OXÇU

сущ.
1. лучник; стрелок из лука
2. мастер, делающий или продающий стрелы
OXCUQ
OXÇULUQ
OBASTAN VİKİ
Oxçu
Oxçu (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Oxçu (Marağa) — İranda kənd.
Aralıq Oxçu
Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Oxçu çayı ilə Pirdavdan (Pircavidan) çayının qovuşduğu yerdə, Oxçu kəndinin yanında yerləşmişdir. Kənd iki çayın (Oxçu və Pirdavdan) çayının arasında salındığı üçün Aralıq Oxçu adlandırılmışdır və «Oxçu çayının arasında yerləşən kənd» deməkdir. Toponimin I tərəfi «iki yerin arası» mənasında işlənən aralıq sözündən,ll tərəfi türk mənşəli oxçu etnonimindən ibarətdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 148 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş, kənd ləğv edilmişdir.
Oxçu (Marağa)
Oxçu (fars. ‎‎‎اوخچي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (60 ailə).
Oxçu (Qafan)
Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km şimalda, Oxçu çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim "Kitabi-Dədə Qorqud" dastanlarının XII — sonuncu boyunda adı çəkilən oğuz qəhrəmanı Ənsə Qoca oğlu Oxçu şəxs adı ilə bağlı əmələ gələn oxçu etnonimindən yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə tqponimdir. Oxçu adlı türk tayfasının adını əks etdirir. XIX əsrdə Qars əyalətinin Ərdahan dairəsində Oxçi, həmin əyalətin Qars dairəsində Oxçi və Oxçioğlu,Cənubi Azərbaycanda Oxçu və Oxçular kənd adları ilə mənşəcə eynidir. Orta əsrlərdə Anadolunun şərqində bir mahal Oxçi adlanırdı. 1588-ci ilə aid mənbədə Bərdə nahiyəsində Oxçulu adlı elin yaşadığı qeyd olunmuşdur.
Oxçu qalası
Oxçu qalası (erməni mənbələrində "Baqaberd") — Qafan rayonunda Oxçuçay və Kığı çaylarının qovuşan yerində Novruzyurd adlı hündür bir təpəliyin üstündədir. Bu qala Zəngəzurun iki zirvəsini - Xustub və Gəzbel dağ zirvələrini bir-birindən ayıran hərbi-strateji baxımdan çox əhəmiyyətli bir mövqedə yerləşmişdir Qalanın inşa olunma tarixi VI-VII əsrlərə aid edilir. Oxçu qalası Zəngəzurdakı beş Babək qalasından biridir. Böyük Azərbaycan sərkərdəsinin son döyüşlərindən birinin bu qalada baş verdiyi söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuşdur. Son vaxtlara kimi Oxçu qalasının 17 bürcü qalmaqda idi. Ümumiyyətlə, qalanın 26-27 bürcü olduğu güman edilir. Qalanın iki tərəfi sıldırım, digər iki tərəfi isə ikiqat hasar divarları vasitəsilə ətraf ərazilərdən ayrılır. Oxçu qalası vulkanik yonulmamış daşlarla, əhəng məhsulu vasitəsilə tikilmişdir. Bu qala ilə üzbəüz Oxçu çayının digər sahilində başqa bir (çox güman ki, keşikçi) qalanın qalıqları vardır.
Oxçu Şabadini
Oxçu Şabadini — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi. == Etimologiyası == Toponim türkmənşəli "oxçu" etnonimi ilə, türk dilində "uçurum, yamac, dağın döşü", "iki dağarası çökəklikdə yüksəklik" mənasında işlənən "çap" (→şab) sözündən və monqol dilində "maldar köçərinin təsərrüfatı" mənasında işlənən "adin" sözündən əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır.1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq
Fransanın Paris şəhərində baş tutmuş 1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə 6 növdə Olimpiya yarışları keçirilmişdir. Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 iştirakçı mübarizə aparmışdır. Kamandan oxatma yarışları Olimpiyadanın proqramına birinci dəfə idi salınmışdı. Altı növün hər birində kişilər mübarizə aparıb. Kamandan oxatma yarışlarında yalnız Fransa, Belçika və Hollandiyanın olimpiyadaçıları mübarizə aparıb. Hollandiyalı iştirakçılardan hər hansı birinin adı və medal qazanması barədə məlumat yoxdur. Kamandan oxatma yarışlarında iştirak edən ən gənc idmançı 24, ən yaşlı idmançı isə 50 yaşında idi. == Medal cədvəli == == Yekun medal sıralaması == == İştirakçı ölkələr == Bu yarışlarda 3 ölkədən ümumilikdə 153 olimpiyadaçı iştirak etmişdir.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Erş
Sur la Erş yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız üç iştirakçının nəticələri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Sur la Piramida
Sur la Piramida yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 129 iştirakçı mübarizə aparmışdır. Onlardan yalnız ilk üç yerin sahipləri məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 33 metr
Şapele 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Yalnız ilk üç yeri tutmuş iştirakçılar məlumdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Şapele 50 metr
Şapele 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Beşinci və altıncı yerləri tutmuş iştirakçıların nəticələri və adları məlum deyil.
Azərbaycanda oxçuluq
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı.Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə.
Osmanlıda oxçuluq
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
Oxçular (Urmiya)
Oxçular (fars. اوخچيلار‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (6 ailə).
Oxçuluq
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Oxçuoğlu
Oxçoğlu (erm. Ողջի, Voxçi) — hal-hazırda Ermənistanın Şirak mərzində (Şörəyel mahalı) kənd. == Tarixi == Oxçoğlu - Rusiya imperiyasının Qars vilayətinin Qars qəzasında, Sovet dövründə Ermənistan SSR-in Amasiya rayonunda, 1995-ci ildən indiyədək isə Ermənistanın Şirak mərzində kənd. Qərbi Arpaçayın sağ sahilində, Şirak mərzinin mərkəzi Gümrü şəhərindən 10 km şimal-qərbdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və qarapapaqlar müstəqil xalq kimi qeyd edilir. Əslində qarapapaqlar müstəqil xalq yox, azərbaycanlıların etnoqrafik qrapu, türk tayfalarından biridir. Kənddə 1886-cı ildə 551 nəfər, 1897-ci ildə 747 nəfər, 1908-ci ildə 935 nəfər, 1914-cü ildə 980 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar öz doğma kəndlərindən qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər.
Oxçuçay
Oxçuçay — Azərbaycan və Ermənistan ərazilərindən axan çay. Oxçuçay Arazın sol qoludur. Ermənistan Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçir. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Axımı qar (46%), yağış (10%) və yeraltı (44%) sulardan əmələ gəlir, su sərfi 8,90 kub m/san-dir. İllik axımının 40%-i yaz, 43%-i yay, 10%-i payız. 7%-i isə qış fəslində keçir. Suvarma işlərində istifadə olunur. Ermənistan ərazisində çay Voxçi adlanır.
Türklərdə oxçuluq
Türklərdə oxçuluğun və xüsusilə atlı oxçuluğun əhəmiyyəti daha qədim tarixi zamana qədər uzanır. Təxminən e.ə. 5000-dənn etibarən Altay və Tanrı dağları və ətrafında ortaya çıxan, daha sonra da Orta Asiyaya tamamilə hakim olan "Atlı Bozqır mədəniyyətində" atlara və oxçuluğa böyük əhəmiyyət verilirdi. Tarixdəki Türk atlı oxçuları, dörd nalla gedərkən eyer üstündə dönüb arxaya ox ataraq hədəfə tam sərbəst ox atma ustalıqlarıyla tanınmışlar.Dünyada "Part atışı" olaraq adlandırılan at üzərində geriyə doğru edilən ox atışının ən müvəffəqiyyətlisini Türklər etmişdir. Türk qəhrəmanı Tarkanlar tolgalarına şahin tükü taxma haqqı yalnız Part atışını müvəffəqiyyətli bir şəkildə yerinə yetirə bilənlərinə verilmişdir. Vur-qaç, geri çəkilmə və düşmənin ətrafını mühasirəyə alma kimi taktikalar Türk atlı oxçularının istifadə etdiyivə bir çox zəfərlərdə əsas rol oynayan taktikalarıdır. Türk dastanlarından Oğuz Xaqan dastanında ox və yay, simvolik mənalarla iştirak etməkdədir. Türk mədəniyyətinin keçmişində oxçuluq geniş bir sahədə əhəmiyyətə sahib olmuşdur. Orta Asiyada dolanışıq qaynağı və hərbi manevr xüsusiyyəti olan ov etmə, Türk atlı oxçuluğunun inkişafını təmin etmişdir. Türklər bu bacarıqlarını Orta Asiyadan Anadoluya daşımışdır.

Значение слова в других словарях

браконье́рский започива́ть лу́на-парк механисти́чность опо́йчатый полновла́стно штампо́ванный языкообра́зный гельминтоло́гия расхва́ливаться семикла́ссник подметка суница capricious cottony entrapment horse-boy ice bucket knowledgeable participatory theatre self-renunciation slipstick начитанность семитический толстуха