QA

звукоподр. карр (крик вороны)
Q
QAB
OBASTAN VİKİ
.qa
.qa — Qətərin internet kodu. == Xarici keçidlər == IANA .qa whois information Qatar Internet Domain Names Qatar Domains Registry To Register - .qa, .name.qa, .com.qa, .net.qa and .قطر Arxivləşdirilib 2016-04-02 at the Wayback Machine For the IDN version of the website.
Mun Qa-yon
Moon Ga-young (kor. 문가영; 10 iyul 1996, Karlsrue, Baden-Vürtemberq) Alman əsilli Cənubi Koreyalı aktrisadır. O, daha çox "Heartstrings (2011)", "EXO Next Door (2015)", "Tempted (2018)", "Welcome to Waikiki 2 (2019)", "Find Me in your Memory (2020)", "True Beauty (2020-21)" və " Link: Eat, Love, Kill (2022)" seriallarındakı rolları ilə tanınıb. == İlk İllər == Mun Qa-yon Almaniyanın Karlsrue şəhərində dünyaya gəlib. Valideynləri Cənubi Koreyalıdır. Onun 10 yaşı olanda ailəsi Cənubi Koreyaya köçüb. == Karyera == Mun aktyorluq karyerasına 2006-cı ildə uşaq aktrisa kimi başlayıb, həm filmdə, həm də televiziyada çəkilib. 2014-cü ildə yeniyetmə Qa-yon Mnet kabel kanalında yayımlanan dörd epizodlu sirr/romantik dram olan "Mimi"də baş qəhrəman kimi ilk rolunu oynadı. 2015-ci ilin aprelində Qa-yon, Naver TV Cast-də yayımlanan "EXO Next Door" adlı internet dramında qadın qəhrəmanı canlandırdı. Daha sonra " Don't Dare to Dream " və " Live Up to Your Name" seriallarında ikinci plan rollarını oynadı.
Sefer qa-Bagir
"Sefer qa-Bagir" (ibranicə "Aydınlıq Kitabı") — ən qədim və mühüm kabbalist kitablardan sayılır. Əsər 1176-cı ildə işıq üzü görmüşdür. Mühafizəkar kabbalistlərə görə, "Sefer qa-Bagir" eramızın I əsrində Rabbi Nehuniya ben Hakana tərəfindən yazılmışdır. Kitabda Tanrının müxtəlif adlarından bəhs olunmuş, Talmudda verilən və on iki hərfdən ibarət olan Yaradıcının adı şərh edilmişdir. Tanrının bu adı erkən Talmud qaynaqlarında da qeyd edilmişdir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. == Tarixi == A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi."A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
"Açıq qapı" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Açıq qapılar" doktrinası
"Açıq qapı" doktrinası (ing. Open Door Policy) — 1899-cu ildə ABŞ böyük dövlətlərdən tələb etdi ki, Çindəki nüfuz dairələrində Amerika mallarının gətirilməsi və satışına şərait yaratsınlar. Özünün iqtisadi üstünlüyünə arxalanan ABŞ bu yolla rəqiblərini Çindən sıxışdırıb çıxarmaq istəyirdi. XIX əsrin sonu — XX əsrin əvvəllərindən ABŞ-nin Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ni təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət "açıq qapılar" doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir.
"Ağ qartal" ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
"BTS"-in qazandığı mükafatların və namizədliklərin siyahısı
BTS — Big Hit Music etiketi altında yaradılan yeddi nəfərdən ibarət Cənubi Koreyalı oğlan qrupudur, üç repçi (RM, Suga, J-Hope) və dörd vokalçıdan (Jin, Jimin, V və Jungkook) ibarətdir. Qrupun debüt albomu 2 Cool 4 Skool (2013) və sonrakı genişləndirilmiş ifa (EP) O!RUL8,2? (2013), kiçik kommersiya uğuru əldə etməsinə baxmayaraq, 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlində onlara bir neçə yeni sənətçi mükafatı qazandırdı. Qrup ikinci EP Skool Luv Affair (2014) və ilk studiya albomu Dark & Wild (2014)-ı buraxdı. Skool Luv Affair-in aparıcı sinqlı "Boy in Luv" 2014-cü ildə Mnet Asian Music Awards-da Ən Yaxşı Rəqs Performansı (Kişi) nominasiyasında, Dark & Wild isə 2015 Qızıl Disk Mükafatlarında Disc Bonsang mükafatını qazandı. BTS-in üçüncü EP-si "The Most Beautiful Moment in Life, Pt. 1 ", 2016 Qızıl Disk Mükafatlarında Disc Bonsang qazandı, aparıcı sinqlı "I Need U" isə 2015 Melon Music Awards-da Ən Yaxşı Kişi Rəqsi mükafatını aldı. Qrupun davam edən EP-i, "The Most Beautiful Moment in Life, Pt. 2 ", 2016 Gaon Chart Music Awards-da İlin Albomu nominasiyası aldı. BTS-in ilk Koreya kompilyasiya albomu The Most Beautiful Moment in Life: Young Forever (2016) BTS-ə ilk 2016 Melon Musiqi Mükafatlarında İlin Albomu və 2016 Mnet Asian Music Awards-da İlin Artisti üçün Daesang mükafatını qazandırdı.
"İtaliya qarşısında xidmətlərə görə" ordeni
İtaliya Respublikasına xidmətinə görə ordeni (it. Ordine al merito della Repubblica Italiana) — İtaliya respublikasının ən yüksək mükafatı. == Tarixi == Orden ilk dəfə 1951 ci ildə İtaliya prezidenti tərəfindən təsis edilmişdir. Ordenin rəhbəri İtaliya prezidentidir. Ordenə 16 Kansler daxildir.
1001-ci qastrol (film, 1974)
1001-ci qastrol filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-revyuda belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil. Əksinə, əgər sənin səsin yoxdursa, əlin heç yana çata bilməyəcəkdir. Filmdə əsas rolları Rəşid Behbudov, İnarə Quliyeva, İnna Leşşinskaya, Liya Eliava və Mavr Pyasetski ifa edirlər. == Məzmun == Musiqili film görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, dünya şöhrətli sənətkar Rəşid Behbudovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Mahnı Teatrının yaradılması haqqında əyləncəli əhvalatlarla dolu kinohekayədir. Burada film üçün xüsusi musiqi proqramı tərtib olunmuş, o cümlədən qəflətən var-dövlət sahibi olan Məşədinin məzəli, Dərvişin qeyri-adi mahnıları Rəşid Behbudovun ifasında səslənmişdir....Müğənni Eldarın (Rəşid Behbudov) gözəl səsi var. Yüngül şöhrət ardınca qaçan istedadsız Qaranəfəsin (Rəsmi Cəbrayılov) isə ona paxıllığı tutur. Buna görə də öz dəstəsi ilə onu hər addımda təqib edir, çıxışlarına maneçilik törətməyə çalışır. Lakin digər detektiv filmlərdə olduğu kimi, burada da əhvalat yaxşı sonluqla başa çatır.Filmdə belə bir fikir yürüdülür ki, əsl istedadı məhv etmək mümkün deyil.
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
107 saylı Qazax seçki dairəsi
10 №-li Qayıdış qəsəbəsi
10 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 10 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 10 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 10 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Təhsil == Qəsəbədə Uşaq bağçası fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009. — 31 iyul.
11 saylı Qaradağ seçki dairəsi
11 №-li Qayıdış qəsəbəsi
11 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 11 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 6 №-li Qayıdış qəsəbəsi olmaqla, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış və 11 №-li Qayıdış qəsəbələrindən ibarət İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun 11 №-li Qayıdış qəsəbəsi İkinci Haramı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 11 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. 3 aprel 2020-ci il tarixinə olan məlumata görə qəsəbədə 881 nəfər yaşayır. == Təhsil == Qəsəbədə "Qayıdış qəsəbə 8 № li tam orta məktəb" fəaliyyət göstərir.Məktəb 360 şagird yerlik, 24 sinif otaqlıdır. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan. — 2009.
1840-cı il Birlik Qanunu
1840-cı il İttifaq haqqında akt — İngilis Parlamenti aktı 1840-cı il iyulun 23-də kraliça Viktoriya tərəfindən təsdiqləndi və 1841-ci ilin fevralında qüvvəyə mindi və Aşağı, Yuxarı Kanadanın bir hökumət daxilində birləşdiyini elan etdi. Bu aktın əsas müddəaları aşağıdakılar idi: hər bir qurucu seqmentdən bərabər olaraq təmsil edilən tək bir parlamentin qurulması; borc konsolidasiyasının əsasının qoyulması; daimi bir vətəndaş siyahısının olması; rəsmi sənədləşmədə, danışıqlarda fransız dilindən istifadənin qadağan olunması; təhsil və mədəni hüquqla əlaqədar müəyyən frankokanadalı təşkilatların fəaliyyətlərinin dondurulması.Ümumiyyətlə, bu akt Daremin hesabatından qaynaqlanırdı. Milli fikrin ilk zəif həyəcanları 1812-ci il müharibəsində yaranmışdı. Bruk, Tekumseh, Laura Sekurd kimi qəhrəmanlarla yarım milyonluq xalq, cənubda 8 milyonluq bir ölkənin istismarına qarşı özünü müdafiə etdi. İngiltərədə sənaye inqilabı, okeanın hər iki tərəfinə də siyasi düşüncəni inkişaf etdirən yeni bir orta sinif yaratdı. Bu, iqtisadi inkişaf yerini dəyişən insan qrupu yaratdı və onların əksəriyyəti yeni dünyaya miqrasiya etdilər və həmçinin, "Şato Klik" və "Fəmili Kompakt" tərəfindən yaradılan monopoliyaya qarşı üsyan etdilər. (Fəmili Kompakt- Yuxarı Kanadanı idarə edən oliqarxlara verilən addır, Şako Klik isə Aşağı Kanadada hökuməti idarə edən və əksəriyyəti ingilislərdən təşkil olunan kiçik, yuxarı sinifdir.) Baxmayaraq ki, 1837-ci il üsyanları tez yatırıldı, ingilislər başqa bir koloniya qrupunu itirmək riski istəmirdi. Darem hesabatı ittifaq haqda akt olaraq adlanan sənəd probleminin həllini və islahat proseslərini özündə ehtiva edirdi. Lakin, eyni zamanda bu sənəd elə bir çıxılmaz vəziyyət yaratdı ki, 27 il sonra bu cəsarətli təcrübə tərəfindən qırıldı. İttifaq müflisləşən Yuxarı Kanadada təcili maddi məsələlərin həlli üçün yaradıldı.
1952 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1952 — qadınlararası dünya çempionatlarının ilkidir. Turnir 1952-ci ildə avqust ayının 17-də başlamış, 29-da bitmişdir. Yarışlara SSRİ paytaxtı Moskva ilə ev sahibliyi etmişdir.
1956 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1956 — qadınlararası dünya çempionatı yarışlarının sayca ikincisidir. Yarışlar 1956-cı ildə avqust ayının 30-u başlayıb sentyabrın 12-i başa çatmışdı. Turnir Fransada təşkil olunmuşdu. SSRİ-də İlk dünya çempionatındakı kimi oyunlar yalnız bir şəhərdə — Parisdə keçirilmişdi. == Komandalar == == Qrup mərhələsi == === "A" Qrupu === === "B" Qrupu === === "C" Qrupu === === "D" Qrupu === === "E" Qrupu === == II mərhələ == II mərhələ yarışlarda son mərhələ sayılır. Bu mərhələdə ölkələr iki qrupa bölünür. Birinci qrup əsas qrup sayılır və burada 1-ci 10-cu yer uğrunda mübarizə aparılır. İkinci qrupda isə qruplarda nəticə əldə edə bilməyən yeddi komanda yarışır. Bu mərhələnin əsas qrupunda doqquz matçın hamısında rəqiblərini məğlub edən SSRİ millisi ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü.
1960 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1960 — qadınlararası dünya çempionatı yarışlarının üçüncüsüdür. Turnir 1960-cı il oktyabr ayının 29-u başlamış, noyabr ayının on dördündə başa çatmışdı. Bu baxımdan ilk iki çempionatdan daha çox sürmüşdü. Oyunlar Braziliyada keçirilmişdi. Qalib isə ardıcıl üçüncü dəfə SSRİ milli komandası olmuşdu.
1962 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1962 — hələlik ilk və yeganə çempionatdır ki, özündən əvvəlki analoji turnirdən iki il sonra başlamışdı. 1962-ci ildə oktyabr ayının on üçündə Sovet Sosialist Respublikaları İttifaqında başqa bir deyimlə, SSRİ-də başlamışdı. Turnirin qapanış matçı isə adı çəkilən ayın iyirmi beşində olmuşdu. Turnirin qalibi böyük sensassiya ilə Yaponiya olmuşdu. Halbuki ev sahibi SSRİ millisi çempionatın açıq-aşkar fovariti sayılırdı. Bu baxımdan SSRİ-dən fərqli ölkənin çempion olduğu ilk dünya çempionatıdır.
1967 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1967 — Yaponiyanın ev sahibliyi altında təşkil edilən, oyunlarından çox qalmaqalları ilə yadda qalan bir turnir idi. Belə ki, turnirə öncədən on bir komandanın üç qrupa bölünərək qatılacağı gözlənilirdi. Amma ev sahibi Yaponiya Qərbi Almaniya və Şimali Koreya himnlərinin səslənməyəcəyini, bayraqlarının qaldırılmaycağını və ən nəhayət adlarının olduğu kimi qeyd edilməyəcəyini bildirmişdi. O zamanlar Sovet bloku olaraq bilinən ölkələrdən yeddisi Şimali Koreya, Çexoslovakiya, SSRİ, Qərbi Almaniya, Çin Xalq Respublikası, Polşa və Macarıstan öz milli komandalarının yarışda iştirakını qadağa etmişlər. Beləliklə sonda dörd komanda ilə asan mübarizəyə girən Yaponiya çətinlik çəkmədən ardıcıl ikinci dəfə dünya çempionu adına layiq görülmüşdü. Maraqlısı budur ki, turnirdə iştirak edən komandalardan yalnız Peru medal qazana bilməmişdi. Sonda hər dörd komanda 1968-ci ilin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmışdı.
1970 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1970 — 1970-ci ildə Bolqarıstanda təşkil olunan turnir. Turnirin əksər oyunları Varna da təşkil olunmuşdu. Bu dünya çempionatına 16 komanda qatılmışdı. Həmçinin ilk və hələlik yeganə qadınlararası dünya çempionatı idi ki, özündən əvvəlki analoji yarışdan üç il sonra baş tutmuşdu. Qalib adına dördüncü dəfə SSRİ yığma komandası layiq görülmüşdü. Turnirdə ikinci və üçüncü yerləri isə uzaq şərqdən müvafiq olaraq Yaponiya və Şimali Koreya milliləri tutmuşlar.
1974 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1974 — ilk dəfə 20-dən artıq komandanın qatıldığı dünya çempionatı. Çempionat çərçivəsində 120 qarşılaşma oynanılmışdı. Turnir 1974-cü ilin oktyabr ayının 10-u başlamış, 27-i başa çatmışdı. Qalib adına isə üçüncü səfər Yaponiya layiq görülmüşdü.
1978 Voleybol üzrə qadınlararası Dünya Çempionatı
Voleybol üzrə qadınlararası dünya çempionatı 1978 — 1978-ci ilin payızında dahaq dəqiq desək, avqustun 25-i və oktyabr 27-i aralığında Sovet Sosialist Respublikaları İttifaqında keçirilən turnir. Əvvəlki dünya çempionatlarından uzun davam etməsinə görə fərqlənirdi. İki ay davam edən turnirin qalibi Kuba olmuşdur. Yarışda iyirmi dörd komandanın iştirak edəcəyi gözlənilsə də Şimali Koreya son anda imtina etmə qərarı almışdı. Turnirin coğrafiyası da əvvəlkilərdən fərqli olmuşdu. Yarışlara hazırda Rusiya şəhərləri olan Volqoqrad və Leninqradla (indiki Sank-Peterburq) yanaşı müasir dövrümüzdə fərqli-fərqli ölkələrin paytaxtları olan Minsk və Riqa da ev sahibliyi etmişdi.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
1 №-li Qayıdış qəsəbəsi
1 №-li Qayıdış qəsəbəsi — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Füzuli rayon inzibati ərazi vahidi tərkibində faktik mövcud olan Haramı sahəsində yeni salınmış 1 №-li Qayıdış qəsəbəsi rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. Mərkəzi 1 №-li Qayıdış qəsəbəsi olmaqla, 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış və 5 №-li Qayıdış qəsəbələrindən ibarət Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 19 iyun 2009-cu il tarixli, 837-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun Birinci Haramı qəsəbə inzibati ərazi dairəsi 1 №-li Qayıdış qəsəbə inzibati ərazi dairəsi adlandırılmışdır. == Əhalisi == Qəsəbədə Birinci Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. == Poçt == Dövlətyarlı Poçt Şöbəsi 1 saylı Qayıdış qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1919. == Təhsil == 1 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.Qəsəbədə "Qayıdış qəsəbə 1 № li tam orta məktəb" fəaliyyət göstərir. == İstinadlar == == Xarici keçidlər == Füzuli rayon bələdiyyələrinin siyahısı Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu. Azərbaycan.
2-ci Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür.Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.

Значение слова в других словарях

диспле́й к несча́стью нафто́ловый несводи́мый порта́л присучи́ть серча́ть добрый день! замаркирова́ть зашурша́ть окре́ст плете́нь полихроми́ческий разува́ться сродство́ caliph illustration negotiate pragmatism self-criticism undogmatic vilification zygomata валандаться вежливость