkiləri əsərində göstərilən Afyonkarahisar, Məhmətköy qeydi isə səhvən yazılmışdır.Tchihatcheff'un Kiçik Asiyaya səfərlərindən əldə etdiyi orijinal material Société botanique de Franceda saxlanılıb, sonra kolleksiyalar Parisə daxil edilib. Kiçik Asiyadan olan yeniliklər isə Fischer & C.A. tərəfindən təsvir edilmişdir. == Qorunması == Gölbaşı Bələdiyyəsi tərəfindən qorunan xüsusi sahədə son aylarda yer üzünə gətirilmiş endemik bitkilər siyahısında olan bitki toxumu çiçəkləmişdi. Bələdiyyə Başçısı Fatih Duruay, Sevgi Çiçəyi, 'Çəyirtkə' və 'Gəlin Düyməsi' adıyla da bilinən bu gülün yalnız Gölbaşı ilçəsində yetişdiyini söylədi. Sevgi çiçəyi nəsli kəsilməkdə olan bitki növlərinin siyahısına köçürən Başçı Duruaydır.
Seyrək-çiçəkli səhləb
Solğun çiçəklər
Solğun çiçəklər (pyes) - yazıçı Cəfər Cabbarlının yazdığı pyes. Solğun çiçəklər (opera) - bəstəkar Süleyman Ələsgərovun yazdığı opera. Solğun çiçəklər (film, 1987) - tamaşa.
Solğun çiçəklər (opera)
Solğun çiçəklər — Süleyman Ələsgərovun ikinci operasıdır. Əsər görkəmli dramaturq C.Cabbarlının eyni adlı dramı əsasındadır. Bu operettanın librettosunu və şerlərini H.Ziya yazmış, rejissoru tanınmış aktyor, Azərbaycanın xalq artisti Y.Nuri, rəssamı isə əməkdar incəsənətə xadimi Ə.Fətəliyevdir. "Solğun çiçəklər" operası 1997-ci ildə Azərbaycan Dövlət Akademik opera və balet teatrınlda tamaşaya qoyulmuşdur. Bu səhnə əsərində bəstəkar öz yaradıcılığına sadiq qalaraq operadakı xor və vokal ansambllarını, ariya və ariozaları, orkestr nömrələrini xalq musiqisi və muğam intonasiyalarına əsaslanıb yazmışdır.
Su çiçəyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Su çiçəyi xəstəliyi
Təbii çiçək — ağır yoluxucu xəstəlik. İnsanlar təkcə bilavasitə əlaqə nəticəsində deyil, həmçinin üçüncü şəxslər tərəfindən də yoluxa bilərlər. Toz vasitəsilə yoluxma binaların içərisində də yayıla bilər. Çiçək törədicisi inkubasiya dövründən sonra qana keçir və bir neçə gün ərzində qanda dövran edir. Qanın viruslarla dolması çox şiddətli ümumi reaksiyaya, bədənin yüksək hərarətinə, baş ağrısına, bel ağrısına, yaddaşın depressiyasına səbəb olur. 2–3 gündən sonra bədəndə, xüsusilə boğazda və üzdə səpkilər əmələ gəlir. Bu səpkilər şişli və qızılcalı olur. 8–9-cu günlərdə suluqların irinləməsi başlanır, deşilmiş və ya mexaniki olaraq zədə (travma) almış yerlərdən çirk axır və üzün şişməsi baş verir. Selikli qişanın xoralanması nəticəsində udqunma çətinləşir. 15–16-cı günlərdə suluqlar quruyur və nazik qabıq əmələ gəlir, bunlar sonra tədricən düşməyə başlayır.
Sünbül (çiçək)
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir. == Dində == "Quran"da sünbül haqqında belə bir ifadə var: "Allah yolunda mallarını xərcləyənlərin nümunəsi sünbül kimidir ki, hər sünbüldə yüz dənə vardır. Allah dilədiyinə qat-qat çoxunu verər.
Səhra çiçəyi
Səhra çiçəyi — Somaliyalı model Varis Diriein avtobioqrafiyası. == Haqqında == Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Kitab Varis(səhra çiçəyi)adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir,onun həyatının başladığı Afrika səhralarından,köçəri həyatından, ailəsindən,Somalidə qadınlara,qızlara olan münasibətdən,və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək isyəyirəmki onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir onunla eyni həyatı yaşayan,eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir! == Məzmun == Kitabda məşhur Somali əsilli fotomodel V.Dirie Afrika səhralarından şöhrətin zirvəsinə uzanan həyat yolundan bəhs edir. Varis səhrada köçəri həyat yaşayan çoxuşaqlı bir ailədə dünyaya gəlir. Kiçik qız ilk zərbəni daha 3-4 yaşlarında zorlandığı zaman alır. Qabaqda isə onu daha böyük bir sınaq gözləyirdi - sünnət. 7 yaşlı qızın cinsi orqanların kəsilib tikilməsi və bunların baş verdiyi şərait insanı dəhşətə gətirir. Daha uzun illər qənc qız bu vəhşiliyin əziyyətini çəkir.

Значение слова в других словарях

боули́нг горю́н допы́тывание напасти́сь на́твердо отпы́хаться прапраба́бушка разди́рщица распрекра́сно сби́тый селитроно́сный горец зашпунто́вываться коря́жина мормо́нка сумасбро́дничать тезаври́роваться шаг за ша́гом couldn't drawdown Gobi press agency singularly колтун топкость