HƏDD

сущ.
1. грань, рубеж; граница (то, что служит разграничению в различных сферах человеческой деятельности, чувств, представлений и т.п. ). Son hədd последний рубеж
2. стадия (определенная ступень в развитии чего-л. ), этап, фаза
3. предел (мера, граница чего-л. ). Hər şeyin həddi var всё имеет свой предел; автом. ölçmə həddi предел измерения
4. мат. член (отдельная математическая величина из числа составляющих пропорцию или уравнение)
5. порог (преддверие, начало, рубеж чего-л. ). Ölüm həddində на пороге смерти
◊ hədd qoymaq nəyə ставить, поставить границу чему ; ограничивать, ограничить что; həddən artıq: 1. больше, чем надо; больше, чем следует; 2. очень, слишком; 3. донельзя (слишком) много; həddindən artıq см. həddən artıq; həddi bilmək знать меру в чем-л. ; həddini bilmək знать свое место; знать меру в чем-л. , знать границы дозволенного; həddini aşmaq переходить границы дозволенного; həddini bildirmək kimə поставить, посадить на свое место кого ; осадить кого; yaş həddi возрастной ценз; kimin həddi var … кто посмеет делать что-л. ; nə həddi var … пусть только посмеет; həddi nədir как посмеет, не посмеет; həddi çatmaz не посмеет; духу не хватит, смелости не хватит у кого-л. ; həddən (həddindən) ziyada см. həddən (həddindən) artıq
HƏDBƏHƏD
HƏDD-HESAB
OBASTAN VİKİ
Aşağı hədd
Hədd testi
Hədd testi, dağılma testi və ya dağılma üçün n-ci hədd testi — riyaziyyatda bir sonsuz ardıcıllığın dağılmasını müəyyən etmək üçün sadə bir üsuldur: lim n → ∞ a n ≠ 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}\neq 0} olarsa və ya limit yoxdursa, onda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} dağılandır.Daha güclü olan yığılma testlərinin əksinə olaraq hədd testi müstəqil şəkildə ardıcıllığın yığılan ardıcıllıq olduğunu ifadə etmir. Xüsusilə, testin tərsi doğru deyil. Bunun yerinə lim n → ∞ a n = 0 {\displaystyle \lim _{n\to \infty }a_{n}=0} isə, o halda ∑ n = 1 ∞ a n {\displaystyle \sum _{n=1}^{\infty }a_{n}} yığılan və ya dağılan da ola bilər.
Son hədd (film, 1997)
Son hədd (ing. The Edge) — 1997-ci ildə Li Tamahorinin rejissoruluğu ilə çəkilmiş, Entoni Hopkins və Alek Bolduinin baş rollarda oynadığı ABŞ filmi. Filmin süjetini varlı iş adamı Çarlz Mors (Hopkins), fotoqraf Bob Qrin (Bolduin) və köməkçisi Stiven (Harold Perrino) ilə əlaqədardır, onlar təyyarələri Alyaskanın meşələrində yerə çırpılaraq məhv olduqdan sonra sağ qalmaq üçün çalışırlar. Onların meşədə adamyeyən kadyak ayısı tərəfindən təqib olunmaları sağ qalmaq şansları daha da azaldır. Bir neçə Hollivud filmində rol alması ilə tanınan, təlim keçmiş Kodyak ayısı Bart bu filmdə son rollarından birində çəkilmişdir və qaniçən vəhşi obrazındadır. == Məzmun == Yaşlı milyarder Çarlz Mors gözəl gənc model həyat yoldaşı Mikki ilə Alyaskaya səyahət edir, burada peşəkar fotoqraf Bob Qrin gözəl şəkillər çəkməyə ümid edir. Mikki ilə poza verməli olan adam xəstələndiyindən Bob Çarlzı qaldıqları evdə fotoşəkilini gördüyü bir hind ovçusunun yaşadığı gölə uçmağa inandırır və onun üçün fotosessiyanın mükəmməl olacağı qərarına gəlir. Uçuş zamanı təyyarə quşlarla toqquşur və gölə düşür. Pilot həlak olsa da, Çarlz, Bob və onun köməkçisi Stiven xilas olmağı bacardı. İndi əlaqə kəsilib, hava getdikcə soyuyur, xilas olma şansı azdır.
Azərbaycanda seçki həddi
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Həddad xalçaları
Həddad xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları == Təbriz xalçaçılıq sənəti == Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII–XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir. Təbriz xalçaları arasında saray üçün toxunan iri xalılar daha məşhur olub. Sərdabələri, məqbərələri bəzəmək üçün böyük ölçüdə xalçalar toxunub. Hətta xalçaların toxunmasında ipəkdən, bahalı daş-qaşdan da istifadə olunub. Xalça üzərində əks olunan hər bir ornamentin özünün simvolik mənası olub. Alimlər illərdir bunun tədqiqatı ilə məşğul olurlar. Təbriz xalçaları kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.). Təbrizdə “Dörd fəsil” ənənəvi təsvirli xalçalar istehsal olunurdu (Ilin dörd fəsli).
Həddadan (Kəleybər)
Həddadan (fars. حدادان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 629 nəfər yaşayır (152 ailə).
Həddindən artıq balıq ovu
Həddindən artıq balıq ovu — balıq populyasiyasının davamlı vəziyyətini təmin etməyən və balıq ehtiyatlarının tükənməsinə səbəb olan balıqçılıq təcrübəsi. Suyun çirklənməsi və ya iqlim dəyişikliyi kimi dəniz ekosistemlərinə digər antropogen təsirlərlə müqayisədə bəziləri artıq nəsli kəsilmək ərəfəsində olan bir çox balıq növlərinin populyasiyalarının həddindən artıq balıq ovu onun kütləvi azalmasının əsas səbəbidir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2020-ci ildəki hesabatında deyilir ki, "2017-ci ildə dünyanın dəniz balıqçılıq təsərrüfatlarında balıq ehtiyatlarının 34 faizi həddən artıq ovlanmış kimi təsnif edilib". Həddindən artıq balıq ovunun bəzi formaları, məsələn köpək balıqlarının həddindən artıq ovlanması bütün dəniz ekosistemlərinin pozulmasına səbəb olmuşdur. Həddindən artıq balıq ovu meduzaların əsas rəqibini və yırtıcısını aradan qaldıraraq, meduza populyasiyasının partlamasını gücləndirir. 1990-cı illərdə İrland dənizində meduza populyasiyasının artmasında həm iqlim dəyişikliyi, həm də ekosistemin yenidən qurulması əsas rol oynadığı aşkar edilmişdir. == Səbəblər == Həddindən artıq balıq ovu üçün iqtisadi səbəblərə dünya əhalisinin artması ilə bağlı dəniz məhsullarına artan tələb daxildir. Balıq tez-tez ət yeməyinə alternativ olaraq görülür. Bəzi balıq növlərinin yüksək qiymətləri çox vaxt balıqçı qayıqlarının ən qiymətli balıqlar üçün saxlanmasına, ovun qalan hissəsinin isə dənizə atılmasına səbəb olur. Böyük balıqçılıq donanmasının saxlanması çox vaxt dövlət subsidiyaları ilə stimullaşdırılır.
Həddən artıq uyğunluq (film, 2016)
Həddən artıq uyğunluq — Rejissor Ülviyyə Könülün filmi. == Məzmun == Böyük hisslərdən və aldanmaqdan heç kəs sığortalanmayıb. Dünyanın hər yerində sevgi, xəyanət və yalanla qarşılaşmaq olar. Mayk və Aydan ayrı-ayrılıqda aldanılıblar. Həyatlarındakı hədsiz uyğunluq onları görüşdürür və bir-birinə sevdirir. Sevgi isə məsafəyə baxmır. Əsasən də böyük sevgi. Görəsən, növbəti dəfə onlar harada görüşəcək? Bakıda yoxsa Nyu-Yorkda. Bəlkə də, heç görüşməyəcəklər?
Əbdülməsih Həddad
Əbdülməsih Həddad (ərəb. عبد المسيح حداد‎; 1888, Homs – 1963, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçısı və jurnalist.

Значение слова в других словарях

анестезио́лог безда́рно гу́льфик насе́ивание псевдопо́дия сыноуби́йца автопрое́зд в чужом пиру похме́лье ко́локол переба́рщивать проме́рить пропа́рить дрожжи оладья плутиво homomorphous single-crop unhand wain wet time вписываться добродетель издёргаться одноцветный шлюпбалка