HÖKMİ-İLAHİ

сущ. веление господа Бога, воля Бога (Аллаха). Hökmi-ilahidən по воле Бога (Аллаха)
HÖKMİ-ƏZƏLDƏN
HÖKMİ-QƏZA
OBASTAN VİKİ
İlahi Komediya
İlahi komediya (it. La Commedia, daha sonra La Divina Commedia) — 1307–1321-ci illər ərzində italyan yazıçısı Dante Aligyeri tərəfindən yazılmış əsərdir. == Tarixi == Üç böyük hissədən ("Cəhənnəm", "Əraf (Təmizlik)" və "Cənnət") ibarət olan bu poemanı Dante doğma şəhəri Florensiyadan sürgün olduğu illərdə yazmış və ölümündən bir müddət əvvəl tamamlamışdır. Əsər orta əsrlər ədəbiyyatı üçün səciyyəvi olan "o biri dünyaya yuxuda səyahət" formasında yazılmışdır. Əsərin adı olan "İlahi komediya" ifadəsindəki "İlahi" sözü digər italyan yazıçısı Covanni Bokkaçço tərəfindən əsərə daxil edilmişdir. Dante isə yazdığı əsərə "Komediya" adı vermişdir. Əsər haqqında Dante 1307–1321 illərdə "axirət dünya"sına etdiyi xəyali səyahətdən danışan "İlahi Komediya" əsərini yazmışdır. Əsər ilk dəfə olaraq latınca yerinə Toksana ləhcəsi ilə işlədilmiş italyan dilində yazılmışdır. Cəhənnəm -İnferno, Araf-Purgatrio və Cənnət-Paradiso hissələrindən ibarətdir. "İlahi komediya" əsəri Dantenin həyat hekayəsinin onun sənətinə yansımış halıdır.
Buta (ilahi vergi)
Buta — İlahi vergi, İlahi pay. Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi xüsusi bir məzmun kəsb edir. Haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunur və rəmzi-məcazi içki, badə vasitəsilə reallaşır.
Din-e İlahi
Din-e İlahi 1582-ci ildə Böyük Moğol İmperiyasının hökmdarı Əkbər Şah tərəfindən əsası qoyulan və bölgəyə hakim olan bütün dinləri birləşdirmək məqsədi güdən vahid din idealogiyası.
Fəzəl İlahi Çaudhri
Fəzəl İlahi Çaudhri (1 yanvar 1904 – 2 iyun 1982, Lahor) — Pakistan İslam Respublikasının 5-ci prezidenti. == Erkən Həyatı == Fəzəl İlahi Çaudhri 1 yanvar 1904-cü ildə Pəncab əyalətinin Qucarat rayonu, Xairan şəhəri yaxınlığındakı Marala kəndində nüfuzlu Qucarar ailəsində anadan olmuşdur. Təhsilini oradan aldıqdan sonra, Çaudhri 1920-ci ildə nüfuzlu Aliqarx Müsəlman Universitetinə qatıldı, 1924-cü ildə Mülki Hüquq təhsilini Qanunlar üzrə bakalavr aldı. Bundan sonra Çaudhri Pəncab şəhərinə qayıtdı və Pəncab Universitetinin hüquq və siyasi elmlər üzrə aspiranturasında iştirak etdi. 1925-ci ildə Çaudhri, 1925-ci ildə Siyasi Elmlər üzrə magistr dərəcəsini, 1927-ci ildə Hüquq və Ədalət üzrə qabaqcıl Qnunlar Magistri almışdır. Təhsilini başa vurduqdan sonra, Çaudhri, Lahorda hüquq firmasını qurdu, mülki qanun və azadlıqları müdafiə etdi və yenidən Qucarata getdi və mülki qanun tətbiq etməyə başladı. 1930-cu ildə siyasətə maraq göstərməyə başladı və 1930-cu ildə Gucarat İdarə heyəti üçün Hindistan ümumi seçkilərində iştirak etdi. == Siyasi Karyerası == 1942-ci ildə Müsəlman Birliyinə qatıldı. 1945-ci ildə Gucaratdan Müsəlman Birliyinin prezidenti seçildi. 1946-cı il seçkilərində Müsəlman Birliyinin biletində iştirak etdi və yaşadığı bölgə xalqı arasında Müsəlman Birliyi ideyalarının yayılmasında mühüm rol oynadı.
İlahi məxluq (film, 2011)
İlahi məxluq — rejissor Yavər Rzayevin filmi. == Məzmun == Film Qafqaz dağlarında heyvan saxlayan bir çoban ailəsindən bəhs edir. Payızın qəfil gəlişi, dağlara qar yağması, köç yolunun bağlanması çobanı çətin vəziyyətə salır. O, bütün qarğaşasını birdəfəlik apara bilməyəcəyini dərk edib, 14 yaşlı oğlunu yurd yerində qoyur. Yeniyetmə özünü və heyvanlarını həm qar-borandan, həm də obaya hücum edən canavarlardan qorumaq məcburiyyətindədir. Tək qalan uşağa mənəvi dəstək olan dayısının ona bağışladığı körpə quzu və dağlara səfər edən gənc rəssam qızın verdiyi şəkilli dərgi olur. == Film haqqında == Film 2008-ci ildə "Bizim Kino" Prodüser Mərkəzi tərəfindən çəkilmiş, 2009-cu ildə "Yaddaş" Sənədli Filmlər Studiyasında tamamlanmışdır. Filmdə çəkilmiş canavarların təlimi "Animalfilm" studiyası tərəfindən həyata keçirilmişdir. Film 2008-ci il üçün dövlət sifarişi ilə istehsal olunan 3 tammetrajlı filmdən biridir. Çəkilişlər əsasən Qubanın Xınalıq və Qalaxudat kəndlərində, Yardımlıda aparılıb.
окоём оха́льничать резьба́ биологи́чески защёчный наклейно́й печене́ги самолёто-вы́лет спечь убежа́ть энерги́чный камыс electromotor enharmonical flower garden hypothenuse Parma road junction saltire snapout spermato- stamp duty subaudio weighting совиный