OPERETTA

I
сущ. оперетта: музыкальная комедия, комическая опера; произведение такого жанра. Ü. Hacıbəyovun operettaları оперетты У. Гаджибекова
II
прил. опереточный
OPERATORLUQ
OPPONENT
OBASTAN VİKİ
Operetta
Operetta (it. operetta, hərfi tərcümədə "kiçik opera") musiqisiz dialoqlarla növbələnən ayrı-ayrı musiqi nömrələrindən ibarət teatr tamaşası. Operettalar komik süjetlərə yazılır, musiqi nömrələri isə operada olduğundan daha kiçik olur. Ümumilikdə akademik musiqi ənənələrinin varisi olsa da, yüngül, populyar xarakter daşıyır.
Yarasa (operetta)
Yarasa (alm. Die Fledermaus‎) — avstriyalı bəstəkar, İohann Ştrausun 1872-ci ldə yazmış olduğu operettası. Alman dilindəki librettonun müəllifləri Haffner Karl və Jene Rixarddırlar. Operettanın premyerası 5 aprel, 1874 cü ildə Vyana, "An der Vin" teatrında olmuşdur. == Yazılma tarixi == 1872 ci ildə Vyana teatrı "An der Vin" Anri Malyak və Ludovik Halevinin "Yeni il gecəsi" fransız komediyasını tamaşaya qoymağa hazırlaşir. Son anda teatr direktoru, Maks Ştayner bu fikrindən daşınır. Yulius Roderix Benediksin "Həbs cəzası" vodevili əsasında Haffner Karl və Jene Rixard tərəfindən yazmılmış senari qaralamanı libretto kimi İohann Ştrausa təqdim edərək, yeni "Yarasa" operettasını yazmağı təklif edir. Şən, zarafatla dolu, bayram ovqatlı librettonu Ştraus çox bəyəndiyindən, oprettonu 6 həhtə ərzində bitirir. İlk zamanlar "Yarasa" populyarlıq qazanmasa da Vyana teatrının repertuarından düşmür. 3 ils sonra "Qaraçı" adı altında yenilənmiş versiyası Parisdə gurultulu uğur qazanır.
Budapeşt operetta teatrı
Budapeşt operetta teatrı (mac. Budapesti Operettszínház) — Budapeşt mərkəzinin "Brodvey peşt" mərkəzində yerləşən musiqili teatr - repertuar operettası. Teatrın qarşısında tanınmış bəstəkarın İmre Kalmanın abidəsi ucalmışdır. == Yaranma tarixi == Birinci Dünya müharibəsi başlamazdan əvvəl, binada Orfeum kabare yerləşmişdir. Müharibə başladığında, kabare "Orfeumun qızıl dövrünə" son verən "qeyri-məhdud əyləncə üçün yer" kimi bağlandı. 1923-cü ildə operettanın Budapeştdə öz evinə sahib olması qərara alındı. Metropolitan Operetta Teatrı açıldı və operettanın "Gümüş Çağı" Macarıstanın paytaxtında başlamışdır. Teatr üçün ən mühüm məqam Macarıstanın klassik operettasının ənənələrinin davamı idi və eyni zamanda yeni, moda səhnə həllər əlavə etdi. Vyana arxasında, Budapeşt, tamaşaçı operetta teatrına gəldikdə yüksək keyfiyyətli bir performans görən bir şəhər halına gəldi. == Bina == Teatrının mövcud binası 1894-cü ildə Fellner və Helmerin məşhur Vyana mimarları tərəfindən hazırlanmışdır.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. == Operettanın tarixi == === Yaranma tarixi === "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Ər və arvad (operetta)
"Ər və arvad" — şərqin ilk operettası olub,1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış və ilk dəfə 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. O vaxtdan, düz 100 il ərzində əsər heç bir teatrın səhnəsində nümayiş olunmayıb.Operettanın mövzusu ailədə və gündəlik həyatdakı, ailənin təzyiqi və cəmiyyətin təsir göstərdiyi azərbaycanlı qadın. Təqdimat 24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının teatr-sirkasında keçirilmişdir. Hüseynqulu Sarabski (Marjan bəy), Əhməd Ağdamski (Minnat xanım), M.H.Terequlov (Safi) və Mirzağa Əliyev (Kerbelayi Gubad) aparıcı hissələrlə çıxış etmiş, Hüseyn Ərəblinski səhnə rejissoru idi Üzeyir Hacıbəyov isə dirijor idi. Ər və arvad operettası sonradan Naxçıvan, Ağdam və Şəki kimi digər teatrlarda səhnələşdirilmişdir.100 illik fasilədən sonra “Ər və arvad” operettasının ilk premyerası 2010-cu ildə olub.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanov, baletmeysterlər Zakir və Yelena Ağayevlər, xormeyster Vaqif Məstanovdur. Rollarda xalq artistləri İlham Namiq Kamal, Yaşar Nuri, Afaq Bəşirqızı, Fatma Mahmudova, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Əliməmməd Novruzov, Vüqar Hacıyev, Ülviyyə Əliyeva,Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili çıxış ediblər.
O olmasın, bu olsun (operetta)
"O olmasın, bu olsun" (azərb-kiril. О олмасын, бу олсун, az.-əbcəd او اولماسین بو اولسون‎), həmçinin "Məşədi İbad" (azərb-kiril. Мәшәди Ибад, az.-əbcəd مشه‌دی ایباد‎; əsərin baş qəhrəmanının adından) — Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyov tərəfindən 1910-cu ildə yazılmış dörd pərdəli (məclis) musiqili komediya (operetta). Bu, Hacıbəyovun operetta janrında yazdığı ikinci əsəridir. Əsərdə müflisləşən və mənəviyyatca düşkünləşən zadəganlığın xəsisliyi, pulu gücünə fanatik inamı ilə seçilən varlı tacir zümrəsi ilə ittifaqa girmək cəhdi təsvir olunmuşdur. İnsanın mənəvi azadlığı və ləyaqəti uğrunda mübarizə aparan, pulun hökmranlığı və sosial-məişət qayda-qanunları ilə barışmayan yeni nəslin nümayəndələri köhnə cəmiyyətə qarşı qoyulmuşdur. Buradakı mənfi qəhrəmanlar arasında puluna görə yüksək təbəqələrin hörmət bəslədiyi Məşədi İbad əsas obrazdır. Əsərdə musiqi mühüm dramaturji rol oynayıb, hadisələrin gedişatına fəal yardım göstərir, qəhrəmanların xarakteristikasını dərinləşdirir. Məşədi İbad obrazının musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya üzərində qurulmuşdur. "Uzundərə" lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunmuş və Məşədi İbadın ilkin xarakteristikasını verən "Mən nə qədər qoca olsam da" mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mübaliğəli səslənir.
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi
Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi — Azərbaycanda fəaliyyət göstərmiş müstəqil artistlər truppası. Truppaya Üzeyir Hacıbəyli və Zülfüqar Hacıbəyov rəhbərlik ediblər. == Yaradılması == 1914-cü ildə "Nicat" cəmiyyəti ilə Üzeyir Hacıbəyli arasında "Leyli və Məcnun" operasına sahiblik barədə yaranmış münaqişədən sonra Hacıbəyli qardaşları müdiriyyəti yaradılıb. 1916-cı il avqustun 31-dən isə Üzeyir və Zülfüqar "Hacıbəyli qardaşlarının opera-opererta artistləri dəstəsi" təşkil edilib. Dəstəyə Üzeyir Hacıbəyli rəhbərlik edib. "Açıq söz" qəzetində bu barədə bunlar yazılıb : == Fəaliyyəti == Truppa yalnız Bakıda yox, həm də Qafqaz, Volqaboyu və Orta Asiyanın bir çox şəhərlərinə qastrol səfərlərinə gedib tamaşaları səhnələşdirirdi. Truppanın repertuarında əsasən Hacıbəyli qardaşlarının opera və operettaları, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Ər və Arvad", "Evliykən subay", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər musiqili komediyalar əsas yer tutub. Truppa 1917-ci ilin aprelində Tiflisdə qastrolda olub. Burada "Arşın mal alan", "O olmasın, bu olsun", "Şah İsmayıl", "Aşıq Qərib" tamaşalarını səhnələşdiriblər. Göstərilən tamaşalara rejissorluğu Abbas Mirzə Şərifzadə, dirijorluğu isə Üzeyir Hacıbəyli edib.

Значение слова в других словарях

близня́та дома́щивание меч-кладене́ц плутони́зм по-ни́щенски подворотничо́к праистори́ческий прошмы́гивать единосу́щный забесе́доваться искале́чивание малолю́дный прииска́тель разжа́лование смяте́нно трын-трава́ ляда миткаль чигостить arch halibut hartree intracutaneous prolapse отвесить