QƏBİR

I
сущ. могила, место погребения; гробница
II
прил. могильный. Qəbir daşı могильный камень, qəbir təpəsi могильный холм
◊ qəbir qazmaq kimə рыть могилу кому; qəbrə aparmaq nəyi унести в могилу что ; qəbrə qədər до самой могилы, qəbrə göndərmək kimi загнать в могилу кого ; qəbri qazılıb kimin кто обречен; qəbri od tutub yanar kimin перевернется в гробу, если …; qəbirdən səs çıxırsa ondan da çıxır нем как могила; qəbirdən çıxmış adam kimi, qəbirdən xortdamış ölü kimi как выходец с того света; как воскресший; qəbir sükutu гробовое молчание
QƏBİLƏ
QƏBİREŞƏN
OBASTAN VİKİ
Qəbir
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Küp qəbir
Küp qəbir — ölmüş şəxsin küpdə dəfn edilmə ənənəsi; qədim dövrlərdə müxtəlif xalqlar arasında geniş yayılmışdır. Elmə məlum olan ən qədim küp qəbirləri e.ə IV minilliyə aiddir və Misirdə tapılmışdır. Mesopotamiya, Aralıq dənizi sahilləri və Kiçik Asiyadakı ən qədim küp qəbirləri isə e.ə. III — II minilliklərə aiddir. Qafqazda ən qədim küp qəbirləri Dağıstanda (e.ə II minilliyin II yarısı), Abxaziyada (e.ə. I minillik) Kolxidada (e.ə. V-IV əsrlər) aşkar edilmişdir. Amma bunlarla e.ə. II əsr - b.e.nın I əsri Şərqi Zaqafqaziya Küp qəbirləri mədəniyyəti arasında ortaq əlaqə yoxdur. Məlumdur ki, Cənubi Amerikadakı hindilər, tupi və aravaklar son zamanlara dədər ölülərini gil küplərdə dəfn edirdilər.
Qəbir əzabı
Qəbir əzabı (ərəb. عذاب القبر‎ ʿAdhāb al-Qabr, həmçinin Qəbirsıxma) - İslam inancına görə insanı öldükdən sonra gözləyən əziyyət. Qəbir əzabı ilə bağlı Quran kitabında heç bir məlumat göstərilməmişdir. Quranda ondan çox ayədə qəbirlərlə bağlı ifadə keçdiyinə baxmayaraq, qəbir əzabından bəhs edilmir.
Güllü qəbir piri
Güllü qəbir piri - Laçın rayonu Böyük Seyidlər kəndində yerləşir. Hacı İbrahim ağa Qarabağın adlı-sanlı seyidlərindən olan Xudavəndə Xəlifənin nəvəsidi. Hacı seyid İbrahim ağanın məzarı Seyidlər kəndinin qəbiristanlığındadır və ağır ziyarətgahlardan sayılır. Ağanın ocağında qızılgül bitmişdi. Elə ona görə də məzarına "Güllü qəbir" deyirlər. == İstinadlar == == Xarici keçidlər == "Laçınən abidələri - Güllü qəbir piri". az.baku-art.com. İstifadə tarixi: 18 may 2021.
Qozbeli qəbir düzəldərmi? (film, 1972)
== Gənc memar (film, 1978) == === Məzmunu === Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən İstifadə edilən Bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Qozbeli qəbir düzəldərmi? (film, 1972) == === Məzmunu === Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı === Xarici keçid === ==== Video ==== ===== İzlə ===== YouTube Filmi izlə sayt YouTube == Sınaq (film, 1985) == === Məzmunu === Filmdə alverçilik problemlərinə toxunulur. === Film haqqında === "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet === Filmin heyəti === ==== Film üzərində işləyənlər ==== Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev ==== Filmi səsləndirən ==== Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) === Xarici keçid === Filmi izlə sayt YouTube == Yerli kadr təsdiqə gedir (film, 1973) == === Məzmunu === Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
"Qurd qapısı" qəbiristanlığı
Alman əsirləri qəbiristanlığı
Alman əsirləri qəbiristanlığı (Bakı)
Alman əsirləri qəbiristanlığı (Bakı)
Alman əsirləri qəbiristanlığı (bəzən "Alman əsgər məzarlığı kimi qeyd olunur) — Bakı şəhərinin Yasamal rayonunda yerləşən Azərbaycanda alman əsirlərinin qəbiristanlığı. Qəbirstanlıqda 90 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir.
Alman əsirləri qəbiristanlığı (Sumqayıt)
Alman əsirləri qəbiristanlığı (bəzən "Alman əsgərlərinin məzarlığı kimi qeyd olunur) — Sumqayıt şəhərinin Yeni Kotej qəsəbəsində yerləşən Azərbaycanda alman əsirlərinin qəbiristanlığı. Qəbirstanlıqda 311 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir. Xatirə abidəsinin hündürlüyü 5,5 m təşkil edir. Məzarlığın sahəsi 2.700 m²-dir. == Tarix == Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biridə Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli olub, qalanları avstriyalı və macardır. Əsirlər Azərbaycan SSR-də gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak etmiş və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunmuşdur. Sonuncu əsir burada 1949-cu ildə dəfn olunmuşdur.
Ararat Massis erməni qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Ararat qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Arlinqton milli qəbiristanlığı
Arlinqton milli qəbiristanlığı — ABŞ-də ən böyük hərbi qəbiristanlıq. Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşir. Ərazisi təqribən 250 hektardır. 1864-cü ildə yaradılan bu qəbiristanlıqda 260 mindən çox şəxs dəfn olunub. 1921-ci ildə Birinci dünya müharibəsinin Naməlum Amerika Əsgərinin dəfni burada icra edilmişdir. 1958-ci il mayın 30-da İkinci dünya və Koreya müharibəsinin, 1984-cü il mayın 28-də isə Vyetnam müharibəsinin Naməlum Hərbi Qulluqçusunun dəfnləri yerinə yetirilmişdir. ABŞ-nin bir neçə görkəmli xadimləri də burada torpağa tapşırılmışdır: Con Kennedi, Herbert Huver, Vilyam Taft, həmçinin Vətəndaş müharibəsi zamanı Virciniyada həlak olmuş 2111 döyüşçü. == İstinadlar == == Xarici keçidlər == Arlinqton milli qəbiristanlığının rəsmi veb-saytı Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info.
Arlinqton milli qəbiristanı
Arlinqton milli qəbiristanlığı — ABŞ-də ən böyük hərbi qəbiristanlıq. Virciniya ştatındakı Arlinqton şəhərində, Potomak çayının sahilində yerləşir. Ərazisi təqribən 250 hektardır. 1864-cü ildə yaradılan bu qəbiristanlıqda 260 mindən çox şəxs dəfn olunub. 1921-ci ildə Birinci dünya müharibəsinin Naməlum Amerika Əsgərinin dəfni burada icra edilmişdir. 1958-ci il mayın 30-da İkinci dünya və Koreya müharibəsinin, 1984-cü il mayın 28-də isə Vyetnam müharibəsinin Naməlum Hərbi Qulluqçusunun dəfnləri yerinə yetirilmişdir. ABŞ-nin bir neçə görkəmli xadimləri də burada torpağa tapşırılmışdır: Con Kennedi, Herbert Huver, Vilyam Taft, həmçinin Vətəndaş müharibəsi zamanı Virciniyada həlak olmuş 2111 döyüşçü. == İstinadlar == == Xarici keçidlər == Arlinqton milli qəbiristanlığının rəsmi veb-saytı Siyavuş Əmirli. "Maraq və qorxu yaradan qəbiristanlıqlar" (az.). lacin.info.
Azərbaycan siyasi və mədəni xadimlərinin qəbirlərinin Azərbaycana gətirilməsi
== Siyahı ==
Badamlı qəbiristanlığı
Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Qəbiristanlıq hər tərəfdən həyatyanı sahələrlə əhatə olunmuşdur. Qəbirlərin əksəriyyətinin izi itmiş, bəzilərinin yalnız baş daşları salamat qalmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr, qırmızımtıl rəngli tuf daşından hazırlanmış bir qoç fiquru vardır. Əhalinin verdiyi məlumata görə vaxtilə nekropolda xeyli daş qoçlar olmuşdur. Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar saxlanmışdır. Badamlı nekropolunu XVI-XIX əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 36.
Bakı qəbiristanlıqları
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Bakıda qəbiristanlıqların siyahısı
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Bayan qəbirləri
Bayan qəbirləri — Azərbaycan Respublikası Daşkəsən rayonunun Bayan kəndi yaxınlığında e.ə. I minilliyin əvvəllərinə aid qəbirlər. == Xüsusiyyətləri == Qəbirstanlıq yaşayış məntəqəsinin yuxarı hissəsindəki təpəlik üzərində salınmışdır. 1901-ci ildə aparılan arxeoloji qazıntılar zamanı E.A.Resler ərazidə 32 daş qutu qəbir aşkar etmişdir.Bu məzarlıqdakı iri sənduqə tipli qəbirlər, sal sinə daşları üzərində oyulmuş zəngin nəbati naxışlar, müxtəlif işarələr və xaç şəkilləri qəbirlərin İslamdan əvvəlki dövrə aid olduğunu göstərir. Qəbirlərdə ölülər əsasən böyrü üstə bükülü, yaxud oturdulmuş vəziyyətdə dəfn edilmiş, iki qəbirdə isə yandırılmışdı. Kişi və qadın qəbirləri avadanlığına görə fərqlənir. Həndəsi naxışlar və heyvan rəsmləri ilə bəzədilmiş cilalı qara gil qablar, tunc xəncərlər, bıçaqlar, bizlər, iynələr, kəmərlər, bilərziklər, sırğalar, muncuqlar və s. (yalnız bir qəbirdən dəmir bıçaq) tapılmışdır. Bayan qəbirləri Xocalı-Gədəbəy mədəniyyətinin səciyyəvi abidəsidir.
Biləv qəbiristanlığı
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbristanlığı XIV-XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı
Binəqədi IV dövr flora və fauna qəbiristanlığı — Azərbaycanın qədim fauna və flora qəbiristanlığı Binəqədi IV dövr flora və fauna qəbiristanlığının tarixi təxminən 200 min il bundan əvvələ aiddir. Həmin dövrdə indiki Binəqədi qəsəbəsinin böyük bir hissəsi qırlı göldən ibarət olmuşdur. İçməli su kimi görünsə də həmin göl qədim, habelə nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olmuşdur.Çünki, qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edirmiş. Nəticədə həmin ərazidə qurbanların sayı daim artmışdır. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilmişdir. Müasir dövrdə ərazinin əksər hissəsində tikinti işlərinin aparılması səbəbindən, yalnız 1938-ci ildə onun kiçik bir sahəsi aşkarlanmış və elm üçün zəngin sərvət kimi qiymətləndirilmişdir. == Mənbə == “Natural History” Azərbaycanın təbiətindən yazır.
Birinci Afina qəbiristanlığı
Birinci Afina qəbiristanlığı (yun. Πρώτο Νεκροταφείο Αθηνών) — Afinanın mərkəzi hissəsindəki memorial nekropol. == Yerləşməsi == Qəbiristanlıq Afinanın mərkəzi hissəsində, qədim kompleks Olimpeyon və Panatinaikos arxasında, Anapafseos küçəsinin sonunda (Pokoya küçəsi) yerləşir. == Tarixi == İlk qəbiristanlıq 1837-ci ildə açılmış və çox keçmədən məşhur yunan vətəndaşlarının dəfn yeri oldu. Qəbiristanlıqda ikisi pravoslav, biri katolik olmaqla üç kilsə var. Protestantlar və yəhudilərin dəfn edilməsi üçün ayrıca sahələr var.
Bua-de-Vo qəbiristanlığı
Bua-de-Vo qəbiristanlığı (fr. Cimetière du Bois-de-Vaux) — İsveçrənin Lozanna şəhərinin mərkəzi nekropollarından biri. Qəbiristanlıq milli əhəmiyyətli mədəni irs kimi tanınır (fr. bien culturel suisse d'importance national). == Tarixi == Qəbiristanlığın açılması qərarı XX əsrin əvvəllərində, Lozannanın digər qəbiristanlıqlarında dəfn üçün, demək olar ki, yer qalmadığı üçün qəbul edildi. Yeni nekropolun memarlıq dizaynı üçün müsabiqə elan edildi, qalib Alfons Laverryer oldu. Parisdəki Per-Laşez qəbiristanlığından ilham alan Laverryer, 1922-ci ildən 1951-ci ilə qədər qəbiristanlığın ümumi konsepsiyası üzərində işləmişdir: Bua-de-Vonun mərkəzində fəvvarə və güllüyü olan park sahəsi düzəltdi, eyni zamanda öz məzarının və bir sıra digər məzar daşlarının layihəsini hazırladı. Hazırda dəfnlərin ümumi sayı 26 minə çatır. Müasir Olimpiya Oyunlarının qurucusu Pyer de Kuberten və Koko Şanel də daxil olmaqla bir çox məşhur insanlar burada dəfn olunmuşdur. Şəhərdə dəfn edilməsini istəyən ABŞ yepiskopu Çarlz Brent 1929-cu ildə Lozanna şəhərində vəfat edəndə, hakimiyyət qəbiristanlıqda tanınmış əcnəbilərin dəfn edilməsi üçün bir yer ayırmışdı.
Böyük Tarxan qəbiristanı
Böyük Tarxan qəbiristanı (rus. Больше-Тарханский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Tetüş rayonunun Böyük Tarxan kəndi yaxınlığında Volqa çayının sağ sahilində arxeoloji abidə. == Tarixi == Qəbiristan 1939–1941-ci illərdə aşkar edilmişdir. Abidənin tədqiqinə 1950-ci ildə başlanılmış, 1957 və 1960-cı illərdə tədqiqat işləri davam etdirilmişdir. Məzarlıq 358 torpaq qəbirdən ibarətdir. Tədqiqatçılar Böyük Tarxan qəbiristanının VII əsrin sonu – VIII əsrin əvvəllərində Donboyundan Orta Volqaboyuna köçən bulqar əhalisinə məxsus olduğunu ehtimal edirlər. Bu, Orta Volqaboyunda Azovyanı bulqarlara məxsus ən erkən abidələrdən biridir. Qəbiristanda tapılmış Sasani draxması, Ərəb xilafəti dövrünə aid Xarəzm tipli sikkə, Abbasilərə aid dirhəm qırığına əsasən məzarlıq VIII əsrin II yarısı – IX əsrin I yarısına aid edilir. Abidədən tapılan maddi mədəniyyət nümunələri içərisində gil qablar (əksəriyyəti küp formasındadır) üstünlük təşkil edir. 79 dəfn yerindən at, qoyun, ehtimal ki, inək sümükləri tapılmışdır.
Böyük Tiqan qəbiristanı
Böyük Tiqan qəbiristanı (rus. Больше-Тиганский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Alekseyev rayonunun Böyük Tiqan kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Tarixi == 1974-cü ildə aşkar edilmiş Böyük Tiqan qəbiristanı Şərqi Avropada VIII əsrin sonu – IX əsrin birinci yarısına aid qədim macarlara məxsus ilk tədqiq olunmuş nekropoldur. Burada ölülər çoxsaylı dəfn avadanlığı – silahlar, bəzək əşyaları, qoşqu ləvazimatı və at sümükləri, gümüş dəfn maskaları ilə birlikdə dəfn olunmuşdur. Macarlara aid analoji IX-X əsrlər dəfn yerləri Dunayda da məlumdur. Bu, macarların IX əsrdə Uralyanı və Volqaboyundan qərb istiqamətində köçməsini təsdiq edir.
Bənənyar qəbiristanlığı
Bənənyar Qəbiristanı — Culfa rayonunun eyniadlı kəndi yaxınlığında, Əlincəçayın sağ sahilində orta əsrlərə aid abidə. == Tarixi == Nekropol düzbucaqlı formalı, qərbdən şərqə doğru istiqamətlənmiş torpaq qəbirlərdən ibarətdir. Ərazisində qırmızı tufdan orta əsrlərə aid qoç formalı baş daşlarına təsadüf edilmişdir; üst hissəsində ərəbdilli yzaılar var. Qəbristanlıq e.ə. XIII əsr XIV əsrlərə aid edilir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 66.
Bəqi qəbiristanlığı
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Coni qəbiristanı
Coni qəbiristanı Azərbaycan Respublikası Lerik rayonunun Coni kəndi yaxınlığında Son Tunc dövrünə aid (e.ə. II minilliyin II yarısı) aid arxeoloji abidə. İlk dəfə 1890-cı ildə fransız arxeoloqu Jak de Morqan tətqiq etmişdir. Daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən çaxmaqdaşından düzəldilmiş ox ucluqları, tunc qılınc, xəncər, nizə ucluqları, bəzək əşyaları və s. tapılmışdır. Talış-Muğan mədəniyyətinin səciyyəvi abidəsidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014. səh.383.
Cəbəci Əsri qəbiristanlığı
Cəbəci Əsri qəbiristanlığı (türk. Cebeci Asri Mezarlığı) — Türkiyənin paytaxtı Ankarada, Altındağ ilçəsində, Plevne prospektində yerləşən qəbiristanlıq. Müsəlman qəbiristanlığından əlavə burada xristian və yəhudi qəbiristanlığı da var. Məmməd Əmin Rəsulzadənin də qəbri bu qəbiristanlıqdadır.
Cərəcur qəbiristanlığı
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Danyeri qəbiristanlığı
Danyeri qəbiristanlığı — Azərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.

Значение слова в других словарях

бе́нтос брадобре́й дурне́ть пикиро́вка по́рознь причи́тывать титани́ды торе́втика трепыха́ть брето́нцы вове́к набрако́вывать неосла́бный нето́лстый приворо́вывать тамизда́т тупорва invultuation mandioca mizzle open-handedness Peking duck psychogeriatrics дециграмм старинный