ÇƏKİC-BALIQ

сущ. молот-рыба (большая морская рыба с головой, похожей на молоток)
ÇƏKİC
ÇƏKİCLƏMƏ
OBASTAN VİKİ
Çəkic
Çəkic (və ya toxmaq) — mismar vurmaq, metal döymək və başqa bu kimi işlərdə istifadə olunan taxta və ya metal dəstəkli müxtəlif formalı metal alət. Çəkic — insan tərəfindən istifadə edilən ən qədim alətlərdən biridir. Çəkic yığcam kütləyə malikdir. Adətən iki hissədən ibarətdir: zərbə başlığı; dəstək hissəsi — çəkicin dəstəyi müxtəlif materiallardan — metaldan, ağacdan və ya plastmasdan hazırlana bilər. Çilingər çəkici müxtəlif zərbə başlığına malikdir: bərabər ölçülü, daralan. Dülgər çəkici iki hissəyə ayrılmışdır ki, əlavə hissə mismarların çıxarılması üçün istifadə edilir. Bəzən, detala zərər vurmamaq üçün zərbə hissəsi yumşaq materialdan (rezin, mis, qurğuşun) istehsal edilmiş, çəkiclərdən istifadə olunur.
Balıq
Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü. Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir. == Təsnifatı == Sümüklü balıqlar sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi Xoanlar (Sarcopterygii) yarımsinfi İkitənəffüslülər (Dipnoi) dəstəüstü Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü Qığırdaqlı balıqlar sinfi Yastıqəlsəməlilər (Elasmobranchii) Bütövbaşkimilər (Holocephali) Akantodlar sinfi (nəsli kəsilib) Plakodermalar sinfi (nəsli kəsilib) Antiarchi yarımsinfi Arthrodira yarımsinfi Petalichthyda yarımsinfi Phyllolepida yarımsinfi Ptyctodontida yarımsinfi Rhenanida yarımsinfitənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir.
Mexaniki çəkic
Mexaniki çəkic yaxud deşər — bərk , məsələn dağ çöküntü süxurları, asfalt, beton konstruksiyaların dəlinməsi, kəsilməsi yaxud eşilməsi üçün nəzərdə tutulmuş zərbə hərəkətli əl aləti. Hər hansı təhriklə (məsələn pnevmatika ilə) hərəkətə gətirilən metal süngü və ya tir. Təhrik hissəsinin zərbə hissəsinə ötürdüyü impuls nəticəsində, dəmir süngü emal olunan metariala dəlməklə və ya kəsməklə təsir edir.
Çəkic sümükcüyü
Çəkic sümüyü (lat. Malleus) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Başcıq, boğazcıq və dəstək hissələrə bölünür. Uzunluğu 7,6-9,1 mm arasında, dəstək hissəsinin uzunluğu 4,3-5,7 mm arasında (8–9 mm), kütləsi isə 25 mq-dır. == Qurluşu == Çəkic sümüyünün başı-lat. caput mallei (capitulum mallei-BNA), boynu-lat. collum mallei, dəstəsi-lat. manubrium mallei, uzun ınçıxıntısı-lat. processus anterior (Folil) və qısa bayır çıxıntısı-lat. processus lateralis vardır.
Oraq və çəkic
Oraq və çəkic (Unicode: "☭") — kommunizmin simvolu. Oraq çəkicin üzərinə diaqonal olaraq qoyulmaqla əmələ gəlir. Bu iki simvol fermerləri və proletariatı simvollaşdırır. Ən məşhur forması, Sovet İttifaqının bayrağındakı oraq və çəkicin qızıl ulduzla birlikdə istifadə edildiyi formasıdır. Bundan əlavə, bir çox bayraq və emblemlərdə istifadə edilmişdir. Unicode simvol standartında "oraq və çəkic" simvolunun kodu U+262D (☭)-dir. == Tarixi == Oraq və çəkic simvolu Sovet İttifaqının yarandığı illərdə, 1917–1918-ci illərdə istifadə olunsa da, 1923-cü ildən rəsmi olaraq istifadə edilməyə başlandı. İlk simvollarda qılınc da var idi. Bu qılınc inqilabın arxasında duran üçüncü qüvvə olan əsgərləri təmsil etmək üçün qoyulmuşdu, lakin Vladimir Lenin bunun çox təhqiramiz bir görüntü olduğunu düşünərək, qılınc təsvirinin kommunist ənənəsinin bir hissəsi olmadığını və qılıncın emblemə daxil edilməməsinə qərar verildi. O zamankı Qızıl Ordunun forma və medallarında, papaqlarında və s.
Ağ balıq
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Balıq-əsgərlər
Balıq anodontu
Balıq anodontu (lat. Anodonta piscinalis) — Anodonta cinsinə aid növ. Şirinsulu göl və çaylarda yayılır. == Xariçi görünüşü == Çanağları iri, oval, dairəvi və zəif şişkin olub, nazik divarlıdır. Çanaqları müxtəlif rəngə çalır. Təpəciyi az şişkin və dairəvidir. Çanağın üzərində zəif dalğalı qırışları olur. Çanağın uzunluğu 109, hündürlüyü 65, şişkinliyi 37 mm-ə qədər olur. Növ çox dəyişkənlidir. Dəyişkənlik həm ölçüsündə, həm də çanağın qalınlığında hiss olunur.
Balıq ehtiyatları
Balıq ehtiyatları — su hövzələrində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən balıq növlərinin, digər su heyvanları və bitkilərinin mütləq kütləsi.Ayrı-ayrı dəniz növlərinin ehtiyatları bir-biri ilə əlaqəli və kompensasiya yolları ilə "yüksələ və düşə" bilər. Məsələn, 1960-cı illərdə Atlantik okeanında mavi marlin şüaüzgəclisinin ovunda azalma müşahidə olunmuşdur. Bunun əvəzinə, yelkəntikən balıqların ovunda artım müşahidə olunmuşdur. Daha sonra 1970-ci illərin sonundan 1980-ci illərin sonlarına qədər yelkəntikən balıqların ovunda azalma yaşanmış, qılınc balıqlarının ovunda artım baş vermişdir. Nəticədə, marlinin ümumi ovlanma səviyyəsi kifayət qədər sabit qalmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Begg GA, Friedland KD and Pearce JB (1999) "Stock identification and its role in stock assessment and fisheries management: an overview." Fisheries Research, 43:1–8. Booke HE (1999) "The stock concept revisited: perspectives on its history in fisheries" Fisheries Research, 43 (1–3): 9–11. DOI:10.1016/S0165-7836(99)00063-6 Cadrin SX, Friedland KD and Waldman JR (2004) Stock Identification Methods : Applications in Fishery Science.
Balıq göl
Balıq Gölü Şərqi Anadolu regionunda, Aras Dağlarında yerləşən Türkiyənin ən yüksək göllərindən biridir. Ağrı ilində yerləşən və sahəsi 30 km² olan bu göl vulkan mənşəli göllərə aid edilir. Dəniz səviyyəsindən yüksəkliyi 2241 m, ən derin yeri isə 37 m-dir. Gölün yaxınlığındakı kəndlərin əsas su mənbəyidir. Dağ suları ilə qidalanır. Gölün ətrafında qartal, dovşan, şahin, kəklik, tülkü, canavar, bildirçin kimi heyvanlar yaşayır. Ağrı ilindən 60 km, Daşlıçay ilçəsindən isə 26 km uzaqlıqdadır. Bu ərazilər üçün sərt iqlim xarakterikdir. Qış uzun, yaz və yay isə qısa müddət davam edir. Burada 5 ay balıqçılıq buzlar qırılaraq həyata keçirilir.
Balıq kababı
== Tərkibi == Balıq əti (Nərə balığı) – 347q. Bitki yağı ( ya xama – 10q) – 5q. Baş soğan – 240q. Göy soğan – 32q. Pomidor – 100q. Limon – 1/5 ədəd . Narşərab – 5q. Sumaq – 1q. İstiot – 0,1q. Duz – zövqə görə.
Balıq pitomniki
Balıq pitomniki — balıqların süni yetişdirilməsi üçün pitomnik. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq qızartması
Balıq südü
Balıq südü - ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Balıq sənayesi
Balıq sənayesi — təbiətdə yetişən balıqların tutulub emal edilməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq təsərrüfatı
Balıq təsərrüfatı — balıqları yetişdirib artıran, sonra isə onlardan tutub istifadə edən təsərrüfat. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Balıq xalçaları
Balıq xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça. == Ümumi məlumat == Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu. == Bədii analiz == Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar.
Balıq xalçası
Balıq xalçaları — Qarabağ xalçaçılıq məktəbinə aid olan xovlu xalça. == Ümumi məlumat == Çox geniş yayılmış Qarabağ tipli bu xalçalar ölkəmizin şimal hissələrində "Balıq" adını almışdır, Cənubi Azərbaycanda isə bu xalçalara "Moxi"" ("Maxi-balıq") deyilir. "Balıq" xalçalarının Qarabağın bütün xalçaçılıq müəssisələrində toxunmasına baxmayaraq, onun əsas istehsal edildiyi yer – onun mərkəzi Bərdə şəhəri olmuşdur, XVIII əsrin II yarısından isə bu xalçalar Şuşada da istehsal olunmağa başladı. XIX əsrin II yarısından Şuşa şəhərində istehsal olunan xalçaların təxminən 35%-i "Balıq" tipinə aid idi. Keçən əsrin 70 – 80-ci illərindən kimyəvi boyaq maddələrinin meydana çıxması ilə əlaqədar bu xalçaların istehsalı tənəzzül etdi. Bunun əsas səbəbi açıq bazarlar, fərdi satış, yeni xalçaçı dükanlarının yaranması, həmçinin xalçaların topdan satışının onların pərakəndə satışı ilə eyni səviyyədə inkişaf etməsi idi. Bu dövrdə İranın, Azərbaycanın ən böyük müəssisələrində "Maxi" ("Balıq") xalçaları və xüsusilə də, çoxlu sayda yüksək kateqoriyalı uzunsov xalçalar istehsal olunurdu. "Əraq", "Bicar", "Müstofi" kimi məşhur xalçalar "Balığ"ın təsvirləri əsasında toxunurdu. == Bədii analiz == Əvvəlcə xalçanın adına və onun lüğəti mənasına diqqət edilməlidir. Yalnız yerli usta və xalçaçılar deyil, həm də yerli və xarici incəsənətşünaslar bu xalça növünü "Balıq" adlandırırlar.
Balıq xəstəlikləri
Başqa canlılar kimi balıqlar da müxtəlif xəstəliklərə tutula bilirlər. Təbii su hövzələrində yaşayan balıqlar arasında təsadüf edilə bilən xəstəliklərin mənfi təsiri kəskin hiss olunmasa da, süni balıqartırma və göl (əmtəə) balıqçılıq təsərrüfatlarında bu təsir özünü kəskin surətdə göstərir. Belə ki, xəstəliklərə tutulan balıqlar böyümədən qalır, cinsiyyət üzvlərinin fəaliyyəti pozulur, ətinin keyfiyyəti pisləşir və yararsız hala düşür, bəzi hallarda isə onlar kütləvi qırılırlar. Odur ki, əmtəə (göl) balıqçılıq təsərrüfatlarının səmərəli təşkili və inkişaf etdirilməsi üçün ən vacib məsələlərdən biri də balıqlar arasında geniş yayılmış xəstəliklərin əlamətlərini, onların törəmə səbəblərini, xəstəlik törədicilərinin bioloji xüsusiyyətlərini bilmək, bu xəstəliklərə qarşı vaxtında səmərəli mübarizə tədbirləri həyata keçirməkdən ibarətdir. Azərbaycanda balıq xəstəliklərinin öyrənilməsilə Respublika Elmlər Akademiyası Zoologiya İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq İnstitutunun mütəxəssisləri məşğul olurlar. Adətən balıqlar arasında müşahidə olunan xəstəlikləri 2 qrupa bölürlər: 1. infeksion xəstəliklər və 2. invazion xəstəliklər. İnfeksion xəstəlikləri ibtidai birhüceyrəli orqanizmlər (viruslar, bakteriyalar, göbələklər, xırda yosunlar), invazion xəstəlikləri isə müxtəlif parazitlər törədirlər. az.m.wikipedia.org <ref> == İnfeksion xəstəliklər == '''Qırmızı ləkə''' xəstəliyi.
Balıq yağı
Balıq yağı — qida məhsulu Balıq yağı dünyada gənclik məlhəmi hesab edilir. Kaliforniya ştatının Amerikan Universitetindəki alimlər balıq yağının tərkibində Omeqa 3 olduğunu aydınlaşdırmış və bunun da insan orqanizminin gec qocalmasına səbəb olduğunu bildirmişdir. Tədqiqatlarda həkimlər də yer almışdır və onlar da insanın qan sistemində bu tərkibin əhəmiyyətli rolunu tibbi sahədən açıqlamağı bacarmışdır. Omeqa 3 xromosomlara da öz təsirini göstərir. Nəticədə insanın həyatı əhəmiyyətində rol oynayan şəbəkələrin müddəti çoxalır və orqanizmdə qocalma prosesi olduqca ləng gedir. Məhz buna görə də alimlər həftəlik qida rasionunda balığın rolunun mühüm olduğunu bildirmiş və xörəklərin tərkibində balıq ətinin istifadəsinin vacibliyini ortaya qoymuşdur. Balıqdan hazırlanan qidaların tərkibində Omeqa 3-ün olması hər bir orqanizm üçün xüsusi əhəmiyyətə malikdir. Balıq növlərinə görə siz qızılbalıq, sardina (Siyənəklər fəsiləsindən xırda balıq), skumbriya və ala balığa üstünlük verin. Həmçinin bu yağın tərkibi təxminən yunan qozu, toxumlu qabaq və soya bitkisində də vardır. Məhz bu qidaların insanın daha uzun yaşamasına yardım edir.
Balıq şorbası
Balıq şorbası – Azərbaycan və Türkiyədə balıqdan hazırlanan şorba növü. == Tarixi == Balıq şorbası reseptinə ilk dəfə 1844-cü ildə Mehmed Kamil tərəfindən yazılmış "Aşbazların sığınacağı" kitabında rast gəlinmişdir. == Hazırlanması == Balıq şorbasının tərkibi balıq, limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı, soğan, pomidor, kartof, balıq suyu, cəfəri, kəklikotu, çörək kimi inqredientlərdən ibarətdir.Balıq şorbası hazırlanarkən balıq qaba yerləşdirilir və üzərində limon qabığı, duz, istiot, limon suyu, zeytun yağı əlavə olunur. Soğan, pomidor, kartof, balıq suyu qazanda bişirilir və bir müddət sonra balıq da qazana qoyulur. Cəfəri və kəklikotu kimi göyərtilər də şorbaya əlavə oluna bilər. Balığın qılcıqlarından ayrılması üçün 15-20 dəqiqə bişirilir.
Bölgə (balıq)
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Can-balıq
Can-balıq və ya Canbalıq – Qaşqarlı Mahmud Divan-I Lüğətit Türkdə bir uyğur şəhəri deyə tərif etdiyi və çəkdiyi xəritədə Uyğur elindəki Beşbalıqın sağ tərəfində işarələdiyi tarixi şəhər. == Haqqında == Bəzi araşdırmaçılara görə, Can-balıq hal-hazırkı Çində Sintzsyan Uyğur Muxtar Bölgəsinin şimal-şərqində, Sancı Hui Muxtar Bölgəsinə bağlı Manas nahiyyəsidir və ya Djambalıkdır.
Daban balıq
Daban balıqları (lat. Carassius) — Volqa, Ural və Terek çaylarının deltasında yaşayan şirinsu balıqlarıdır. Daban balıqları Azərbaycanın su hövzələrində ilk dəfə 1980-cı ildən görünməyə başlamışdır. Buraya onlar Orta Asiyanın əmtəə balıqçılıq təsərrüfatlarından bitki ilə qidalanan balıq körpələrini gətirərkən təsadüfən onların arasında gətirilmiş və qısa müddətdə yerli şəraitə uyğynlaşaraq bütün Kürətrafı su hövzələrində geniş yayılmışdır.Hal-hazırda Azərbaycan sularında daban balıqlarının 2 növü yaşayır: qızılı daban balığı və gümüşü daban balığı.
Damcı balıq
Damcı balıq (Psychrolutes marcidus) - Avstraliyaya yaxın dərin sularda yaşayır və bədənində əzələ sistemi yox deyiləcək qədər azdır. Dibdə yaşayan bu balıqları həddindən artıq ovlanma səbəbiylə nəsilinin yox olma təhlükəsi var.
антистре́ссовый гла́нда гренки зака́зчица объясни́ться перебаллотиро́вка погрустне́ть робе́ть сапони́н двухкопе́ечный оседа́ние сиони́ст увлека́ться ужо́тка че́стно сказать all-in-package bilk compensatory crabbing dehortatory fagotti perishable psychoanalytic raggle плантация