OM

физ.
I
сущ. ом (единица измерения электрического сопротивления)
II
прил. омический. Om müqaviməti омическое сопротивление
OLUNMAQ
OMA
OBASTAN VİKİ
.om
.om — Omanın internet kodu.
Georq Om
Georq Om (alm. Georg Simon Ohm;‎; 16 mart 1789[…], Erlangen, Mərkəzi Frankoniya – 6 iyul 1854[…], Münhen) — alman fiziki. O, elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanunauyğunluğu müəyyənləşdirən Om qanununu kəşf etmişdir. == İstinadlar == == Mənbə == Fizika 9. § 4.3. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 82.
Om
Om ya Aum — Hinduizmdə və əksəriyyəti Hindistana xas bəzi başqa inanc sistemlərində dini ya da mistik təsiri olduğuna inanılan sözlərin (mantra) ən müqəddəsi sayılan heca. Sanskrit dilində birlikdə o səsini verən a və u saitləriylə m səsindən ibarətdir. Bu üç səs yer üzü, səma və göy qatlarında ibarət olan üç dünyanı; Brahma, Vişnu və Şivadan ibarət olan üç böyük Hindu tanrısını; Riq,Yacur və Sama adlı üç müqəddəs vida mətnini işarələr. Beləcə Om hecası sirrli şəkildə bütün kainatın özünü təmsil edir. Hindu ayinlərində dua, ilahi və meditasiyaların başında və sonunda deyilir. Müəyyən bir qaydaya bağlı olmadan Buddaçı və Caynaçı ayinlərində də istifadə edilər. Om hecasının yazılı forması, VI əsrdən sonrakı yazmaq və kitabə mətnlərinin başını ifadə etmək üçün istifadə edilmişdir. Om hecası, fəlsəfi vida mətnləri olan Upanişadların bir çoxunda ələ alınar; bunlardan Mandukya tamamilə bir hecaya ayrılmışdır. Yoqa tətbiqlərində də istifadə edilən Om şifahi meditasiya texnikalarıyla əlaqəlidir. Puranalarda (Qədim Bilgə) isə məzhəbçi məqsədlərlə istifadə edilir; Şivacıların Omu linqanın (Şivanın simvolu kişilik orqanı) simvolu olaraq şərh etməsinə qarşılıq, Vişnucular bu üç səsi Tanrı Vişnu, həyat yoldaşı Şri və ibadət edəndən ibarət üçləmə formasında göstərilir.
Om Puri
Ser Om Raceş Puri (18 oktyabr 1949[…] – 6 yanvar 2017[…]) — Milli Dram məktəbi və Hindistan Kino və Televiziya Universitetini bitirdikdən sonra 1975-ci ildə böyük ekranda “Oğru, gözün getdi” filmi ilə debüt edir. Sonralar daha uğurlu filmlərdə rol alır və ömrünün sonuna qədər fərqli obrazlarla ekranlara çıxır. Om Purinin iştirakı ilə çəkilmiş ən məşhur ekran əsərləri “Disko rəqqası”, “Dulhan Hum Le Jayenge”, “London arzuları”, “Ədviyyatlar və ehtiraslar” filmləridir. 6 yanvar 2017-ci ildə Mumbayda (Hindistan) ürəktutmasından vəfat edib.
Om qanunu
Om qanunu — Elektrik dövrəsindəki naqildə gərginlik, cərəyan şiddəti və müqaviməti arasında münasibəti müəyyən edir. Qanun onu kəşf edən Georq Omun şərəfinə Om qanunu adlandırılmışdır. Om qanunu belədir: :Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. Başqa sözlə, I = U R {\displaystyle I={U \over R}} , burada: I — cərəyan şiddəti (А), U — gərginlik (V), R — müqavimətdir (Om).
Om çayı
Om çayı — Rusiya ərazisində yerləşən, Qərbi Sibirdə yeləşən, Omsk vilayəti və Novosibirsk vilayətindən axaraq İrtış çayına (sağ qolu) tökülür. Omskda çay Nijneomsk, Kalaçinski, Kormilovski və Omsk rayonları ərazisindən keçir. == Hidrologiyası == Çayın başlanğıcı Vasyuqan düzənliyindən götürür. Çayın mənbəyi Omsk gölüdür. Gölün ətrafında dünyanın əb böyük bataqlıqlarından olan Vasyuqan bataqlığı yerləşir. Sonra çay Barabin çökəkliyindən axır. Çayın mənsəbi İrtış çayının mənsəbindən 1831 km yuxarı axarda Omsk şəhəri yaxınlığındadır. Çayın uzunluğu 1091 km, sahəsi isə 52,600 km² təşkil edir. İllik su sərfiyyatı 64 m³/s -dir. Sovet dönəmində Kuybişev və Ust-Tarta arasında gəmilər fəaliyyət göstərirmiş.
Om Şanti Om (film, 2007)
"Om Şanti Om" (hind ओं शान्ति ऒं) — rejissor Fərəh Xanın filmi. == Məzmun == Filmdəki hadisələr 30 il əvvəldən başlayır və 70-ci illərin Bombeyi təsvir olunur. Om Prakaş Mahica və onun dostu Pappu sənətə yeni başlayan aktyorlardır. Rejissorlar onlara deyiləcək çox sözü olmayan kiçik və epizodik rollar verirlər. Baş qəhrəman belə hesab edir ki, onun şöhrət qazanmaq üçün möhtəşəm soyadı yoxdur. Məsələn, belə: Om Kapur! Omun anası oğlunu inandırır ki, o, nə vaxtsa böyük bir filmdə baş rol ifa edəcək... Om Prakaş gənc kino ulduzu Şanti Priyaya aşiqdir. Filmlərdən birinin çəkilişi zamanı yanğın baş verəndə Om Şantini alovun içindən xilas edir və beləcə onlar dost olurlar. Şanti minnətdarlıq əlaməti kimi Omla görüşməyə razılıq verir.
Georq Simon Om
Georq Om (alm. Georg Simon Ohm;‎; 16 mart 1789[…], Erlangen, Mərkəzi Frankoniya – 6 iyul 1854[…], Münhen) — alman fiziki. O, elektrik dövrəsində cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanunauyğunluğu müəyyənləşdirən Om qanununu kəşf etmişdir. == İstinadlar == == Mənbə == Fizika 9. § 4.3. Elektromaqnit sahəsi. Elektromaqnit dalğası. səh. 82.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Om Nom Stories
Om Nom Stories (azərb. Am Nyamın hekayələri‎) — Rusiya şirkəti ZeptoLab tərəfindən yaradılan qısametrajlı cizgi serialı. 9 dekabr 2011-ci ildə pilot epizodu nümayiş etdirilmişdir. Sonra birinci mövsümü təşkil edən 10 növbəti seriya göstərilmişdir. İkinci mövsüm Cut the Rope: Time Travel, üçüncü mövsüm isə Cut the Rope 2 ilə eyni vaxtda başlamışdır. Üçüncü mövsümdə Am Nyam digər nyamamlar ilə görüşür. == Süjet == === 1-ci mövsüm === Evan Koulton adi 13 yaşlı oğlandır. Onun qəribə bir bağlama alması ilə həyatı həmişəlik dəyişir. Bu bağlamanın içində An Nyam adlı balaca bir divciyəz olur. Am Nyam şəkər yeməyi sevən balaca, yaşıl divciyəzdir.
2011-ci il Oman iğtişaşları
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir.Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.Omanda hökumət əleyhinə keçirilən nümayişlərdən qorxuya düşən Oman sultanı Sultan Kabus Bin Səid təcili sürətdə 50 min insana yeni iş yerinin açılması barədə əmr verib.(dunyabulteni) Sultanın verdiyi digər bir əmrlə hazırda dövlət qeydiyyatında işsiz olaraq düşən şəxslərə hər ay 390 dollar yardım ayrılacaq. Sultan həmçinin Sohar şəhərinə nümayişçilərlə danışıqlar aparılması üçün Kral Məhkəməsi Divanının başçısı Seyid Əli Bin Hamid Əl Buseydini göndərib.
Abdul Omar
Abdul Omar (3 oktyabr 1993) — Qanalı boksçu. Abdul Omar Qananı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Omar birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 56 kq çəkidə, 1/16 final mərhələsində Argentinanın nümayəndəsi Alberto Melian ilə üz-üzə gəldi. Həmin görüşdə Abdul Omar rəqibinə 0:3 hesabı ilə uduzdu.
Amblyseiulella omei
Amblyseiulella omei (lat. Amblyseiulella omei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.
Amblyseius omaloensis
Amblyseius omaloensis (lat. Amblyseius omaloensis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius omaloensis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Aqil Omarov
Aqil Omarov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri, şəhid. Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində erməni qüvvələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.
Azərbaycan-Oman futbol matçlarının siyahısı
== Kişilər ==
Azərbaycan–Oman futbol matçları
== Kişilər ==
Azərbaycan–Oman münasibətləri
Azərbaycan–Oman münasibətləri — Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyul ayının 13-də qurulmuşdur.
Bakı Omuraliyev
Bakı Omuraliyev (1932 Qırğızıstan MSSR, Canı-Arık (Qırğızıstanın indiki Jumqal rayonu) - 29 iyul 2003, Bişkek) - qırğız və sovet aktyoru, rejissor, dramaturq, publisist, Qırğızıstan SSR-in əməkdar mədəniyyət xadimi. SSRİ Yazıçılar İttifaqının üzvü (1971), SSRİ kinematoqrafiyaçıları İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü (1962-ci ildən). == Tərcümeyi-halı == Bakı Omuraliyev 1932-ci ildə müəllim ailəsində anadan olmuşdur. Kiçik yaşlarında hər iki valideynini itirən Bakı Omuraliyev 1941-1945-ci illərdə uşaq evində tərbiyə almışdır. 1955-ci ildə A.Ostrovski adına Daşkənd bədii-teatr institutunu, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı yanında Ali ədəbiyyat kursunu bitirmişdir. == Yaradıcılığı == Bakı Omuraliyev 1955-1972-ci illərdə Qırğızıstan Dövlət Dram Teatrının aktyoru olmuşdur. O, burada bir çox mürəkkəb və psixoloji səhnə obrazları (A.Qriboyedovun "Ağıldan bəla" əsərində Molçalin, V.Şekspirin "Kral Lir" əsərində Şut, R.Şukurbekovun "Akının arzuları" pyesində Toktoqul və s.) yaratmışdır. Sonralar o, Qırğızıstan SSR Dövlət Televiziya və Radio Komitəsində rejissori, dramaturgiya üzrə baş ədəbi məsləhətçi, Qırğızıstan SSR Yazıçılar İttifaqının İdarə Heyətinin katibi, Qırğızıstan SSR Mədəniyyət Nazirliyinin redaksiya kollegiyasının redaktoru vəzifələrində çalışmışdır. Bakı Omuraliyev "Qırğızfilm" studiyasında bir sıra filmlərə çəkilmişdir. O, onlarla filmdə ("Toktoqul", "Buz ürək haqqında əfsanə" "Qırmızı alma", "Kosmonavtlar küçəsi" və s.) yaddaqalan obrazlar yaratmışdır.
Balaenoptera omurai
Balaenoptera omurai (lat. Balaenoptera omurai) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Müstəqil növ olaraq 2003-cü ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır. == Növün qeydə alınması == Növün təstiqlənməsi 20 noyabr 2003 ildə "Nature" jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar. 2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir. == Areal == Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.
Batıray Omarla
Batıray Omarla (1820, Urax[d], Dağıstan MSSR – 1902, Dargi dairəsi, Dağıstan vilayəti) — Dağıstan şairi, XIX əsrdə yaşamış lirik, dargin ədəbiyyatının qurucularından biri. == Həyatı == Omarla (tərcümədə - Ömərin oğlu) Batıray 1831-çi ildə Dargin rayonunun Urax kəndində (Dağıstan Respublikasının indi Sergokalinsky rayonu), darginets milliyyətində anadan olmuşdur. Şairin atası Ömər sağlamlığı və cəsarəti ilə seçilirdi. Bir sıra hallar Öməri yerli xana Nöker kimi xidmət etməyə məcbur etdi. Nöker Ömərə xidmət etmək uzun sürmədi, döyüşlərdən birində ağır yaralandı və tezliklə aldığı yaradan öldü. Şair yaradıçılığında Dörd və ya səkkiz misralı şeirlər qoşmuş, onlardan yalnız bir hissəsi dövrümüzədək gəlib çatmışdır. Şeirləri ilk dəfə 1928-ci ildə toplanaraq çap edilmişdir. Batıray şeirlərində kənd adamlarının, xalq qəhrəmanlarının obrazını yaratmış, dağlı qadınlarını müdafiə etmişdir. Dargin Dövlət Teatrına Batırayın adı verilmişdir. Omarla 1910-cu ildə Urax kəndində vəfat etmişdir.
Ben 10: Omnitriksin sirri
Ben 10: Omnitriksin sirri (ing. Ben 10 Secret of the Omnitrix) - Ben 10 cizgi serialına əsaslanan və Televiziya yayımları üçün 2007-ci ildə yaradılmış amerikan superqəhrəman cizgi filmi. Film həmçinin cizgi serialın final seriyalarına əsaslanan süjetə məxsusdur. 10 avqust 2007-ci ildə ABŞ-da, 22 oktyabr 2007-ci ildə Birləşmiş Krallıqlarda yayımlandı. 2008-ci ilin aprelində Cartoon Network-dəki uzun müddətli "Ben 10 Həftəsi" ərzində serialın 3 hissəli final seriyası kimi yayımlandı, kanonik olaraq, hətta Ben 10 cizgi serialının son altı seriyası yayımlanmazdan əvvəlki aylarda debüt etdi. Həmçinin, 20 may 2008-ci ildə Uolmart mağazalarında cizgi filminin DVD-si satışa çıxarıldı. Amma, alternativ versiyaların heç biri diskdə deyildi, lakin 4-cü mövsümü DVD-nin bütün versiyalarında saxlanıldı. == Məzmun == Doktor Animo ilə Ben Tennizon döyüşərkən Ben səhvən Omnitriksin tərkibindəki "DNT Bombası"-nı məhv etməsi nəticəsində Omnitriks zədələnir. Onun aktivləşdiricisi nəticəsində siqnal Tetraks Şard , Petrosifeyn və Benin dostuna çatır. O gerisaymanın əhəmiyyətini başa düşməyən Benə bunu izah edir.Bundan sonra, Ben Qvin və Maks babasını tərk edir, lakin Qvin onu gizlincə təqib edir.
Bulbophyllum omerandrum
Bulbophyllum omerandrum (lat. Bulbophyllum omerandrum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cardamine hirsuta var. omeiensis
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Centaurea omphalodes
Stephanochilus (lat. Stephanochilus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Stephanochilus omphalodes Coss. & DurieuSinonim Centaurea omphalodes (Coss. & Durieu) O.Hoffm.
Ceyms Matsumoto Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir.Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır. Belə ki, ABŞ Yaponları Vətəndaşlar Liqası hesab edirdi ki, ABŞ hökumətinin təxliyəsinə qarşı olmaq sədaqətsizlik göstəricisi hesab oluna bilər və ABŞ-yə sədaqətliliyi nümayiş etdirmək üçün təxliyə ilə razılaşmaq ən təhlükəsiz yoldur.Tolan komitəsi üçün şahidlik edən Omura bu siyasətə qarşı çıxmış və təxliyənin yapon sadaqəti sualının həllinə kömək etməyəcəyini bildirmişdir.
Ceyms Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir.Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır. Belə ki, ABŞ Yaponları Vətəndaşlar Liqası hesab edirdi ki, ABŞ hökumətinin təxliyəsinə qarşı olmaq sədaqətsizlik göstəricisi hesab oluna bilər və ABŞ-yə sədaqətliliyi nümayiş etdirmək üçün təxliyə ilə razılaşmaq ən təhlükəsiz yoldur.Tolan komitəsi üçün şahidlik edən Omura bu siyasətə qarşı çıxmış və təxliyənin yapon sadaqəti sualının həllinə kömək etməyəcəyini bildirmişdir.
Daqun Omayev adına Mədəniyyət Sarayı
Daqun Omayev adına Mədəniyyət Sarayı — Çeçenistanın paytaxtı Qroznı şəhərində mədəni-kütləvi tədbirlər keçirmək üçün tikilmiş bina. 25 mart 2020-ci ildə Mədəniyyət İşçisi Günündə Qroznı şəhərinin mərkəzində, Sunja çayının sahilində açılmışdır. Sahəsinə görə Şimali Qafqazın ən böyük mədəniyyət sarayıdır. == Təsviri == Mədəniyyət sarayının binası 12 mərtəbəlidir. Binanın ümumi sahəsi 39 min kvadratmetr təşkil edir. Binada müxtəlif təyinatlı otaqlar yerləşir. Burada tamaşalar üçün kiçik və böyük zallar, məşq otaqları, konfrans zalı, soyunub-geyinmə otaqları, səsyazma studiyası, teatr salonu var. Bina kompleksinə 700 avtomobil üçün qapalı dayanacaq da daxildir. Mədəniyyət sarayının binasında fəaliyyəti mədəniyyətlə bağlı müxtəlif təşkilatlar yerləşdirilmişdir. Binada ilk dövrlər Çeçenistan Respublikasının Dövlət Filarmoniyası da fəaliyyət göstərmişdir.
Elmar Omarov
Elmar Elvar oğlu Omarov (23 mart 2001; İkinci Şıxlı, Qazax rayonu - 9 noyabr 2020; Şuşa, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. 2008-2019-cu illərdə Qazax rayonunun Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmar Omarov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Elmar Omarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 9-da Şuşanın azad edilməsində şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Omarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Omarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Omarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Omarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Erga omnes
Erga omnes (Şablon:Tr-la) — beynəlxalq hüquq konsepsiyası, ona görə beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır və hər bir dövlətin maraqlandığını təmin edir. == Konsepsiyanın yaranması == Beynəlxalq hüququn müvəqqəti normalarının inkişafında keyfiyyətcə yeni bir mərhələ, beynəlxalq hüquq doktrinası olaraq geniş tanınan və beynəlxalq hüquq doktrinası kimi tanınan Barselona Traction işində BMT Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən hazırlanmış dövlət məsuliyyəti konsepsiyasının qəbul edilməsi ilə başladı, yəni bütövlükdə bütün icma qarşısında öhdəliklər erga omnes xarakteri ilə baş tutdu. Beynəlxalq Ədalət Məhkəməsinin qərarında aşağıdakılar qeyd edildi: “Xüsusilə, bir dövlətin bütövlükdə beynəlxalq ictimaiyyət qarşısında olan vəzifələri ilə diplomatik qoruma sahəsində başqa bir dövlətə nisbətən vis-à-vis (bir-birinə) qarşı ortaya çıxan vəzifələr arasında bir fərq qoyulmalıdır. Birincisi, təbiətinə görə bütün dövlətlərin işidir. Bu hüquqların vacibliyini nəzərə alaraq, bütün dövlətlər bu hüquqların qorunmasında qanuni bir maraq sahibi sayıla bilər; bunlar bütün öhdəliklərdir. Müasir beynəlxalq hüquqda bu cür öhdəliklər, məsələn, təcavüz və soyqırımı aktlarının qadağan edilməsindən, həmçinin köləlik və irqi ayrı-seçkilikdən qorunma da daxil olmaqla əsas insan haqları ilə əlaqəli prinsip və müddəalardan qaynaqlanır. ". Beləliklə, Məhkəmə beynəlxalq hüquq öhdəliklərinin müstəsna ikitərəfli xarakterini inkar etdi və əvvəlki məhkəmə hüququnu dəyişdirdi. Həqiqətən, hələ 1966-cı ildə, Cənubi Qərbi Afrika hadisəsində, Efiopiya və Liberiyadan Cənubi Afrikanın aparteid siyasətini yürütən Namibiyada varlığına qarşı şikayət vermək hüququ, bu məsələnin həllində tərəf olmayan üçüncü dövlətlər olaraq rədd edildi. Barcelona Traction qərarında, Beynəlxalq Ədalət Məhkəməsi, “bütün dövlətlərin işi” olan və bütün dövlətlərin qanuni mənafeləri olan, xüsusi əhəmiyyətə və ümumbəşəri əhəmiyyətə sahib hüquqları təsir etdikləri üçün qaydaların mövcudluğunu qəbul etdi.
Eupatorium omeiense
Eupatorium omeiense (lat. Eupatorium omeiense) — mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid biki növü.
Eşqin Omarov
Eşqin Nəsib oğlu Omarov (10 iyul 2003; Aşağı Kəsəmən, Ağstafa rayonu, Azərbaycan — 17 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Eşqin Omarov 10 iyul 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olmuşdur. 2009–2020-ci illərdə S. Abadov adına Ağstafa rayon Aşağı Kəsəmən kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Eşqin Omarov 2021-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmət etmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilmişdir. Təxribat nəticəsində Azərbaycan-Ermənistan sərhədində sərhəd toqquşması baş vermişdir. Döyüşlərdə Quru Qoşunlarının sıravi əsgəri kimi iştirak edən Eşqin Omarov 17 sentyabr 2022-ci ildə Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Gerson Omubo

Значение слова в других словарях

алгебраи́ческий ковы́листый корчма́рка метрома́н обо́рыш оленево́дство препарши́во уби́йца успоко́ить черто́вский эволюциони́стка испоха́биться кронпри́нц логари́фм напря́г оцени́ть руберои́дный уре́з товкач collateral acceptance emplumed guard-house pin-head their до-