GƏDƏ

сущ.
1. истор. слуга
2. простореч. мальчик:
1) подросток мужского пола; грубо - простореч. пацан
2) обращение к подростку мужского пола
GƏDAZADƏ
GƏDƏ-GÜDƏ
OBASTAN VİKİ
103 saylı Gədəbəy seçki dairəsi
104 saylı Gədəbəy-Tovuz seçki dairəsi
Alagöllər (Gədəbəy)
Alagöllər — Azərbaycan və Ermənistan sərhədində, Kiçik Qafqazın Şahdağ silsiləsinin şimal yamacında dağ. Hündürlüyü 2,972 metrdir. Subalp və alp çəmənlikləri var. Gədəbəy rayonu ərazisində yerləşir.
Alman lüteran kilsəsi (Gədəbəy)
Alman lüteran kilsəsi — Azərbaycanın Gədəbəy şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Lüteran kilsəsi 1868-cu ildə almanlar tərəfindən inşa olunub.
Arabaçı (Gədəbəy)
Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ayıtala (Gədəbəy)
Ayıtala — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ayıtala oyk. Gədəbəy r-nunun Dəyəqarabulaq i.ə.v.-də kənd. Şəmkir çayının sol sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Bəzi mənbələrdə Aytala şəklində qeydə alınmışdar. Kənd 1935-ci ildə r-nun Musayal kəndinin ərazisi əlverişsiz olduğu üçün xeyli ailənin Ayıtalası adlı yerə köçməsi nəticəsində yaranmışdır. 1970-ci ildən kəndin adı əhali arasında və yerli rəsmi sənədlərdə Talakənd şəklində işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 336 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aşıq Dəmir Gədəbəyli
Aşıq Dəmir Gədəbəyli (Vəliyev Dəmir Allahyar oğlu; 1972, Arabaçı, Gədəbəy rayonu – 18 mart 2020, Bakı) — Azərbaycan aşığı, "Koroğlu havaları"nın mahir ifaçısı. == Həyatı == Aşıq Dəmir Gədəbəyli 1972-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində doğulub. 1986-cı ildə Zamanlı kənd orta məktəbinin 8-ci sinfini bitirmişdir.Aşıq Dəmir Gədəbəyli 18 mart 2020-ci ildə Bakı şəhərində vəfat edib. == Yaradıcılığı == 1986-cı ilə qədər Aşıq İmran Həsənovun yanında şəyird olmuşdur. Aşıq Dəmir İmran Həsənovun sənət keyfiyyətlərini mənimsəmiş, istedadlı aşıq kimi ustadının yanında yetişmişdir. Zil səsə malik olan sənətkardır. "Koroğlu havaları"nın mahir ifaçısıdır. Xarici ölkələrdə keçirilən mədəniyyət tədbirlərində iştirak etmişdir. Aşıq Dəmir Gədəbəyli poetik yaradıcılıqla da məşğul olmuşdur. Gədəbəy Aşıqlar Ansablının üzvüdür.
Başkənd (Gədəbəy)
Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati-ərazi vahidində kənd. Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. == Tarixi == Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər.XX əsrin 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi. 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir.Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur. Ərazisi 61 km²-dir. Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290 km² olur. Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş[mənbə göstərin] və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə "Arsvaşen"adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb.
Cəfərli (Gədəbəy)
Cəfərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Cəfərli kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Daryurd kəndi mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Mollacəfərlidir. Yaşayış məntəqəsinin XIX əsrin sonlarında Kiçik Qaramurad kəndindən köçüb gəlmiş Molla Cəfər adlı şəxs tərəfindən salındığı haqqında məlumat verilir. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 391 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Daşbulaq (Gədəbəy)
Daşbulaq (əvvəlki adı: Qorelsk) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindəki Qorelsk kəndi Daşbulaq kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Daşbulaq kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaradağ kəndi mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi ərazisindəki eyniadlı bulağın adı ilə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 480 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Aşıq Şahsuvar — aşıq == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dikdaş (Gədəbəy)
Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır. == Toponimikası == Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır. 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dördlər (Gədəbəy)
Dördlər — Azərbaycan Respublikasının Gədəbəy rayonunun İsalı inzibati ərazi vahidində kənd. == Toponimikası == Dördlər (oyk.)(sadə) Gədəbəy rayonunun kənd. Axıncaçayın sahilində, Şahdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi dörd qardaşa (Sadiq bəy, Cəlal bəy, Alı bəy, Əmiraslan ağa) məxsus ailələrin məskunlaşması nəticəsində yarandığından belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 343 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Təhsil == 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 285 000 manat vəsait ayrılmışdır.
Dəmir Gədəbəyli
Qasımov Dəmir və ya Dəmir Gədəbəyli (27 mart 1939, Ataxal, Gədəbəy rayonu – 6 may 2019, Bakı) — şair, filologiya elmləri doktoru. == Həyatı == Qasımov Dəmir Müseyib oğlu 1939-cu il mart ayının 9-da (Şəxsiyyət vəsiqəsində 27 mart) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər , 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. "20 yanvar" qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, "Odlar Yurdu" ,"Təfəkkür"). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə "Azərbaycan poeziyasında qoşma" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə "Azərbaycan dastanlarının poetikası" adlı doktorluq dissertasiyasını müdafiə edib.
Gədəbəy
Gədəbəy — Azərbaycanda şəhər, Gədəbəy rayonunun inzibati mərkəzi. Bakı ilə arasında məsafə 444 km, əhalisi 10.146 nəfərdir Gədəbəy Şahdağ silsiləsinin şimal ətəyində, 1460 metr yüksəklikdə, Mis çayının sahilində yerləşir. Yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Bu səbəbdən də şəhərin müasir gerbində "Cu", yəni "cuprum", mis elementinin latın dilindəki işarəsi yazılıb. Gədəbəy müharibələrdə Qarabağ üçün 5000 ümumi Vətən ücün isə 28000 Şəhid vermişdir. İlk dəfə 13-cü əsrə aid mənbədə, qədim erməni dilində Qetabak qalası şəklində qeydə alınmışdır. Həmin qalanın xarabalıqları indiki Gədəbəy yaxınlığındadır. Hazırkı yaşayış məntəqəsi 1863-cü ildə Qazaxdan çıxmış ailələr tərəfindən salınmışdır.Ən uca dağı 3000 metrdən hündür Qoca dağdır. Təbii sərvətləri: Qızıl, mis, uran, gümüş Təsərrüfatı: kartof, kələm, Qonşuları: Tovuz, Daşkəsən, Çəmbərək 'Ermənistan' Şəmkir, Qovlar. Qədim abidələri: Qız Qalası, Koroğlu Qalası, Siemens körpüləri, Qanlı körpü == Tarixi == 1989-cu il əhalinin siyahıya alınmasının nəticələrinə görə Gədəbəy şəhərində 5049 nəfər əhali yaşayırdı.
Gədəbəy-Tovuz seçki dairəsi
Gədəbəy Aşıq Musiqisi Məktəbi
Gədəbəy Aşıq Məktəbi — Azərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır. == Tarixi == Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. == Məktəbin açılışı == Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.
Gədəbəy Peşə Liseyi
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi
Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey. == Haqqında == Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir. Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur.
Gədəbəy abidələri
== Tədqiqi == Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Gədəbəy bələdiyyələri
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gədəbəy bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gədəbəy dəfinəsi
Gədəbəy dəfinəsi — 1956-cı ildə Gədəbəy rayonunun Xarxar kəndində tapılmış dəfinə.Təsərrüfat işləri zamanı aşkar edilmiş küpənin içərisində 139 gümüş sikkə, qadın bəzək əşyaları olmuşdur. Həmin ərazidə üzərində bitki və həndəsi naxışlarla bəzədilmiş iki gümüş nimçə də tapılmışdır. Sikkələr XVI əsrdə Səfəvi hökmdarı I Şah Təhmasibin adından Gəncə, Şamaxı, Təbriz, Ərciş, İrəvan, Van, Kaşan və Ərdəbildə zərb olunmuşdur. Sikkələrin çoxu eyni tiplidir. Azərbaycan Tarix Muzeyində saxlanılır.
Gədəbəy ensiz dəmiryolu xətti
Gədəbəy ensiz dəmiryolu xətti - Cənubi Qafqazda ilk dəmir yol xətti (1868-ci il). == Tarixi == Gədəbəyin ən baxımlı yerlərindən biri Qalakənddir. Rayon mərkəzindən xeyli aralı, Şəmkir çayının sahilində, uca dağların, sıx meşələrin qoynunda yerləşir. Simens qardaşları burada xeyli iş görüblər. 1865-ci ildə ilk zavod işə salınıb. 1883-cü ildə ikinci müəssisə - Qalakənd misəritmə zavodu tikildi. Bununla əlaqədar Gədəbəy - Qalakənd arasında yol çəkildi, körpülər inşa olundu. Daha da vacibi Gədəbəy zavodu ilə meşə zolağı olan, gələcəkdə zavod tikiləcək Qalakənd arasında 31 kilometrlik ensiz dəmir yol xətti çəkildi. Simens Gədəbəy rayonuna etdiyi ikinci səfərinə (1868-ci il) aid xatirələrində bu barədə belə yazırdı: Dağlıq relyefı olan ərazidə bu xəttin çəkilməsi üçün 50-yə yaxın müxtəlif layihəli körpü və keçidlər inşa edildi. Həmin xətt Cənubi Qafqazda ilk dəmir yol xətti oldu.
Gədəbəy kilsəs
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.
Gədəbəy kilsəsi
Gədəbəy kilsəsi – Gədəbəy şəhəri yaxınlığında meşədə yerləşən kilsədir. Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat olmasa da, inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxminən VII-VIII əsrlərdə inşa edilməsi ehtimalı qeyd edilmişdir. Kilsə binası planda şərq-qərb hissəyə uzadılmış xaçvari formaya malikdir. Uzadılmış şərq qolunda yarımdairəvi apsida yerləşir, digər qollar isə düzbucaqlı formada tamamlanırlar. Onların kəsişməyerində daxildən dairəvi, xaricsən isə səkkizbucaqlı olan baraban ucalır. Baraban üzərini tamamlatan günbəz dövrümüzə çatmamışdır. == Tarixi == Mənbələrdə kilsənin inşa tarixi ilə bağlı heç bir məlumat yoxdur. G. Məmmədovaya görə memarlıq təhlili və Gürcüstan ərazisində yerləşən, dəqiq inşa tarixi bəlli olan anoloji abidələrlə müqayisə nəticəsində abidənin təxmini inşa tarixi haqqında fikir söyləmək mümkündür. Plan və xarici həcminin həllinə görə məbəd, VI-XI əsrlərin Kunturis Sakdari və Açkuridəki Müqəddəs Georgi kilsələri kimi “sərbəst xaç” tipli kilsələri ilə oxşarlıq təşkil edir. G. Məmmədovanın fikrincə abidənin konstruktiv həllinin analizi, kvadrat təməldən dairəvi dacili və səkkizbucaqlı xarici barabana keçidin yelkənlərlə təmin edilməsinə əsasən kilsəni təxminən VII-VIII əsrlərə aid etmək mümkündür.

Значение слова в других словарях

балансиро́вка бата́лия драба́нтский ледо́чек лимузи́нный неисповеди́мый подко́вывать селе́кторный субти́льности тегиля́й щебёнка бесси́лить мане́рничать ни́зший протёсывать скрап смя́ться air-blast drabler neuropathy pierhead pope's head strop toilinet измять